Məktəblilərin
idman uğurları
1997-ci il təvəllüdlü
Əli Məmmədov 11 yaşından
idmanın şahmat növü
ilə məşğul olur.
O, uşaq
yaşlarından təsnifat yarışlarında fərqlənərək II-III yerləri tutub. Əli dəfələrlə Bakı və respublika
birinciliyində iştirak
edərək fərqlənib. Yeniyetmə idmançı
ötən il ulu öndər Heydər Əliyevin xatirəsinə
həsr olunmuş yarışlarda
iştirak edərək I dərəcəni
qazanıb və beynəlxalq "Tempo"
turnirində yaxşı
nailiyyətlərinə görə
II yerə layiq görülüb.
Onun ən
böyük arzusu beynəlxalq turnirlərdə ölkəmizi
layiqli təmsil edərək dünya çempionu olmaqdır.
X
sinif şagirdi Fuad Vahidzadə
isə yeniyetmə gənclər
arasında 55 kq çəki dərəcəsində universal
döyüş üzrə Ukraynada keçirilən Avropa
çempionatında iştirak edib, II yerə layiq
görülüb. İdmanın bu növü ilə uşaq
yaşlarından məşğul olan Fuad Rusiyada keçirilən
14-15 yaşlı gənclər arasında dünya
çempionatında III yeri tutaraq ölkəmizə diplom və
medallarla qayıdıb. Onun da arzusu dünya
çempionatında birinci yeri tutaraq ölkəmizin idman şərəfini
qorumaqdır.
Bakıdakı
93 nömrəli orta məktəbin şagirdlərinə gələcək
yarışlarda uğurlar arzulayırıq.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.16.