"Xalq kompüteri" layihəsi çərçivəsində verilən 10000-ci kompüter hədiyyə edildi
Azərbaycan
müəllimləri və orta məktəb şagirdləri
"Xalq kompüteri" layihəsi çərçivəsində
bir il yarım ərzində 10000 kompüterə sahib olublar.
2010-cu
il dekabrın 24-də Azərbaycanda həyata keçirilən
"Xalq kompüteri" layihəsi çərçivəsində
satılan kompüterlərin sayı 10000-ə
çatmışdır. HP ProBook 4510s noutbukunun sahibi
Sumqayıt şəhər sakini, 27 nömrəli orta ümumtəhsil
məktəbinin müəllimi Xalidə İsgəndərova
olmuşdur. Layihənin tərəfdaşları ona 10000-ci
kompüteri hədiyyə olaraq vermək qərarına gəliblər.
Xatırladaq
ki, "Xalq kompüteri" layihəsi HP və Microsoft
şirkətləri ilə birgə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən
2009-cu ilin aprel ayından həyata keçirilməyə
başlanmışdır. Layihənin operatoru BestComp Group
şirkətidir. Sonralar layihəyə
İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları
da qoşuldular. Kompüterlərin çatdırılması
və ödənişlərin qəbulu "Azərpoçt"
MMC vasitəsilə həyata keçirilir.
"Xalq
kompüteri" layihəsinin hazırkı mərhələsinin
əsas məqsədi orta ümumtəhsil məktəblərinin
və ali təhsil müəssisələrinin müəllim,
tələbə və şagirdlərinə, eləcə də
dövlət müəssisələrinin işçilərinə
güzəştli şərtlərlə bazar qiymətindən
ucuz və ödəniş müddətini 12 ay uzatmaqla
kompüter əldə etmək imkanı yaratmaqdır.
HP
kompüterinin sahibi olmaq olduqca asandır:
- www.xalqkomp.az saytına
daxil olmaq və
kompüterin modelini seçmək.
- Sonra
saytda təqdim olunan müqaviləni çap etmək və
doldurmaq.
-
Müqavilə təhsil müəssisəsinin direktoru tərəfindən
imzalanmalı və poçt vasitəsilə Təhsil
Nazirliyinin Təhsilin idarəolunması məlumat sistemi şöbəsinə
(yaxud Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı
şöbəsinə) göndərilməlidir.
- BestComp
Group şirkəti müqaviləni yoxlayandan və təsdiq edəndən
sonra müqavilənin surəti və sifariş edilmiş
kompüter alıcının ünvanına göndərilir.
-
Müqavilənin şərtlərinə uyğun olaraq kredit
üzrə ödəniş alıcı tərəfindən
hər ay həyata keçirilir.
Layihənin
iştirakçıları əlavə mükafatların da
sahibi ola bilərlər: kompüterin məbləğini
3, 6 və 9 ay ərzində ödəyən şəxslər
hədiyyə olaraq çoxfunksiyalı HP printerləri və
flash-kartlar əldə edirlər.
Ətraflı məlumat layihənin www.xalqkomp.az saytında verilir.
Azərbaycan müəllimi.-
2010.- 7 yanvar.- S.16.