Viskonsin-Medison
Universiteti
Yerləşir: ABŞ, Viskonsin ştatı, Medison şəhəri
Yaranma tarixi: 1848-ci il
Tipi:
Dövlət
İşçi heyətinin ümumi sayı: 16000 nəfər
Tələbələrin ümumi sayı: 42099 nəfər
İllik büdcəsi: 2448400000 ABŞ dolları
İanə fondunun gəlirləri: 1373000000 ABŞ dolları
Rəsmi saytı: www.wisc.edu
Viskonsin-Medison Universiteti (University of Wisconsin-Madison) ABŞ-da
Viskonsin ştatının Medison şəhərində yerləşir
və ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biridir.
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Viskonsin-Medison
Universiteti 100 ən yaxşı ali məktəb
arasında Oklənd Universiteti ilə birgə 61-ci yerdə
olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında Viskonsin-Medison Universiteti "Times
Higher Education World University Rankings"in apardığı
araşdırmaya əsasən 43-cü, "QS World University
Rankings"in açıqlamasına görə isə 48-ci
yerdə qərarlaşıb.
Tarixi
Viskonsin-Medison Universitetinin yaranma
tarixi 1848-ci ildə Viskonsin ərazisinin ştat statusu
almasına təsadüf edir. Viskonsin
ştatı Konstitusiyası universitet yaradılması
haqqında qanun qəbul edir. Universitetin ilk
kansleri 1849-cu ildə Con Latrop təyin edilir. Viskonsin-Medison Universitetində ilk dərslər həmin
ilin 5 fevralında 17 tələbə ilə Medison Qadın
Akademiyasının binasında keçilir. Şimaldan
"Dörd göl", cənubdan Mineral Poynt Roud (sonralar
Universitet avenyu) ərazi, şərqdən Kral küçəsi
(sonradan Steyt) ilə əhatə olunan 200000 m2-lik ərazi
tezliklə universitet kampusunun yaradılacağı yer kimi müəyyən
edilir.
1859-cu ildə həmin
ərazidə hazırda Baskom Holl adlanan universitet
binasının inşası tamamlanır, lakin 1916-cı il oktyabrın 16-da baş vermiş
yanğın nəticəsində binanın günbəzi
yararsız hala düşür və bir daha bərpa edilmir. Universitetin ilk binası faktiki olaraq 1851-ci ildə
tikilmiş Nort Holl hesab edilir. 1863-cü ildən
Viskonsin-Medison Universitetinə qız tələbələr qəbul
olunurlar. 1892-ci ildə ali məktəb
ilk elmi dərəcələrini verir və "The Daily
Cardinal" tələbə qəzeti nəşr edilir,
universitetin tədricən yeni kampuslarının tikilməsi
başlanır.
1904-1905-ci illərdə universitetin ali məktəbi,
1907-ci ildə Viskonsin təşkilatı yaradılır. 1907-1911-ci illərdə universitetin
professorları Stiven Molton Bebkop və Edvin Hart tərəfindən
1 buğda üzərində aparılmış eksperiment nəticəsində
müasir qida elmi yaranır. 1913-cü ildə universitetin alimi
Elmer MakKollum A vitaminini, 3 il sonra isə B
vitaminini aşkarlayır. 1919-cu ildə universitetin kampusunda
ABŞ-da ilk olaraq fasiləsiz işləyən 9XM (hazırda
WHA 970 AM) radiostansiyası istifadəyə verilir. 1934-cü ildə Viskonsin-Medison Universiteti Dendarisi
açılır.
1960-1970-ci illərdə universitetin
kampusunda Vyetnam müharibəsində istifadə etmək
üçün "Dow Chemical" şirkətinin napalm
(damcı şəklində partlayıcı maddə)
istehsalı əleyhinə böyük tələbə
aksiyaları keçirilir. 1969-cu ildə "The
Badger Herald" konservativ tələbə qəzeti fəaliyyətə
başlayır. İki il sonra
universitetin Sterlinq Holl binasına bomba atılır. 1984-cü ildə universitetin elmi-tədqiqat parkı
istifadəyə verilir. Daha sonra universitetin
tələbələri Tim Kek və Kristofer Conson "The
onion" satirik qəzetini yaradırlar. 1998-ci
ildə universitetin hüceyrə bioloqu Ceyms Tomson ilk dəfə
olaraq insan embrional gövdə hüceyrələrini
ayırır və yetişdirir.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu tədris ilində
Viskonsin-Medison Universitetinin illik büdcəsi 2448400000 ABŞ
dolları olub. Universitetin ianə
fondunun gəlirləri 1373000000 dollar təşkil
edib.
2010-2011-ci tədris ilində Viskonsin-Medison
Universitetində təhsil haqqı yerli tələbələr
üçün bakalavr pilləsində 4156, magistr və
doktorantlar üçün 5258, Hüquq Məktəbində
8212, Tibb və Səhiyyə Məktəbində 11798, Əczaçılıq
Məktəbində 6963, Baytarlıq Məktəbində 8857,
biznes üzrə (magistratura) 5986 ABŞ dollarıdır. Əcnəbi
tələbələrin təhsil haqqı isə bu universitetdə
bakalavr pilləsində 11531, magistrant və doktorantlar
üçün 12536, Hüquq Məktəbində 18174, Tibb və
Səhiyyə Məktəbində 19160, Əczaçılıq
Məktəbində 13191, Baytarlıq Məktəbində
14405, Biznes Məktəbində (magistratura) isə 13348 ABŞ dolları təşkil edir.
Universitetdə ümumilikdə 1 tədris ili üçün yerli tələbələrə
21617, ABŞ-ın digər ştatlarından olanlara 23878, əcnəbilərə
isə 37757-43000 ABŞ dolları lazım gəlir (bu məbləğ
ildən ilə artır). Dəftər və
kitab ləvazimatları üçün tələbələr
ildə təqribən 1100, yataqxana üçün 7690, nəqliyyat
və şəxsi xərclər üçün 3840-4730
dollar pul xərcləyirlər.
Viskonsin-Medison Universitetində tələbələrə
təhsil, idman və digər bacarıqlar üzrə yüksək
göstəricilər nümayiş etdirdikləri
üçün təqaüd verilir. ABŞ-ın və
bütün dünyanın nüfuzlu ali məktəblərində
olduğu kimi, burada da bir neçə təqaüd təklif
olunur. Təqaüdün məbləği
400-6000 ABŞ dolları arasında dəyişir. Təqaüdlə yanaşı, təhsil
haqqını ödəyə bilməyən tələbələrə
universitetdə 3 növ maliyyə yardımı mövcuddur - hədiyyə,
kredit və işlə təminat. Tələbələrə
verilən hədiyyə, maliyyə yardımı geri
alınmır, kreditlər isə üstünə faiz gəlmək
şərti ilə ödənilməlidir. Tələbə krediti universiteti bitirib işlədikdən
sonra ödəyə bilər.
Universitet bu
gün
Viskonsin-Medison Universitetinin kampusları
bütün ştat üzrə 42,9 km²
ərazini əhatə edir. Ali məktəbin əsas kampusu Medison şəhərində Mendota və
Monona göllərinin arasında 3,77
km² ərazidə yerləşir. Təbii
ekosistemə malik Viskonsin-Medison Universiteti Dendarisi Medison şəhərinin
şimalında yerləşir. Əsas
kampusda memar Cenninqs və Artur Pibodi tərəfindən inşa
edilmiş bir çox bina mövcuddur. Kampusun
xüsusi polis xidməti, xəstəxanaları, istirahət mərkəzləri,
botanika bağları, enerji müəssisələri və s.
mövcuddur. Kampus ərazisində yerləşən
Baskom Holl universitetin "ürəyi" hesab edilir və
tarixi abidə kimi qorunur. Bina hazırda
kansler və vitse-kanslerin iqamətgahı kimi fəaliyyət
göstərir. Kampus ərazisindəki qotik üsluba aid
Müzik Holl 1878-ci ildə tikilib. Binaya 800 nəfər
tutumlu auditoriya, kitabxana, saat qülləsi aiddir. Müzik
Holl, həmçinin universitetin opera və musiqi mərkəzi,
Şəhər və Regional Planlaşdırma departamentinin
binası kimi fəaliyyət göstərir.
Corc Moss humanitar korpusu 1960-cı illərdə
Brutalist (1950-70-ci illərin memarlıq üslubu) üslubunda
tikilib. Korpusda tarix, incəsənət,
musiqi və digər departamentlər fəaliyyət göstərir.
Viskonsin Biznes Məktəbinin yerləşdiyi
Qreyncer Holl 1933-cü ildə tikilib.
Viskonsin-Medison Universitetində 133 bakalavr,
150 magistr və 108 doktorluq proqramı təklif edən kollec, məktəb
və fakültələr fəaliyyət göstərir.
Bunlar Kənd Təsərrüfatı və Biologiya Elmləri,
Mühəndislik, Yazı və Elm (Filologiya) kollecləri, Viskonsin Biznes, Pedaqogika, Təhsilin
Davametdirilməsi, Ali, İnsan
Ekologiyası, Jurnalistika və Kütləvi İnformasiya Vasitələri,
Robert
Viskonsin-Medison Universitetinin kitabxana sistemi Tədqiqat
Kitabxanaları Assosiasiyası
tərəfindən 13-cü yerə layiq görülüb. Memorial
kitabxana ilə yanaşı, universitetdə
40-dan çox peşə
və xüsusi kitabxana mövcuddur. Kitabxana sisteminə ümumilikdə 8 milyondan çox kitab, 7 milyon sənəd, xəritə, musiqi partituraları, audiovizual
material, 6,4 milyon mikrofilm,
76000 dövri nəşr
və s. daxildir. Memorial kitabxana humanitar
və sosial elmlər üzrə kampusda əsas tədqiqat müəssisəsi
hesab edilir. 3,5 milyondan çox
materiala malik kitabxana həmin sahələr üzrə Viskonsin ştatının
ən böyük kolleksiyasıdır. Həmçinin kitabxanada Universitet arxivi, Mills diskoqrafiyası,
Çap muzeyi, Rəqəmsal Kolleksiya Mərkəzi fəaliyyət
göstərir. Tələbələr Helen
Uatyt Holl kolleci kitabxanasında bir çox material əldə edə bilərlər. Kitabxananın xüsusi kolleksiyasına etnik tədqiqatlar, qadınlar, karyera və s., Açıq Kitab kolleksiyasına DVD disklər, audiokitablar, videooyunlar və s. daxildir. Kurt Vendt
kitabxanasında mühəndislik,
kompüter elmləri, statistika, atmosfer və okean elmlərinə
aid materiallar toplanıb. Kitab və jurnallardan əlavə
burada 1,5 milyon çap edilmiş texniki məruzə
və mikrofişlər saxlanılır. Patent və ticarət
nişanı depozit kitabxanasında ABŞ kommunal dizayn və
patent, geniş
ictimaiyyət üçün soraq materialları mövcuddur. Eblinq sağlamlıq elmləri kitabxanası
Sağlamlıq elmləri Tədris Mərkəzində yerləşir
və 2004-cü ildə Middlton, Veson və Pauer əczaçılıq
kitabxanalarının birləşməsindən sonra
yaradılıb. Kitabxana sisteminin MadCat
interaktiv kataloqu mövcuddur. Kataloqa
universitetin bütün kitabxanalarına aid biblioqrafik qeydlər,
dövri nəşr, audiovizual material, xəritə, not,
mikroforma, verilənlər bazası daxildir. Kitabxananın vebsaytından istifadəçilər
istənilən materialı
asanlıqla əldə
edə bilərlər.
Universitetin muzeyləri
arasında müxtəlif ölkələrdən gətirilmiş
süxur, mineral və daşlaşmaların, Barringer meteoriti,
ilk dinozavr (edmontosaurus), akula (squalicorax) skeletlərinin və
üzən dəniz zanbağı koloniyalarının
(uintacrsinus), Kanzas tabaşirinin saxlandığı geologiya, rəsm,
heykəltəraşlıq, qravüra və fotoşəkillərin
toplandığı Çazen incəsənət, 500000-dən çox zoologiya
nümunəsinə, müxtəlif skelet, artefakt, Qalapaqoss
adaları ilə bağlı elmi-tədqiqat işlərinin
yerləşdiyi Xüsusi kolleksiyaya malik zoologiya, klassik və
müasir fizika eksponatlarının nümayiş olunduğu LR
Igersoll muzeylərini qeyd etmək olar.
2008-ci ilin sentyabrından Viskonsin-Medison
Universitetinin kansleri xanım Karolin Biddi Martindir. Kansler universitetin Regentlər Şurası tərəfindən
təyin edilir. Ali məktəbin
vitse-kansleri isə Pol Delucadır. Büdcə
və biznes, hüquq, təhsil və məzunlar məsələləri
üzrə də vitse-kanslerlər mövcuddur. Universitet dekanlar tərəfindən idarə olunan məktəb
və kolleclərdən ibarətdir. Burada
ümumilikdə 16000-dən çox işçi
çalışır. İşçilərin
2022 nəfərini inzibati (rəhbərlik), 6072 nəfərini
professor-müəllim, qalanlarını isə digər xidmətlərdə
çalışan əməkdaşlar təşkil edirlər.
Viskonsin-Medison Universitetində
ümumilikdə 42099 nəfər tələbə təhsil
alır. Tələbələrin
28690 nəfərini bakalavr, qalanlarını isə magistr və
doktorantlar təşkil edirlər. Tələbələrin
51,8%-i qızlar, 48,2%-i isə
oğlanlardır. Universitetdə dünyanın
müxtəlif ölkələrindən 5074 nəfər əcnəbi tələbə
təhsil alır.
Viskonsin-Medison Universitetinin tələbələri
yaşayış yeri
tapmaqda çətinlik
çəkmirlər. Xüsusilə universitet I və
II kurs tələbələrinin
məskunlaşmaları ilə
ciddi məşğul
olur. Universitetdə 15 tələbə yataqxanası mövcuddur
və onlar kampusun mərkəzində
mağaza, qalereya, restoran və tarixi abidələrin yaxınlığında yerləşir.
Ümumiyyətlə, yataqxana kompleksi
iki yerə bölünüb - kompleksin
bir hissəsi Mendota gölünün sahilində,
təbiət qoynunda və kitabxanaların yaxınlığında, digər
hissəsi isə Medison şəhər mərkəzinin, universitetin
akademik binalarının
yanındadır. Yataqxanaların
otaqları mebel, kabel televiziyası, telefon, İnternet, kondisioner və s. avadanlıqlarla təchiz olunub.
274 yerlik Adams Holl yataqxanası Mendota gölünün sahilində
yerləşir və əsasən bir nəfərlik otaqlardan ibarətdir. Yataqxana 2011-ci ilin yayınadək fəaliyyət göstərməyəcək.
Bernard Holl yataqxanası
246 nəfər üçün
nəzərdə tutulub
və Universitet-avenyu və Park-stritdə yerləşir. Bredli
Holl yataqxanası 246,
Çadborn 580, Koul 242, Elizabet
Uoters Holl 473, Friderik Holl 147, Kronşeyc Holl 624, Oqq Holl 600,
Selleri Holl 1148, Slixter Holl 200, Smit Holl 415, Sallivan Holl 257, Tripp
Holl 279, Vitte Holl isə 1150 tələbə tutumuna malikdir. Burada otaqların illik qiyməti 7690-8339 ABŞ
dolları təşkil edir. Əlil tələbələr
üçün yataqxanalarda lazımi şərait
mövcuddur. Universitetə konfrans, müxtəlif tədbir
və s. məqsədlərlə gələn şəxslər
üçün Louel İnn, CALS, Fluno, yay korpusu və s.
yataqxanalar fəaliyyət göstərir. Yataqxana
otaqları ən müasir şəraitə malikdir və qalma
müddətindən asılı olaraq qiymətlər 1 nəfərə
18-144 ABŞ dollarına başa gəlir.
Viskonsin-Medison Universitetində tələbə
həyatı çox
fəal və maraqlı keçir. Universitetdə tələbələr
aparıcı vəzifələri
tutmağa can atır,
müxtəlif gənclər
təşkilatına qoşulur,
mədəniyyət və
idman tədbirlərində
iştirak edir, bir sözlə, tələbə həyatından
maksimum zövq almağa çalışırlar.
Universitetdə tələbə
qəzetləri nəşr
edilir, WSUM 91,7 FM kampus radiosu fəaliyyət göstərir.
Viskonsin-Medison Universitetində 1904-cü ildən məşhur
"Viskonsin ideyası" mövcuddur.
Universitetin sabiq prezidenti Çarlz Van Hayz tərəfindən
yaradılmış bu prinsipə əsasən, təhsil
universitet auditoriyalarından kənarda insanların həyat səviyyəsinin yüksəlməsinə
xidmət etməlidir. 100 ildən artıqdır
ki, universitet bu ideyaya əməl edir və bəşəriyyətin
inkişafına layiqincə xidmət göstərir.
Universitetin məşhur məzunları
Ellen Conson-Serliff Liberiyanın prezidenti
Enci Bruks BMT Baş Assambleyasının
sabiq prezidenti
Dik Çeyni ABŞ-ın sabiq vitse-prezidenti
Əhməd Yauddin Banqladeşin sabiq prezidenti
Kamel Morjani Tunisin xarici işlər
naziri
Alexandro Foksli
Çilinin sabiq
xarici işlər naziri
Filipp Qunavardena
Şri-Lanka inqilabçısı, Şri-Lanka
"sosializminin atası"
Con Bardin tarixdə yeganə fizika üzrə 2 dəfə
Nobel mükafatı
laureatı
Con Van Flek fizika üzrə Nobel mükafatı laureatı
Saul Bellou ədəbiyyat üzrə Nobel
mükafatı laureatı
Günter Blobel tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
Herbert Spenser Gasser tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Ervin Neher tibb və fiziologiya
üzrə Nobel mükafatı laureatı
Eduard Lori Tatum tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Pol Boyer kimya üzrə Nobel mükafatı laureatı
Alan MakDiarmid kimya üzrə Nobel mükafatı
laureatı
Stenford Mur kimya üzrə Nobel mükafatı
laureatı
Teodor Şuls iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 20 yanvar.- S.12-13.