"İçərişəhərin
əbədi sakini"
"Abdulla
Şaiq", "Həsən bəy Zərdabi",
"Qızıl qələm" mükafatlarına layiq
görülmüş tarix müəllimi Təranə Cəbiyevanın
indiyə qədər "Bülbülə imamzadəsi",
"Gənc müəllim və özünütəhsil",
"Güzdəkli Sona xanım" və "Bir
ömrün taleyi" kitabları işıq üzü
görüb. 2010-cu ilin axırlarında "Təhsil"
EİM onun "İçərişəhərin əbədi
sakini" (redaktoru Müşfiq Çobanlıdır)
kitabını (107 səhifə) çapdan
buraxmışdır.
Kitab
Allahın məsum və pak bəndəsi olan Mir Möhsün
Ağaya həsr olunmuşdur. 67 il nurlu, insanlara kömək məqamları
ilə naxışlanmış bir ömür
yaşamış Mir Möhsün Ağa haqqında
televerilişlər çəkilib, qəzet və jurnal məqalələri
dərc edilib, kitablar nəşr olunub.
Doğma
Bakının kəndlərini, bu məskənlərdəki
müqəddəs məkanları araşdıran müəllif
Seyid Əli Ağa barədə fikir və düşüncələri
ümumiləşdirmiş, məqalələri bir yerə
toplayaraq Mir Möhsün Ağanın ölümünün
60 illiyi ilə bağlı bir əsər çap etdirib.
Kitabın
əvvəlində Mir Möhsün Ağanın həyat
yoluna nəzər salınır, faktlar və hadisələr əsasında
müqəddəs şəxsin ömür salnaməsi
haqqında oxuculara məlumat çatdırılır. Həmin
hissədə Mir Möhsün Ağanın doğulub
yaşadığı İçərişəhərdəki
ev, Seyid Əli Ağanın bacısı Qönçə bəyim
(Səkinə xanım) və başqa doğmaları barədə
qeydlər diqqətəlayiqdir. Bu baxımdan "Xatirələr
unudulmur" bölməsi də tutumu ilə seçilir.
T.Cəbiyeva
Azərbaycan dövri nəşrlərində Mir Möhsün
Ağa ilə bağlı qələm məhsullarını
da toplamış, müəlliflərin hüququna toxunmadan
onların məqalələrini kitaba daxil etmişdir.
Əsərin
sonunda Mir Möhsün Ağaya ithaf olunmuş şeirlər
verilmişdir.
"İçərişəhərin
əbədi sakini" rəhmdil, nurlu, bənzərsiz insan
kimi rəvayət-həqiqətlərdə yaşayan Mir
Möhsün Ağanın ruhuna el hörmət və
ehtiramının ifadəsi olan bir əsərdir.
Aytən MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2011.-
14 yanvar.- S.23.