Fakt və rəqəmlər
Qanlı
Yanvar hadisələri zamanı Bakı şəhərində
131 nəfər həlak olub, ümumi nəticəyə
görə isə bu hadisələrdə yaralananların
sayı 800, həbs olunanların və itkin düşənlərin
sayı isə 1000 nəfərdən
çox olub.
Eyni
zamanda 200 ev və mənzil talan edilərək
yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi
və dövlət əmlakı məhv edildi. Faciə
SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin
və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı
ilə müdafiə naziri Yazovun komandanlığı
altında törədildi.
Azərbaycan
müəllimi.- 2011.- 20 yanvar.- S.1.