İngilis dilində "açıq dərs"

 

Bakıdakı  36 nömrəli orta məktəbin VIII "A"  sinfində ingilis dilində "Vacib peşələr" mövzusunda intel proqramı ilə "açıq dərs" keçirildi.  Dərsdə  kartoçka sistemindən istifadə olundu.  Dörd qrupda təmsil olunan şagirdlər 44 sənət, peşə adını öyrəndilər. Lətifələr, şeirlər, tapmacalar, atalar sözləriniingilis dilində söyləyən şagirdlər həmçinin müxtəlif oyunlar da oynadılar.

Qruplar özləri aralarında müzakirələr apararaq cavablara görə qiymət verdilər.

Məktəb direktoru və müəllimlər "açıq dərs"in yüksək səviyyədə keçirildiyini, müəllimin işinin öhdəsindən  peşəkarlıqla gəldiyini bildirdilər.

İngilis dili müəllimi Aynur Abbasova isə dərsin yaxşı alınmasını şagirdlərin  güclü  olması ilə əlaqələndirdi. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 7 yanvar.- S.15.