ADİU-nun
bir qrup əməkdaşına
mükafatlar təqdim olundu
Sentyabrın 29-da Azərbaycan Dövlət
İqtisad Universitetində Azərbaycan
təhsilinin inkişafında xidmətlərinə görə
bu ali təhsil ocağının bir qrup əməkdaşına
"Şöhrət" ordeni, "Tərəqqi"
medalı və "Əməkdar
müəllim" fəxri adlarının verilməsi ilə əlaqədar
təqdimat mərasimi
keçirildi. Tədbiri giriş sözü ilə təhsil naziri
Misir Mərdanov açaraq ilk öncə tədbir
iştirakçılarını salamladı. Sonra Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 26 sentyabr 2011-ci il tarixli sərəncamları
ilə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup
əməkdaşının fəxri
adlarla təltif olunmasını ölkə
başçısının təhsil işçilərinə
göstərdiyi diqqət və qayğı kimi dəyərləndirdi.
Tədbirdə universitetin bir qrup əməkdaşına
"Şöhrət" ordenini, "Tərəqqi"
medalını və "Əməkdar müəllim" fəxri adlarının vəsiqələrini təqdim edən nazir, həm də yüksək ixtisaslı
iqtisadçı kadrların hazırlanması sahəsində
uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə
görə və universitetin 80 illik yubileyi münasibətilə universitetin digər əməkdaşlarına Təhsil
Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil
işçisi" döş
nişanlarını və fəxri fərmanlarını verdi.
Təhsil naziri
çıxışının sonunda Azərbaycanın
bütün təhsil işçiləri adından Azərbaycan
Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə universitetin professor-müəllim heyətini
təbrik etdi və onlara daha böyük uğurlar
arzuladı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 30 sentyabr.- S.3.