Bağçada uşaqlar üçün hər cür şərait yaradılıb
Bakıdakı 46 nömrəli körpələr
evi-uşaq bağçasının müdiri Solmaz Verdiyevadan
aldığımız məlumatda bildirilir ki, ötən ildə
əsaslı təmir olunan müəssisəyə Təhsil
Nazirliyi tərəfindən müxtəlif adda vəsait verilib. Bütün bunlar 2011-ci ildə tərbiyəçiləri daha
yaxşı işləməyə həvəsləndirib.
Bağçada 60 uşağın tərbiyəsi
ilə altı tərbiyəçi
və bir musiqi müəllimi məşğul olur. Tərbiyəçi
müəllimlərin hər biri məşğul olduqları
qruplarda məşğələləri yüksək səviyyədə
qurur və balacalara əsl
doğma ana qayğısı göstərirlər.
Tərbiyəçilərdən Validə
Teymurova, Rəna Ələsgərova,
Nailə Məmmədova və
başqaları bağçada
keçirilən tədbirlərdə
fəal iştirak edirlər.
Valideynlər burada yaradılan şəraitdən
razılıq edir, keçirilən tədbirlərdə fəallıq
göstərirlər.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 7 yanvar.- S.15.