O qanlı gecəni
xatırlayarkən
Yaxşı
yadımdadır, 1990-cı il yanvarın 19-da gündüz
saat 12-dən bizi-idarə və müəssisə
rəhbərlərini, kommunistləri, şəhərin fəallarını
iclas adı ilə çağırıb
yığmışdılar şəhər partiya
komitəsinin (indiki icra hakimiyyətinin) akt zalına. Burada iclasdan əsər-əlamət yox
idi. Hər saatdan bir 1 nəfər gəlib deyirdi:
"Darıxmayın, bir azdan
mühüm xəbər
deyiləcək!". Mühüm xəbərin deyilməsi
gecə yarıya qədər çəkdi. Adamlar
zalda mürgüləyir, bir-biri
ilə pıçıltılı
söhbət edir, bəziləri
də bayıra çıxıb
qayıdırdılar. Birdən əli dubinkalı və
qalxanlı əsgərlər qapıları kəsdilər,
1-ci mərtəbədən 4-cü mərtəbəyə qədər
gediş-gəliş yollarını tutdular.
Bu mənzərəni
görənlərdən bəziləri sevinirmiş
kimi: "Burda dur e, ağzına qaya dəysin. Elə bilirdin
ölkə yiyəsizdi?!". Biz dəhlizə çıxanda artıq stolun
üstündə bir top qara parça
gördük, hər şey aydın oldu.
İyirmisi
Yanvar, 90-cı il,
Qalıb
taleyimin qan yaddaşında.
Özüm
necə idim, yadımda deyil,
Qulağı
batmışdı qara daşın da.
O gecə
durmuşdu yol ayrıcında,
Ölüm
həyat ilə, hicran vüsalla.
Qolları
sınmışdı ağacların da,
Bənizi
qaçmışdı otların, Allah.
O gecə
yağırdı güllə yağışı,
Elə
bil dünyanın sonu çatmışdı.
O gecə
günahsız xalqıma qarşı,
Qəddarlıq
artmışdı, sitəm artmışdı.
O gecə
bulaqlar qan ağladılar,
Quşlar
səksəkədən yata bilmədi.
O gecə
atları cidarladılar,
Yolçu
mənzilinə çata bilmədi.
Mənim
şirin yuxum ərşə çəkildi,
Ulduzlar
əridi baxışlarımda.
Üstümə
od yağdı, alov töküldü,
Dondu
yanağımda göz yaşlarım da.
Bakı
qan gölünə dönmüşdü gecə,
Neçə
qız batmışdı, ana batmışdı,
O
fidan gülləri əzən cəlladın,
Yırtıcı
caynağı qana batmışdı.
Bir
nifrət duası oxuyam gərək,
Gündoğan,
günbatan duysun səsimi.
Qansıza
kəfənlik toxuyam gərək,
Qoydu
gözlərimdə o, həvəsimi.
O gecə
oyandı içimdə qeyrət,
O gecə
açıldı ağzımda dilim.
Məndən
inciməsin ana təbiət,
Qana
qan gərəkdir, ölümə ölüm.
Qanın
yerdə qalmaz, igid qardaşım,
Qəbrin
nurla dolsun, ağbirçək ana!
Mənim
şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycana!
Həmişə haqdan,
ədalətdən, humanizmdən dəm vuran
dövlətin amansız
ordusu dinc əhalini tankların altına salıb xurd-xəşil
eləmişdi. Ölkə nehrə kimi
çalxalanırdı. Səhər hara baxırdın rus əsgərləri
adamların qabaqlarını kəsib sənədlərini
yoxlayırdılar. İnformasiya qıtlığı başlamışdı.
Nə radio, nə televizor səsini çıxarıb "mühüm xəbər"
demirdi. Sən demə, amansız ordu Bakını qan gölünə çevirib,
televiziyanın blokunu
partladıb, insanları informasiyadan məhrum edib. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə yüzlərlə dinc
azərbaycanlını məhv
və şikəst etdilər. Günahsız insanlar
yaralandı, müxtəlif fiziki təzyiqlərə məruz
qaldı.
Həmin
gecə 131 nəfər insan qətlə yetirildi, 744 nəfər
ağır yaralandı, 400 nəfər zindanlara atıldı,
xeyli insan itkin düşdü.
20 Yanvar faciəsi
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror
aktlarından biridir. O qanlı-qadalı gecəni yad etdikcə
qaysaqlanmış yaramın qaysağı qopur,
ağrısı-acısı məni yandırır-yaxır.
Yadıma düşür ki, o gecə fikir-xəyal
burulğanında yata bilmirdim. Qulağımı dəng edən
sözlər: -"Mühüm xəbər deyiləcək"
hey təkrarlanır-təkrarlanırdı. Tankların,
topların nəriltisindən yatmaqmı olardı? Yad etdikcə
o qanlı gecəni qara qanlar axır ürəyimdən,
içimdə düşmənə qarşı nifrət
hissi getdikcə qol-qanad atır, böyüyür, şaxələnir.
Gurultu səsindən qulaq batırdı. Əliyalın
insanlara divan tutur, tankların altına salıb
xıncım-xıncım edirdilər. Mətbəxdə qazan
asıb ailə üçün xörək hazırlayan
ananı, körpə uşaqları, səsə-küyə
küçəyə çıxan xəstə, ahıl
qocaları belə qanlarına qəltan edir, qətlə
yetirirdilər. Vətənin dar günündə ürəyində
kin yaşadan başçılar arxamızda dayanmayıb
qaçdılar. Millət sərkərdəsiz orduya, su
üzündə qalan gəmiyə bənzədi 20 yanvar gecəsi.
Bir yandan bağlayan, bir yandan açar, - deyiblər aqillərimiz.
1990-cı
il yanvarın
21-də hər dəqiqəsi
təhlükə qarşısında
qalan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldi,
Qorbaçov hakimiyyətinə
dərin etirazını
bildirdi və cinayətkarların ciddi cəzalandırılmasını tələb etdi.
Azərbaycan
xalqına dərin hüznlə başsağlığı
verdi. Ümummilli liderimiz Heydər Əliyevin
çıxışı həmin anlar Azərbaycan
xalqını xeyli toxtatdı, mübariz ruhunu daha da gücləndirdi.
1990-cı
il yanvarın iyirmisində sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciədən artıq 21 il
keçir. Xalqımız o müdhiş gecəni daim
xatırlayır, illər keçdikcə xatırlayacaq da! Hər
bir azərbaycanlı bu vəhşiliyi, qəddarlığı,
amansızlığı törədənlərə nifrət
oxuyur və bu nifrət daim ediləcək.
Həmin
günlər Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil oldu, öz ölkəsinin,
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan qurdürəkli,
qorxubilməz, geridönməz, mərd, cəsarətli Vətən
övladları canlarından keçərək Vətən
yolunda həyatlarını qurban verdilər, şəhidlik
zirvəsinə ucaldılar! Xalqımız həlak
olanların xatirəsini əbədiləşdirmək
üçün Şəhidlər xiyabanı kimi bir ziyarətgah,
qibləgah, səcdəgah yaratdı.
Konstitusiya
hüquqlarının təmin edilməsi tələbləri
ilə ayağa qalxan dinc əhalini qılıncdan
keçirtdilər, divan tutdular. Heç bir günahı
olmayan yüzlərlə adamın vəhşicəsinə qətlə
yetirilməsi bütün hakimiyyətdə olduğu dövrdə
humanizm prinsiplərindən dəm vuran sovet imperiyasının
hərb maşınının amansız terroru
insanlığa qarşı bəşər tarixində
görünməyən ən ağır cinayətlərdən
biri kimi əbədi olaraq qalacaqdır. Əli günahsız
insan qanına batmış imperiya rəhbərliyinin, cinayətkar
M.S.Qorbaçovun komandasının Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, respublikamıza
qarşı ərazi iddiaları irəli sürən mənfur
qonşumuz Ermənistanın təcavüzkar hərəkətlərinə haqq
qazandıranlara hiddətlənən və bu fitnəkarlığa
qarşı öz qəti etirazını bildirən geniş
xalq kütləsinə qarşı sovet ordusunun
döyüş bölmələrinin yeridilməsi Bakıda
misli görünməmiş faciə ilə nəticələndi.
Böyük itkilər verdik, günahsız insanlarımız
dünyasını dəyişdi. Lakin bu amansız, qanlı
terror xalqımızın iradəsini, milli qürurunu,
mübariz ruhunu sarsıda bilmədi, azadlıq eşqini
boğmağa gücü çatmadı. 20 Yanvar faciəsi
xalqımızın əyilməzliyini,məğrurluğunu
nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən
bəri arzusunda olduğu müstəqilliyə qovuşdu
xalqımız, ölkəmiz suverenlik əldə etdi. 20 Yanvar
faciəsi xalqımızın qan yaddaşında əbədi
yaşayacaq.
Şəhidlər
xiyabanına tez-tez gedir, şəhidlərimizi ziyarət edirəm,
onların qarşısında baş əyirəm. Burada səslənən,
ürək dağlayan həzin musiqi içimi
göyüm-göyüm göynədir. Üzümü qaboy
çalan Kamil Cəlilova tuturam.
Çalma,
Kamil! Çalma, qurbanın olum,
Yandırıb
yaxırsan axı sən bizi.
Nədir
qaboydakı bu fəryad səsi,
Boğur
duman bizi, boğur çən bizi,
Yandırıb yaxırsan axı sən bizi.
Əvəz Mahmud LƏLƏDAĞ
Azərbaycan müəllimi.-
2011.- 20 yanvar.- S.9.