20 Yanvar faciəsinin iyirmi birinci
ildönümünün qeyd edilməsi barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
ƏMR EDİRƏM:
1. 20 Yanvar faciəsinin iyirmi birinci
ildönümünün keçirilməsi ilə əlaqədar
Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Tədbirlər planına
müvafiq olaraq bütün təhsil müəssisələrində
11-20 yanvar tarixlərində Azərbaycanın
azadlığı uğrunda mübarizədə həlak
olmuş şəhidlərin xatirəsinə həsr
olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. Yerli idarəetmə
orqanlarının rəhbərləri görülmüş
işlər barədə 26 yanvar 2011-ci il tarixinədək
nazirliyə hesabat təqdim etsinlər.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin.
5. Ümumi şöbə (H.Məmmədova)
əmr və tədbirlər planının
çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
29 dekabr 2010-cu il
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.2.