Azərbaycan
şahmatçıları Bazel turnirinin mükafatçıları
olublar
Azərbaycan şahmatçıları Azər Mirzəyev
və Fərid Abbasov İsveçrənin
Bazel şəhərində başa çatmış
beynəlxalq şahmat
turnirinin mükafatçıları
sırasında olmuşlar.
Şahmatçılarımız
Y.Pelletye (İsveçrə), S.Ovseyeviç (Ukrayna), E.Bakro
(Fransa), A.Xayman (Almaniya), O.Korneyev (Rusiya), X.Xamduşi (Fransa),
M.Stoyanoviç (Serbiya), V.Malaxatko (Belçika), M.Şerer
(Almaniya) və S.Drajiç (Serbiya) ilə birgə 7
mümkün xaldan 5 xal toplayaraq, 1-12-ci yerləri bölüşmüşlər.
İsveçrə
sistemi üzrə keçirilən yarışda 59
şahmatçı mübarizə aparırdı.
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.16.