Azərbaycanın Milli
Qəhrəmanları
Musayev Aqil
Hüseyn oğlu
1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1991-ci ildə kəndlərindəki
orta məktəbi bitirib, sonra isə Qazax şəhərindəki
117 nömrəli texniki peşə
məktəbinə daxil
olub. Burada sürücülük peşəsinə
yiyələnən Aqil
1993-cü ildə Milli
Ordu sıralarına
çağırılıb. Təlim-məşq
toplantılarında iştirak edərək 777 nömrəli hərbi hissənin
tərkibində cəbhəyə yollanıb. Aqilin
ilk döyüş yolu Ağdam bölgəsindən başlanıb. Sonralar o, Füzuli
və Tərtər rayonlarının döyüş
bölgələrində də
erməni işğalçılarına qarşı
aparılan çətin əməliyyatlarda bacarıqlı bir Azərbaycan əsgəri kimi fəal iştirak edib. Füzuli istiqamətində gedən ağır
döyüşlərdə yaralanıb, bir
müddət müalicə
olunduqdan sonra yenidən döyüş
bölgəsinə qayıdıb.
A.Musayev 1994-cü il Gəncə hadisələri
zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində
iştirak edərkən qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5
oktyabr 1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə
Musayev Aqil Hüseyn oğlu ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Qazax rayonunun Əzizbəyli kəndindəki
Şəhidlər xiyabanında dəfn olunub.
Musayev Fəxrəddin
Musa oğlu
1957-ci
il iyulun 30-da Türkmənistanın Bayraməli şəhərində
anadan olub. 1974-cü
ildə orta məktəbi
bitirib və Qorki Politexnik İnstitutunun gəmiçilik
fakültəsinə qəbul olunub. 1975-ci
ildə ordu sıralarına çağırılan
Fəxrəddin hərbi xidmətini əvvəlcə
Çexoslovakiyadakı Şimal Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində
yerinə yetirib. Ordudan tərxis
olunduqdan sonra Bakı Məişət Kondisionerləri Zavodunda işləyib. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olub. 1982-ci ildə məktəbi
fərqlənmə diplomu ilə
bitirərək Bakıya qayıdıb və
Zabrat-2 Aviasiya İdarəsində
öz ixtisası üzrə
çalışıb. 1987-ci ildə Kremençuq
Hava Uçuş Məktəbində
vertolyotun idarə olunması ixtisasına yiyələnib. Milli Ordu yarandıqdan
sonra o, təhsilini
yarımçıq qoyaraq hərbi
əməliyyatlarda fəal iştirak etməyə
başlayıb.
Baş leytenant F.Musayev 1992-ci il aprelin
11-də Füzuli rayonunda erməni quldurlarına raket zərbələri
endirərkən faciəli şəkildə həlak olub.
Ailəli idi. Bir övladı
var.
Azərbaycan Respublikası
Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında
dəfn olunub.Qusar rayonundakı mərkəzi
küçələrdən biri onun adını
daşıyır.
Mustafayev Alı Mustafa oğlu
1952-ci il
aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1969-cu ildə
Daş Salahlı kənd orta məktəbini bitirib.
1971-ci ildə hərbi xidmətə çağırılıb, 1973-cü ildə əsgəri xidmətini başa çatdıraraq Bakı Elektrik Maşınqayırma
Zavodunda əmək fəaliyyətinə başlayıb.
1976-cı ildə həmkarlar təşkilatının
göndərişi ilə
BDU-nun jurnalistika fakültəsinə
daxil olub. Təhsilini başa vuraraq, 1981-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər"
proqramında jurnalist kimi fəaliyyətə başlayıb. O, vətənpərvər
bir jurnalist kimi dəfələrlə
döyüş bölgələrinə
gedərək qaynar nöqtələrdən süjetlər
hazırlayıb.
A.Mustafayev 1990-cı il noyabrın
20-də Tuğ, Xocavənd,
Qaradağlı kəndlərində
törədilən faciələrlə
Ailəli idi. Üç övladı
var.
Azərbaycan Respublikası
Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Mustafayev Alı Mustafa oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında
dəfn olunub. Ölümündən sonra
"Əməkdar jurnalist"
fəxri adına
layiq görülüb.
Bakının Nərimanov rayonundakı
202 nömrəli orta məktəb, 3-cü mikrorayondakı
küçələrdən biri onun adını
daşıyır.
Mustafayev Çingiz Fuad oğlu
1960-cı il
avqustun 29-da Həştərxan
vilayətinin
Ç.Mustafayev 1992-ci il iyunun
13-də yenidən döyüş
bölgəsinə yollanaraq
qızğın döyüşləri
lentə alarkən cəsur jurnalist kimi qəhrəmancasına
həlak olub.
Ailəli idi. Bir övladı
var.
Azərbaycan Respublikası
Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında
dəfn olunub. DİN-in Şüvəlan qəsəbəsindəki istirahət
guşəsi, Bakı
şəhərində küçə,
ANS ÇM radiostansiyası onun adını daşıyır. Yaşadığı
binanın önünə
barelyefi vurulub, C.Naxçıvanski adına Hərbi Liseydə yaradılmış
xatirə kompleksində
büstü qoyulub.
Mürsəlov Vüqar Mirəzbər oğlu
1963-cü il
martın 10-da Cəlilabad
rayonunun Prişib qəsəbəsində (Göytəpə
şəhəri) anadan
olub. 1980-ci ildə
1 nömrəli orta məktəbi bitirdikdən
sonra Bakıda texniki peşə məktəbində təhsilini
davam etdirib. Bakı Politexnik Texnikumunu "əla" qiymətlərlə
bitirdikdən sonra Belarusun Brest şəhərində
hərbi xidmətə
göndərilib. O, ordudan
qvardiya baş çavuşu, tankçı
kimi tərxis olunub. Göytəpə Avtomobil Zavodunda
öz ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.
1991-ci ildə xüsusi təyinatlı
polis dəstəsinə yazılaraq,
torpaqlarımızın müdafiəsinə
qalxıb. Füzuli,
Ağdam, Xanlar, Laçın,
V.Mürsəlov 1992-ci il iyunun
9-da Tərtər rayonunun
Cəmilli kəndi istiqamətində gedən
döyüşdə qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında
dəfn olunub. Göytəpə şəhərində təhsil aldığı
məktəbə adı
verilib, şəhərin
mərkəzində büstü
qoyulub. Tərtər,
Göytəpə, Cəlilabad
şəhərlərində adına küçə
var.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.- 7 yanvar .- S.12.