Hesabat konserti maraqla qarşılandı

 

NDU-nun incəsənət fakültəsi universitet kollektivini növbəti hesabat konserti ilə sevindirdi. Fakültənin Fortepiano kafedrasının müəllim və tələbələri geniş musiqi proqramı ilə çıxış etdilər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri  F.Əmirovun, Niyazinin, A.Məlikovun, V.Mustafazadənin ölməz bəstələri, habelə dünya klassiklərindən S.Raxmaninovun,  P.İ.Çaykovskinin, V.A.Motsartın, F.Şopenin və başqalarının  məşhur kompozisiyaları  səsləndirildi. 

Konsertlə bağlı fikirlərini bölüşən rektor, akademik İsa Həbibbəyli tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən  razılığını ifadə etdi.  Qeyd olundu ki, artıq fakültənin fortepiano musiqisi sahəsində ciddi irəliləyişləri var və bu işdə  kafedranın müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, dosent Səidə Məmmədovanın, eləcə də Natəvan Qədimova, Nərminə Qədimova, Nazilə Qardaşbəyova, Vidadi Heydərov, Solmaz Axundova, Xalubər Namazova kimi peşəkar müəllimlərin rolu əvəzolunmazdır. Rektor müəllim və tələbələrə gələcəkdə repertuarlarını genişləndirərək türk dünyasının da tanınmış bəstəkarlarının əsərlərinə  geniş  yer  ayırmağı tövsiyə  etdi.  

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 7 yanvar.- S.15.