"Ömürdən
səhifələr"
Hər
bir fərdin həyatı özlüyündə ümumilikdə
xalqın, yaşadığı dövrdə cəmiyyətin,
dar mənada ömür sürdüyü kəndin, şəhərin
həyatı ilə görünməz xətlərlə
bağlıdır. Ayrılıqda götürüləndə
hər hansı şəxsin həyatı aşağıdaki
məqamlarda ictimai əhəmiyyət kəsb edir: fərd
özünün şüurlu həyatını cəmiyyətin
ümumi rifahı ilə uyğunlaşdıra bilsin; əməlləri
ilə çoxluğun ümumi rifahına ziyan vurmasın;
şəxsi duyğu və hissləri mənsub olduğu
xalqın milli-bəşəri səciyyəli mentaliteti, mənəvi-əxlaqi
dünyası ilə bağlı olsun, ondan qaynaqlansın... Belə
tələb və prinsiplərə uyğun gələn insan
ömrü, əslində, çoxlarına nümunədir,
örnəkdir.
Pedaqoji
elmlər namizədi, əməkdar müəllim Məmməd
Hüseynov Qərbi Azərbaycanda, İrəvan şəhərinin
yaxınlığındakı Zəhmət kəndində
doğulub, boya-başa çatıb. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu bitirib (1952), müxtəlif bölgələrdə
müəllim, məktəb direktoru kimi
çalışıb. 1975-ci ildə "Fizika tədrisində
şagirdlərin vətənpərvərlik tərbiyəsi"
mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Məcburi
köçkünlüklə bağlı Şəmkirin
Çənlibel kəndində məskunlaşmış
alim-müəllim tarixi-publisistik, pedaqoji-ictimai, fəlsəfi-etik
üslubda "Tarixdə qalan izlər" adlı dəyərli
kitab nəşr etdirib. Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların
məişəti və maarifi haqqında zəngin faktlarla qələmə
alınmış kitab tarixin öyrənilməsi
baxımından faydalı mənbələrdən sayıla
bilər.
80
yaşlı alim-müəllimin bu günlərdə
"Mütərcim" nəşriyyatının çapdan
buraxdığı yeni kitabı "Ömürdən səhifələr"
(redaktoru pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar
jurnalist Ş.Məmmədov, rəyçi Bakı
PKİHİ-nin kafedra müdiri, dosent A.Paşayevdir)
adlanır.
Şəxsi
həyatının salnaməsi fonunda ailə, ailə səadəti
haqqında düşüncələrini, ailə xoşbəxtliyinin
şərtləri barədə mülahizələrini, həqiqi
məhəbbət əsasında qurulan ailənin güc və
ülviyyətini publisistik-pedaqoji üslubda qələmə
alan müəllif gəncliyin mənəvi-əxlaqi tərbiyəsi
üçün faydalı bir kitab yazmışdır.
E.ƏBDÜLOV
Azərbaycan müəllimi.- 2011.-
20 yanvar.- S.15.