Almaniyalı qonaqlar BDU ilə daha geniş
əlaqələr qurmaq istəyirlər
BDU-nun rektoru, akademik Abel Məhərrəmov
Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə
İnstitutunun direktoru, Manheim Tədqiqi Elmlər Universiteti
Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya
Akkreditasiya mərkəzinin üzvü Mathias Hafner və
Heydelberq Universiteti Manheim Tibb fakültəsinin tədqiqat
qrupunun rəhbəri Ralf Jesenofskini qəbul edib.
Görüşdə BDU-nun yaranma və
inkişaf tarixi haqqında qonaqlara məlumat verən rektor Abel
Məhərrəmov bu təhsil ocağının beynəlxalq
əlaqələrindən, Almaniya universitetləri ilə əməkdaşlıqdan,
tibb və biotexnologiya sahəsində münasibətlərin
qurulmasından bəhs edib. Rektor, universitetlərin daha sıx
və səmərəli fəaliyyət göstərmələri
üçün birgə proqram və layihələrin
hazırlanmasının əhəmiyyətini də qeyd
edib.
BDU ilə daha geniş əlaqələr
qurmaq niyyəti ilə qonaqlar universitetdə molekulyar genetikaya
aid 5 günlük treninq
keçirəcəklər.
Qonaqlar bildiriblər ki, bu sahələrin
daha da inkişafı üçün əlaqələrin
qurulması, dərinləşməsi, irəli sürülən
təkliflərin reallaşması üçün əllərindən gələni əsirgəməyəcəklər.
Qarşılıqlı maraq doğuran
digər məsələlərin də müzakirə edildiyi
görüşdə Manheim Universitetinin azərbaycanlı tələbələr
və tədqiqatçıların rəhbəri Vüqar
Yaqublu da iştirak edib.
Qonaqlar universitetin Biologiya fakültəsinin
İmmunologiya laboratoriyası, Molekulyar biologiya sahəsində
qrant hesabına Vestminister Universiteti ilə birgə
açılmış distant təhsil laboratoriyası və
Kimya fakültəsinin NANO texnologiya mərkəzi və digər
qurumları ilə tanış olublar.
Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.5.