Xızı və Qusar rayonlarının ümumtəhsil məktəblərində
tam orta təhsil pilləsi üzrə
buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə
görə təhlili
Mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
şimal rayonlarının (Xızı, Siyəzən,
Xaçmaz, Şabran, Quba və
Qusar) keyfiyyət və müvəffəqiyyət
göstəriciləri aşağıdakı cədvəldə
verilmişdir.
Cədvəldən
göründüyü kimi, keyfiyyət göstəricisinə
görə ilk yeri Xızı, son yeri isə Qusar rayonu tutur. Bu
nömrədə biz Xızı və Qusar rayonları
ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə
görə nəticələri, bu nəticələrin
keçən il ilə müqayisəli təhlili, keyfiyyət
və müvəffəqiyyət göstəricilərinin
qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin
mənimsənilmə səviyyəsi barədə məlumatları
oxuculara təqdim edirik.
2009-2010-cu
dərs ilində Xızı rayonunun 8 tam orta ümumtəhsil
məktəblərində 164 şagird təhsil
almışdır. Onların 163 nəfəri (99,39%)
buraxılış imtahanlarında iştirak etmiş və
160 nəfəri (98,16%) yekun nəticəyə görə
attestat almışdır. Buraxılış imtahanlarında
iştirak edən 163 şagirddən
97 nəfəri oğlanlar, 66 nəfəri isə
qızlardır. Şagirdlərin hamısı Azərbaycan
bölməsində təhsil almışdır. Rayon üzrə bütün fənlərdən
"5" və yaxud "2"
qiymət alan şagird yoxdur. Rayonun Fındağan kənd orta məktəbindən
12 şagirdə (7,36%) xarici dil tədris olunmur.
2009-2010-cu
dərs ilində Qusar rayonunun 47 tam orta ümumtəhsil məktəblərində
1161 şagird təhsil almışdır. Onların 1152 nəfəri
(99,22%) buraxılış imtahanlarında iştirak etmiş və
921 nəfəri (79,95%) yekun nəticəyə görə
attestat almışdır. Buraxılış imtahanlarında
iştirak edən 1152 şagirddən
598 nəfəri oğlanlar, 554 nəfəri isə
qızlardır. Şagirdlərin 773-ü Azərbaycan bölməsinin,
379 nəfəri isə rus bölməsinin şagirdidir. Rayon
üzrə bir şagird (Qusar şəhər 3 nömrəli
məktəbdən) bütün fənlərdən
"5" qiymət, 3 nəfər şagird (Samur, Kuzun, Quxur
oba kənd orta məktəblərinin
hərəsindən bir nəfər) isə bütün fənlərdən
"2" qiymət almışdır. Rayonun 9 məktəbində
(19,15%) şagird sayı 10 nəfərdən azdır. Rayon
üzrə Qənərçay, Şirvanovka, Xuray, Yuxarı
Zeyxur, Zindan Muruq və Əcəxur kənd orta məktəblərində
92 şagirdə (7,99%) xarici dil tədris olunmur.
Xızı
rayonunun səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
respublika üzrə göstəricilərlə müqayisəsi
aşağıdakı diaqramdan aydın görünür. Göründüyü
kimi, bütün fənlərdən
keyfiyyət göstəriciləri respublika üzrə göstəricilərdən
yuxarıdır.
Qusar
rayonunun səkkiz fənn üzrə göstəriciləri isə
respublika üzrə göstəricilərlə müqayisədə
aşağıdır. Bu, aşağıdakı diaqramdan da
aydın görünür.
2008-2009
və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
Xızı rayonunun səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili aşağıdakı diaqramda
verilmişdir:
Ana
dili, fizika, biologiya fənlərindən az da olsa geriləmənin
olduğuna baxmayaraq, əksinə riyaziyyat, Azərbaycan tarixi,
kimya, coğrafiya və xarici dil fənlərindən yüksəlişin
olduğu nəzərə çarpır. Ümumilikdə
rayonun yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə
nisbətən 54,02%-dən
56,70%-ə qalxaraq 2,68% artmışdır.
2008-2009
və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz
fənn üzrə Qusar rayonunun
keyfiyyət göstəricilərinin müqayisəli təhlili
isə aşağıdakı diaqramda verilmişdir:
Göründüyü
kimi, fizika fənnindən az da olsa geriləmənin olduğuna
baxmayaraq, əksinə ana dili, riyaziyyat, Azərbaycan tarixi,
kimya, coğrafiya, biologiya və xarici dil fənlərindən
yüksəlişin olduğu nəzərə çarpır.
Ümumilikdə rayonun yekun keyfiyyət göstəricisi
2008-2009-cu dərs ilinə nisbətən 33,34%-dən 37,03%-ə qalxaraq 3,69%
artmışdır.
2009-2010-cu
dərs ilində mərkəzləşdirilmiş qaydada
keçirilmiş buraxılış imtahanlarında
Xızı rayonunun fənlər üzrə yekun göstəriciləri
Fənlər
üzrə yekun göstəricilərə nəzər
saldıqda rayonda Azərbaycan tarixi, riyaziyyat və coğrafiya
fənlərinin digər fənlərə nisbətən daha
yaxşı tədris olunduğu müşahidə olunur.
2009-2010-cu
dərs ilində mərkəzləşdirilmiş qaydada
keçirilmiş buraxılış imtahanlarında Qusar
rayonunun fənlər üzrə yekun göstəriciləri
Fənlər
üzrə yekun göstəricilərə nəzər
saldıqda rayonda kimya, riyaziyyat və coğrafiya fənlərinin
digər fənlərə nisbətən daha yaxşı tədris
olunduğu müşahidə olunur.
Xızı
rayonu tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə
görə keyfiyyət və reytinq göstəricilərinin
müqayisəli təhlili aşağıdakı cədvəldə
verilmişdir:
Cədvəldən
göründüyü kimi, Yeni Yaşma kənd orta məktəbi
reytinq cədvəlində 6-cı yeri tutduğu halda, keyfiyyət
cədvəlində həmin məktəb 4-cü yeri tutur. Bu
isə o deməkdir ki, Yeni Yaşma kənd orta məktəbinin
şagirdləri daha çox suala düzgün cavab verərək
yüksək qiymətlər alıblar. Əksinə, Xızı qəsəbə
R.İsmayılov adına orta məktəb reytinq cədvəlində
3-cü yeri tutduğu halda, keyfiyyət cədvəlində həmin
məktəb 5-ci yeri tutur.
Keyfiyyət
göstəricisinə görə, məktəblərin
sıralanmasında ilk və son yerləri tutan məktəblərin
göstəriciləri
aşağıdakı kimidir:
Altıağac
qəsəbə A.Abdullayev adına orta məktəbdən 9
şagird buraxılış imtahanlarında iştirak
etmiş və orta statistik şagird ana dilindən 14,56
suala (58,22%), riyaziyyatdan 16,89
suala (67,56%), Azərbaycan tarixindən 10,44 suala (69,63%), fizikadan 5,00 suala (50,00%),
kimyadan 6,33 suala (63,33%),
biologiyadan 6,33 suala (63,33%),
coğrafiyadan 6,56 suala (65,56%),
xarici dildən isə 7,56 suala (50,37%) düzgün cavab
vermişdir.
Fındığan
kənd orta məktəbindən 12 şagird
buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird ana dilindən 12,58 suala (50,33%), riyaziyyatdan 13,33 suala (53,33%), Azərbaycan tarixindən
8,83 suala (58,89%), fizikadan 4,92 suala
(49,17%), kimyadan 5,17 suala
(51,67%), biologiyadan 5,17 suala (51,67%), coğrafiyadan isə
5,58 suala (55,83%) düzgün
cavab vermişdir. Fındığan kənd orta məktəbində
xarici dil tədris olunmur.
Məktəblərin
8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri
ilə müqayisəli təhlili aşağıdakı
qrafiklərdə daha aydın
görünür.
Xızı
rayonu və Altıağac qəsəbə orta məktəbinin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Xızı
rayonu və Fındığan kənd orta məktəbinin səkkiz
fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Qusar
rayonu tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə
görə keyfiyyət və reytinq göstəricilərinin
müqayisəli təhlili aşağıdakı cədvəldə
verilmişdir:
Cədvəldən
göründüyü kimi, Qusar şəhər 6 nömrəli
orta məktəbi reytinq cədvəlində 11-ci yeri
tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb
4-cü yeri tutur. Bu isə o deməkdir ki, həmin məktəbin
şagirdləri daha çox suala düzgün cavab verərək
yüksək qiymətlər alıblar. Əksinə, Piral kənd orta məktəbi
reytinq cədvəlində 2-ci yeri tutduğu halda, keyfiyyət
cədvəlində həmin məktəb 8-ci yeri tutur.
Keyfiyyət
göstəricisinə görə, məktəblərin
sıralanmasında ilk və son yerləri tutan məktəblərin
göstəriciləri
aşağıdakı kimidir:
Qusar
şəhər 1 nömrəli orta məktəbindən 31
şagird buraxılış imtahanlarında iştirak
etmiş və orta statistik şagird Ana dilindən 11,94
suala (47,74%), riyaziyyatdan 13,32
suala (53,29%), Azərbaycan tarixindən
7,65 suala (50,97%), fizikadan 5,10
suala (50,97%), kimyadan 5,77 suala (57,74%), biologiyadan 5,10 suala (50,97%), coğrafiyadan 5,42 suala (54,19%), xarici dildən isə 7,35
suala (49,03%) düzgün cavab
vermişdir.
Qənərşay
kənd orta məktəbindən 4 şagird
buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird Ana dilindən 4,00 suala (16,00%), riyaziyyatdan 3,75 suala (15,00%), Azərbaycan tarixindən
1,75 suala (11,67%), fizikadan 2,00 suala
(20,00%), kimyadan 1,25 suala (12,50%), biologiyadan 2,75 suala (27,50%), coğrafiyadan isə 1,00
suala (10,00%) düzgün cavab
vermişdir. Qənərçay kənd orta məktəbində
xarici dil tədris olunmur.
Məktəblərin
8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri
ilə müqayisəli təhlili aşağıdakı
qrafiklərdə daha aydın
görünür.
Qusar
rayonu və Qusar şəhər 1 nömrəli orta məktəbinin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Qusar
rayonu və Qənərçay kənd orta məktəbinin səkkiz
fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Xızı
rayonu ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər
üzrə keyfiyyət göstəriciləri
Cədvəldən
göründüyü kimi, orta statistik şagird rayon üzrə
Ana dili fənnindən sualların 54,63%-nə düzgün
cavab vermişdir. Qızların düzgün cavabları
56,00%, olmuşdur, bu da rayon göstəricisindən
yuxarıdır. Əksinə, oğlanların göstəriciləri
rayon göstəricisindən aşağıdır. Aşağıdakı
diaqramda oğlanların və qızların səkkiz fənn
üzrə keyfiyyət göstəricisinin müqayisəsi
verilmişdir. Göründüyü kimi, riyaziyyatdan başqa bütün fənlərdən qızların
keyfiyyət göstəriciləri oğlanların keyfiyyət
göstəricilərindən daha yaxşıdır.
Cədvəldən
göründüyü kimi, orta statistik şagird rayon üzrə
Ana dili fənnindən sualların 35,66%-nə düzgün
cavab vermişdir. Qızların düzgün cavabları
38,99%, rus bölməsinin düzgün cavabları isə
39,16% olmuşdur, bu da rayon göstəricisindən yuxarıdır.
Əksinə, Azərbaycan bölməsinin və
oğlanların göstəriciləri rayon göstəricisindən
aşağıdır. Aşağıdakı diaqramda
oğlanların və qızların səkkiz fənn üzrə
keyfiyyət göstəricisinin müqayisəsi verilmişdir. Göründüyü
kimi, bütün fənlərdən qızların
keyfiyyət göstəriciləri oğlanların keyfiyyət
göstəricilərindən daha yaxşıdır.
Azərbaycan
və rus bölmələri üzrə keyfiyyət göstəricilərinə
nəzər saldıqda aydın
görünür ki, Azərbaycan bölməsinin şagirdləri
yalnız xarici dil fənnindən
yüksək göstəriciyə malikdirlər, qalan
bütün fənlərdən isə rus bölməsinin
keyfiyyət göstəriciləri
daha yaxşıdır.
Xızı
rayonunda 2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz
fənni qiymətlər üzrə müqayisə etdikdə
"2" qiymət alanların faiz göstəricilərinin
ana dilindən 0,05%, kimyadan 1,27%, coğrafiyadan 0,72% və xarici dildən 1,42%
artdığını görmək olar. Lakin "2" qiymət
alanların sayı Azərbaycan tarixindən 0,57%, riyaziyyatdan
4,12%, fizikadan 2,85%, biologiyadan 1,05%, artmışdır. Ümumiyyətlə,
"2" qiymət alanların artım faizlərinin yüksək
olması öz növbəsində keçən il ilə
müqayisədə müvəffəqiyyət faizinin 1,24%
aşağı düşməsinə səbəb
olmuşdur. Belə ki, 2008-2009-cu dərs ilində 171
şagirddən 169 nəfəri imtahanlarda iştirak etmiş və
bunlardan 140-ı, yəni 82,84%-i, 2009-2010-cu dərs ilində isə
164 şagirddən 163 nəfəri imtahanlarda iştirak
etmiş və bunlardan 133-ü, yəni 81,60%-i müvəffəqiyyət
qazanmışdır. Aşağıdakı cədvəlin
köməyi ilə digər qiymətlərə görə də
iki ilin müqayisəli təhlilini aparmaq olar.
Qusar
rayonunda 2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz
fənni qiymətlər üzrə müqayisə etdikdə
"2" qiymət alanların faiz göstəricilərinin
ana dilindən 5,99%, riyaziyyatdan 10,52%, Azərbaycan tarixindən
6,10%, kimyadan 5,20%, biologiyadan 4,92%, coğrafiyadan 5,90% və
xarici dildən 0,06% azaldığını, fizikadan isə
0,11% artdığını görmək olar. Ümumiyyətlə,
yeddi fəndən "2" qiymət alanların
sayının azalması öz növbəsində keçən
il ilə müqayisədə müvəffəqiyyət
faizinin 10,99% artmasına səbəb olmuşdur. Belə ki,
2008-2009-cu dərs ilində 1338 şagirddən 1330 nəfəri
imtahanlarda iştirak etmiş və bunlardan 438-i, yəni
32,93%-i, 2009-2010-cu dərs ilində isə 1161 şagirddən
1152 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan
506-ı, yəni 43,92%-i müvəffəqiyyət
qazanmışdır. Aşağıdakı cədvəlin
köməyi ilə digər qiymətlərə görə də
iki ilin müqayisəli təhlilini aparmaq olar.
Nadir MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.- 7 yanvar.- S.7-9.