Monitorinq və qiymətləndirmə
Sumqayıt şəhəri ümumtəhsil məktəblərində
tam orta təhsil pilləsi üzrə buraxılış
imtahanlarının keyfiyyət göstəricilərinə
görə təhlili
Mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin
keyfiyyət göstəricilərinə görə nəticələri,
bu nəticələrin keçən il ilə müqayisəli
təhlili, keyfiyyət və müvəffəqiyyət
göstəricilərinin qarşılıqlı vəziyyəti,
müxtəlif fənlərin mənimsənilmə səviyyəsi
araşdırılmışdır.
2009-2010-cu
dərs ilində şəhərin 48 tam orta ümumtəhsil məktəbində
3582 şagird təhsil almışdır. Onların 3563-ü
(99,47%) buraxılış imtahanlarında iştirak etmiş və
3405 nəfəri (95.06%) yekun nəticəyə görə
attestat almışdır. Buraxılış imtahanlarında
iştirak edən 3563 şagirddən
1722 nəfəri oğlan, 1841 nəfəri isə
qızdır. Şagirdlərin 3219-u Azərbaycan, 344 nəfəri
isə rus bölməsinin şagirdidir. Sumqayıt şəhər
N.Gəncəvi adına Texniki və Təbiət Elmləri
liseyindən 6, Sumqayıt şəhər Təbiət Elmləri
Təmayüllü Gimnaziyadan 5, Sumqayıt şəhər
"İstedad" məktəb-liseydən 3, ümumilikdə
isə Sumqayıt şəhəri üzrə 30 nəfər
şagird bütün fənlərdən "5" qiymət
almışdır. Bütün fənlərdən "2"
qiymət alan şagird isə yoxdur. Aşağıdakı cədvəldə
respublika üzrə yekun keyfiyyət göstəricisinə
görə ilk 20 yeri tutan məktəblərin siyahısı
verilmişdir. Bu siyahıda Sumqayıt şəhərinin
üç məktəbi birinci onluqdadır.
Sumqayıt
şəhərinin səkkiz fənn üzrə göstəricilərinin
respublika üzrə göstəricilərlə müqayisəsi
aşağıdakı diaqramdan aydın görünür.
Göründüyü kimi, bütün fənlərdən keyfiyyət
göstəriciləri respublika üzrə keyfiyyət göstəricilərindən
yüksəkdir.
2008-2009 və
2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz
fənn üzrə Sumqayıt
şəhər ümumtəhsil məktəblərinin keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
aşağıdakı diaqramda verilmişdir:
Yalnız
riyaziyyat fənnindən müəyyən yüksəlişin,
əksinə qalan bütün fənlərdən geriləmənin
olduğu nəzərə çarpır. Ümumilikdə,
Sumqayıt şəhəri üzrə yekun keyfiyyət
göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən 3,84% aşağı
düşmüşdür.
2009-2010-cu
dərs ilində mərkəzləşdirilmiş qaydada
keçirilmiş buraxılış imtahanlarında fənlər
üzrə yekun keyfiyyət göstəriciləri
Fənlər
üzrə yekun göstəricilərə nəzər
saldıqda Sumqayıt şəhərində Azərbaycan
tarixi, riyaziyyat və coğrafiya fənlərinin digər fənlərə
nisbətən daha yaxşı tədris olunduğu
müşahidə olunur. Məktəblərin vəziyyətinə
gəldikdə isə Azərbaycan tarixi, riyaziyyat, xarici dil fənlərindən
20 məktəbin (41,67%), ana dili, biologiya fənlərindən
22 məktəbin (45,23%), fizika fənnindən 25 məktəbin
(52,08%), kimya fənnindən 26 məktəbin (54,17%) və
coğrafiya fənnindən isə 27 məktəbin (56,25%)
keyfiyyət göstəricisi şəhər üzrə
keyfiyyət göstəricisindən yüksəkdir.
Sumqayıt
şəhərinin tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə
görə keyfiyyət və reytinq göstəricilərinin
müqayisəli təhlili aşağıdakı cədvəldə
verilmişdir:
Cədvəldən
göründüyü kimi, Sumqayıt şəhər 4 və
38 nömrəli orta məktəbləri reytinq cədvəlinə
uyğun olaraq, 32 və 44-cü yerləri tutduqları halda,
keyfiyyət cədvəlində həmin məktəblər
müvafiq olaraq 17 və 33-cü yerləri tuturlar. Bu isə o
deməkdir ki, həmin məktəblərin şagirdləri
daha çox suala düzgün cavab verərək yüksək
qiymətlər alıblar. Əksinə, Sumqayıt şəhər 42 və
8 nömrəli orta məktəbləri reytinq cədvəlinə
uyğun olaraq, 7 və 8-ci yerləri tutmalarına baxmayaraq,
keyfiyyət cədvəlində həmin məktəblər
müvafiq olaraq 30 və 24-cü yerləri tuturlar.
Keyfiyyət
göstəricisinə görə məktəblərin
sıralanmasında ilk və son iki yeri tutan məktəblərin
göstəriciləri
aşağıdakı kimidir:
Sumqayıt
şəhər N.Gəncəvi adına Texniki və Təbiət
Elmləri liseyindən 45 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik şagird
ana dilindən 18,44 suala (73,78%),
riyaziyyatdan 22,98 suala (91,91%), Azərbaycan
tarixindən 12,27 suala (81,78%),
fizikadan 8,60 suala (86,00%), kimyadan
8,82 suala (88,22%), biologiyadan 8,02 suala
(80,22%), coğrafiyadan 8,67 suala (86,67%), xarici dildən isə
12,67 suala (84,44%) düzgün
cavab vermişdir.
Sumqayıt
şəhər Təbiət Elmləri Təmayüllü
Gimnaziyadan 44 şagird buraxılış imtahanlarında
iştirak etmiş və orta statistik şagird ana dilindən
17,80 suala (71,18%), riyaziyyatdan 21,64 suala (86,55%), Azərbaycan
tarixindən 11,70 suala (78,03%),
fizikadan 8,07 suala (80,68%), kimyadan 8,32 suala (83,18%), biologiyadan 7,89 suala (78,86%), coğrafiyadan 8,05 suala (80,45%), xarici dildən isə 11,45
suala (76,36%) düzgün cavab
vermişdir.
Sumqayıt
şəhər 7 nömrəli orta məktəbindən 57
şagird buraxılış imtahanlarında iştirak
etmiş və orta statistik şagird ana dilindən 10,70
suala (42,81%), riyaziyyatdan 12,82
suala (51,30%), Azərbaycan tarixindən
6,84 suala (45,61%), fizikadan 4,49
suala (44,91%), kimyadan 4,68 suala (46,84%), biologiyadan 4,53 suala (45,26%), coğrafiyadan 4,79 suala
(47,89%), xarici dildən isə 6,91 suala (46,08%) düzgün cavab
vermişdir.
Sumqayıt
şəhər M.Əsədov adına orta ümumtəhsil
internat-məktəbdən 14 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik şagird
ana dilindən 11,57 suala (46,29%),
riyaziyyatdan 11,14 suala (44,57%), Azərbaycan
tarixindən 5,71 suala (38,10%),
fizikadan 3,71 suala (37,14%), kimyadan
3,79 suala (37,86%), biologiyadan 3,50 suala
(35,00%), coğrafiyadan 4,21 suala
(42,14%), xarici dildən isə 6,14 suala (40,95%) düzgün cavab
vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin
şəhərin göstəriciləri ilə müqayisəli
təhlili aşağıdakı qrafiklərdən daha aydın görünür.
Sumqayıt
şəhəri və Sumqayıt şəhər N.Gəncəvi
adına Texniki və Təbiət Elmləri liseyinin səkkiz
fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Sumqayıt
şəhəri və Sumqayıt şəhər Təbiət
Elmləri Təmayüllü Gimnaziyanın səkkiz fənn
üzrə keyfiyyət göstəricilərinin müqayisəli
təhlili
Sumqayıt
şəhəri və Sumqayıt şəhər 7 nömrəli
orta məktəbin səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
Sumqayıt
şəhəri və Sumqayıt şəhər M.Əsədov
adına orta ümumtəhsil internat-məktəbin səkkiz fənn
üzrə keyfiyyət göstəricilərinin müqayisəli
təhlili
Sumqayıt
şəhər ümumtəhsil məktəblərində 8 fənnin
əlamətlər üzrə keyfiyyət göstəriciləri
Cədvəldən
göründüyü kimi, şəhər üzrə orta
statistik şagird ana dili fənnindən sualların 53,43%-nə
düzgün cavab vermişdir. Qızların düzgün
cavabları 54,97%, rus bölməsinin düzgün cavabları
isə 56,36% olmuşdur, bu da şəhər üzrə
göstəricidən yuxarıdır. Azərbaycan və rus
bölmələrinin, eləcə də oğlanlar ilə
qızların keyfiyyət göstəricilərinin müqayisəsi
aşağıdakı diaqramlardan daha aydın
görünür.
2008-2009 və
2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər
üzrə müqayisə etdikdə riyaziyyatdan "2" qiymət
alanların faiz göstəricisinin aşağı
düşdüyünü, qalan fənlərdən isə
faiz göstəricilərinin yüksəldiyini müşahidə
edirik. "2" qiymət alanların sayı ana dilindən
1,62%, Azərbaycan tarixindən 0,94%, fizikadan 1,52%, kimyadan 2,22%, biologiyadan
2,35%, coğrafiyadan 1,28% və xarici dildən 0,88%
artmışdır, əksinə, riyaziyyatdan 1,42% azalmışdır. Ümumiyyətlə,
2008-2009-cu dərs ilində 4008 şagirddən 3987 nəfəri
imtahanlarda iştirak etmiş və bunlardan 3397-i, yəni
85,20%-i, 2009-2010-cu dərs ilində isə 3582 şagirddən
3563 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan
2840-ı, yəni 79,71%-i müvəffəqiyyət
qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs
ili ilə müqayisədə Sumqayıt şəhəri
üzrə müvəffəqiyyət faizinin 5,49%
aşağı düşdüyünü görürük.
Aşağıdakı cədvəlin köməyi ilə digər
qiymətlərə görə də iki ilin müqayisəli
təhlilini aparmaq olar.
Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsi
Azərbaycan müəllimi.- 2011.- 20
yanvar.- S.10-11.