İsmayıllı
Peşə Tədris Mərkəzinin yaradılması
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
"İsmayıllı
Peşə Tədris Mərkəzinin yaradılması
haqqında Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarını elan edirəm:
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRAR N 239
Bakı şəhəri,
17 dekabr 2010-cu il
İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə
alaraq, turizm və xidmət sahələri üçün
ixtisaslı kadrların
hazırlanmasının təmin
edilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin İsmayıllı peşə
məktəbi ləğv
edilsin və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin İsmayıllı Peşə
Tədris Mərkəzi
yaradılsın.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- "Peşə məktəbi
və peşə liseyi statusu verilən təhsil müəssisələrinin Siyahısı"nın
"Peşə məktəbləri"
bölməsinin "Respublikanın
rayonları üzrə"
hissəsindən "İsmayıllı
peşə məktəbi
138" sözləri və
rəqəmi çıxarılsın.
3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll
etsin.
4. Bu qərar imzalandığı
gündən qüvvəyə
minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
17 dekabr 2010-cu il tarixli 239 ¹-li qərarının icrası
ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
17 dekabr 2010-cu il tarixli 239 nömrəli qərarı
rəhbərlik və
icra üçün qəbul edilsin.
2. Ləğv edilmiş İsmayıllı peşə
məktəbinin direktoru
Rəhimov Vaqif Hənnan oğlu və tədris-istehsalat işləri üzrə direktor müavini Mirzəyev Fikrət Tahir oğlu ilə bağlanmış
əmək müqavilələri
Azərbaycan Respublikası
Əmək Məcəlləsinin
70-ci maddəsinin "a" bəndinə əsasən
05.01.2011-ci il tarixdən ləğv edilsin.
3. İsmayıllı peşə
məktəbinin ləğv
edilməsi ilə əlaqədar olaraq məktəbin Lahıc filialı da ləğv edilsin.
4. İsmayıllı şəhər
2 nömrəli orta məktəbin direktor müavini Muradov Zaur Fazil oğlu
İsmayıllı Peşə
Tədris Mərkəzinə
direktor təyin edilsin.
5. Aşağıdakı
tərkibdə ləğvetmə
komissiyası yaradılsın:
· Namiq Məmmədov -
Texniki peşə təhsili şöbəsinin
müdiri, sədr
· Elmir Həsənov - Hüquq sektorunun müdiri, üzv
· Akif Hacıyev
- İqtisadiyyat
şöbəsi, Mühasibat
uçotu və hesabat sektorunun baş məsləhətçisi,
üzv
· Rüstəm Quliyev
- İqtisadiyyat şöbəsi,
məsləhətçi, üzv
· Rəsul Əsgərov - Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin
direktoru, üzv
· Zaur Muradov - İsmayıllı Peşə
Tədris Mərkəzinin
direktoru
6. Komissiyaya tapşırılsın:
6.1. Peşə məktəbinin balans hesabında olan bütün əmlakının
faktiki inventarlaşdırılmasını
aparsın və
01.01.2011-ci il vəziyyətinə balans-
uçot göstəriciləri
ilə üzləşdirsin.
Peşə məktəbinin
05.01.2011-ci il vəziyyətinə
balans hesab-uçot qalıqlarının Peşə
Tədris Mərkəzinin
balansına verilməsini,
həmçinin ləğv
olunmuş məktəbin
maliyyə, uçot, hesabat və təhsil sənədlərinin
təhvil-təslim aktlarının
hazırlanıb
və bir nüsxənin Təhsil Nazirliyinə təqdim edilməsini;
6.2. Peşə məktəbinin möhür,
ştamp və ciddi hesabat sənədlərinin
müəyyən olunmuş
qaydada Təhsil Nazirliyinə təhvil verilməsini;
6.3. Əmək qanunvericiliyinə
uyğun işçilərin əmək müqaviləsinin ləğv
olunmasını və mövcud qaydada Peşə Tədris Mərkəzinə
işə qəbul edilməsini;
6.4. Şagirdlərin İsmayıllı
Peşə Tədris Mərkəzində təhsillərinin
davam etdirilməsi üçün müvafiq tədbirlərin
həyata keçirilməsini;
6.5. Ləğv edilmiş
İsmayıllı peşə məktəbinin tədris
binasının İsmayıllı Rayon Təhsil Şöbəsinə
verilməsi ilə bağlı aidiyyəti orqanlar
qarşısında vəsatət qaldırılmasını
və qanunvericiliyə uyğun digər tədbirlərin həyata
keçirilməsini təmin etsin.
6.6. Görülmüş işlər
barədə 10 gün müddətində rəhbərliyə
məlumat versin.
7.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Texniki
peşə təhsili şöbəsi (N.Məmmədov) yeni
yaradılmış İsmayıllı Peşə Tədris Mərkəzinin
ştat cədvəlində,
şagird kontingentinin sayında dəqiqləşmələr
aparsınlar, Peşə Tədris Mərkəzinin normal fəaliyyəti
üçün tələb olunan vəsaitin
ayrılmasını təmin etsinlər.
8.
Texniki peşə təhsili şöbəsi (N.Məmmədov)
Təhsil Problemləri
İnstitutu (A.Mehrabov) ilə birlikdə
İsmayıllı Peşə Tədris Mərkəzi
üçün ixtisas, ümumtexniki və başqa fənlər
üzrə çatışmayan dərslik və dərs vəsaitlərinin siyahısını müəyyənləşdirsinlər
və 2011-2012-ci illərdə həmin dərslik və dərs vəsaitlərinin nəşr
olunması üçün konkret tədbirlərin
görülməsini, tədris
prosesinin normal təşkilinə dair lazım olan digər
tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
9. Strateji
təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsi (F.Qədirov)
Peşə Tədris Mərkəzinin rəhbər mühəndis-pedaqoji
kadrlarla möhkəmləndirilməsi, onların ixtisasının
artırılması və yenidən hazırlanması sahəsində
lazımi tədbirlər görülməsini təmin etsin.
10.
İsmayıllı Peşə Tədris Mərkəzinin
direktoru Z.Muradova tapşırılsın:
10.1.1 ay müddətinə Peşə Tədris
Mərkəzinin Nizamnaməsini
hazırlasın və mövcud qaydalar üzrə
qeydiyyatdan keçirilməsini,
möhür və ştamp hazırlanmasını təmin
etsin.
10.2. Kadr hazırlanacaq peşələrə
uyğun maddi-texniki bazanın yaradılması
üçün tədbirlər görsün.
10.3. Peşə Tədris Mərkəzinin
yeni struktur və xərclər smetasının layihəsinə
əsasən ştat cədvəli hazırlayıb nazirliyə
təqdim etsin.
11.
İctimaiyyətlə əlaqə şöbəsinin
müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində, "Sənətkar" jurnalında dərc edilməsini və digər
kütləvi informasiya vasitələrində
yayılmasını təmin etsin.
12. Əmrin
icrasına nəzarət təhsil nazirinin müavini
İ.İsgəndərova həvalə edilsin.
Misir MƏRDANOV
11 yanvar 2011-ci
il
Azərbaycan
müəllimi.- 2011.- 14 yanvar.- S.2.