Bizim
Zeynəb müəllim
Onu hamı belə
çağırır. Ömür yolu olduqca sadə, ibrətamiz
və məhsuldardır. Uzun müddət
şimal bölgəsinin ucqar
dağ kəndində fəaliyyət
göstərib, elə ilk uğurları da oranın adı ilə bağlıdır.
1998-ci
ildən Yasamal rayonundakı Faiq Rzayev adına 150
nömrəli orta məktəbdə
ixtisası üzrə çalışır. Bu
təhsil ocağında neçə-neçə nəsil
uşaqların təlim-tərbiyəsi ilə məşğul
olub.
Zeynəb
müəllim belə hesab edir
ki, çağdaş
dövrdə müəllimin, xüsusilə sinif
müəlliminin işi həm asan, həm də çox
çətindir. Asandır ona görə
ki, sovet dövründə
olduğu kimi, indi müəllim pedaqoji prosesin yeganə subyekti deyil, şagirdə də haqlı olaraq subyekt kimi baxılır və məktəb xidmət
sahəsidir. Son illərə qədər təlim-tərbiyə
prosesində müəllim öyrədən, şagird
isə öyrənən tərəf kimi başa düşülürdüsə,
artıq bu konsepsiya ömrünü başa vurub. İndi müəllim
ötürücü, bələdçi
rolundadır.
Həmişə
gülərüzlü, xoş ovqatda gördüyüm
Zeynəb müəllim bir dəfə
gözümə narahat, qayğılı
dəydi. Sən demə, ibtidai sinif dərsliklərindən birində, mətndə
"kəhər at" ifadəsi işlənib.
Müəllim "kəhər" sözünün
rəng, cins, yaxud
hansısa başqa mənada işləndiyini
dəqiqləşdirmək istəyir. Bunun
üçün həmkarlarına və bu sətirlərin müəllifinə də
müraciət etdi. Mən "kəhər"
sözünün hansısa rəng bildirdiyini dedim, əlavə
olaraq "İzahlı lüğət"ə
baxmağı tövsiyə etdim.
Yaradıcı
düşünən, işgüzar
müəllim "Azərbaycan dilinin
izahlı lüğəti"nin 2-ci cildini
tapdı, "kəhər" sözünün
açıq şabalıdı rəng mənasında işləndiyini
yəqin etdi.
Zeynəb
müəllim istər ana dili,
istərsə də riyaziyyat dərslərinə
hazırlaşanda, onları tədris edəndə heç nəyi nəzərdən
qaçırmır, odur ki,
şagird qarşısında aciz qalmır.
Bir neçə ildir ki, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi IV siniflərdə riyaziyyatdan sınaq yoxlamaları keçirir: həm şagirdlər, həm də
müəllim imtahan olunur.
Zeynəb müəllimin həm özü,
həm də şagirdləri bu
sınaqdan başıuca, alnıaçıq
çıxıb.
Sözə
qüvvət: Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin əməkdaşı Sitarə Məmmədova
məktəbimizə təşrif buyurmuşdu.
Təbii ki, Zeynəb müəllimin də
dərsində, I sinifdə oldu. Şagirdlərin
oxu və yazı texnikasından, riyazi biliklərindən çox
razı qaldı.
Şagirdlər
bildirdilər ki, Zeynəb müəllim
bizə yaxşı dərs keçir, bizi yaxşı öyrədir, çox
mehribandır, səmimidir. O, bizə ana qədər
əzizdir.
Zeynəb
müəllim bu inamı, sevgini,
etibarı uzun illər zərrə-zərrə,
qram-qram qazanıb. Odur ki, hamının sevimlisidir.
Seçim dövrüdür:
valideyn də, şagird
də müəllim axtarır. Sözün
düzü, Zeynəb müəllimi
axtarırlar, hamı onun üstünə
qaçır.
Müdriklərdən
biri deyib: əgər
yaxşı ana (təbii ki,
həm də ata!) ola
bilmirsənsə, yaxşı müəllim də ola bilməzsən. Bu, həqiqətən
də belədir. Müəllim gərək şagirdlə
ünsiyyətdə sərhədi həmişə gözləyə.
Uşaq, şagird əzizdir,
fəqət tərbiyəsi ondan da əzizdir.
Nə
gizlədim, dərs dediyim şagirdlər
bəzən ata-analarından gizlətdiklərini, yaxud onlara deməyə
ürək etmədiklərini mənə deyirlər. Bu, pisdir, ya
yaxşı?! Müəllim öz fəaliyyəti
və şəxsiyyəti ilə bu
etibarı və inamı qazanmalıdır. Zeynəb müəllim
şagirdlərin sonrakı taleyi ilə də
həmişə maraqlanır. Onların içində nə
qədər ləyaqətli atalar, analar var, həm də indi də gəlib onunla
görüşürlər. Bu, onu sevindirir. Deməli,
çəkilən əmək hədər getməyib.
Ən böyük arzusu fəaliyyət
göstərdiyi məktəbin əsaslı təmir
olunması idi. Cari ildə
bu da baş
tutdu. Artıq o da yeni dərs ilinə digər
həmkarları kimi
yeni təmir olunmuş
məktəbdə başlayıb. Uğur
olsun, Zeynəb müəllim.
Samid
AYDƏMİROV
Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.-
S.6.