"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların
Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235
nömrəli qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
"Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235
nömrəli qərarını elan edirəm:
"Azərbaycan
Respublikasının Nazirlər
Kabineti
QƏRAR N 235
Bakı
şəhəri, 14 dekabr 2010-cu il
"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və
elmi təşkilatların
Siyahısı"nın təsdiq edilməsi
haqqında
"Doktoranturaların
yaradılması və doktoranturaya qəbul
Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli
129 nömrəli qərarına əsasən aidiyyəti
nazirlik, komitə və təşkilatların təkliflərini
və Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin rəylərini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1.
"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və elmi təşkilatların
Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri"
Qərarın
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və elmi təşkilatların
Siyahısı"nın təsdiq edilməsi haqqında"
14 dekabr 2010-cu il tarixli, 235 nömrəli qərarı rəhbərlik
və icra üçün
qəbul edilsin.
2. Təhsil Nazirliyinin Elm şöbəsinə
(G.Hüseynova) tapşırılsın:
2.1. Ali təhsil müəssisələrinin
doktoranturaya qəbul və dissertantların təhkim olunma planlarının layihələrini
Nazirlər Kabinetinə
təqdim etmək məqsədilə qısa
müddət ərzində
hazırlasın.
2.2. İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) ilə birlikdə doktorantura və dissertantura üzrə təhsil haqları barədə ali təhsil müəssisələrinin təkliflərinə
baxılsın və müvafiq qurumlara təqdim etmək məqsədilə təkliflər
hazırlasın.
3. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi"
qəzetində, "Təhsil
xəbərləri" məcmuəsində
dərc olunmasını
və nazirliyin
"web" saytında yerləşdirilməsini
təmin etsin.
4. Ümumi şöbə
(H.Məhərrəmova) əmrin
çoxaldılaraq təhsil
müəssisələrinə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına
nəzarət təhsil
nazirinin müavini İ.Hüseynovaya həvalə
edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
5 yanvar 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
14 yanvar.- S.2.