Hindistanlı diplomat ADU-da hindi dilini öyrənən tələbələrlə görüşüb

 

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinqi qəbul etdi. Görüşdə Hindistanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Debnat Şou, Azərbaycanın Hindistandakı fövqəladə səlahiyyətli səfiri İbrahim Hacıyev  iştirak edirdilər.

Rektor Səməd Seyidov ADU-da Hindi dili mərkəzinin fəaliyyət göstərdiyini tələbələrə hindi dili öyrətmək üçün şərait yaradıldığını qonaqların nəzərinə çatdırdı. O, hindi dilini tədris etmək üçün professor Mukeş Qarjini Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə səfir Debnat Şouya təşəkkürünü bildirdi.

Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinq , öz növbəsində, Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu dilə gətirdi. O, ADU-da Hindi dili mərkəzinin fəaliyyət göstərməsindən şad olduğunu qeyd etdi.

Sonda qonaqlar universitetin İnformasiya Resurs Kompleksi (İRK)   Hindi dili mərkəzi ilə tanış olaraq hindi dilini öyrənən tələbələrlə görüşdülər. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.5.