Akkreditasiyanın
nəticələrinə dair iclas
Yanvarın
21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft
Akademiyasında (ADNA) 2010-cu ilin may ayında
aparılmış akkreditasiyanın nəticələrinə
dair iclas keçirilib.
İclasda
çıxış edən Azərbaycan Dövlət Neft Akademiyası
üzrə Akkreditasiya Komissiyasının sədri Xalid Yahudov
bildirib ki, ADNA-da tədrisin təhsil proqramlarına uyğun təşkilinin
vəziyyəti və Dövlət Təhsil
Standartlarının tələblərinə uyğunluğu təhlil
olunub, mütəxəssis hazırlığının keyfiyyətini
öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin
bilik səviyyəsi yoxlanılıb. Ali məktəbin Elmi
Şurasının qərarı ilə attestasiyaya
buraxılış kursundan bakalavriat səviyyəsi üzrə
62, magistratura səviyyəsi üzrə 60 ixtisaslaşma təqdim
olunduğunu nəzərə çatdıran X.Yahudov tələbələrin
müvəffəqiyyət göstəricisi, professor-müəllim
heyətinin sayı, yaş tərkibi haqqında da məlumat
verıb. O, eləcə də ixtisaslar üzrə ən
yüksək və ən aşağı keyfiyyət göstəricilərini
qeyd edib, komissiyanın tövsiyə və təkliflərini
sadalayıb.
Bu yaxınlarda
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik
yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu
xatırladan təhsil naziri Misir Mərdanov Akkreditasiya
Komissiyasının qərarının ADNA-nın Elmi
Şurasında müzakirə edilməsinin zəruriliyini
bildirib. Nazir Akkreditasiya Komissiyasının bir sıra təkliflərinin
nəzərə alınmasının Azərbaycan Dövlət
Neft Akademiyasında tədrisin səviyyəsinin daha da yüksəlməsinə
təkan verəcəyini vurğulayıb. Misir Mərdanov gələcəkdə
ali məktəblərin akkreditasiya olunması işinə beynəlxalq
ekspertlərin cəlb olunmasının
mümkünlüyünü də nəzərə
çatdırıb.
Sonra
iclasda müzakirə olunan məsələ ətrafında
fikir mübadiləsi aparılıb,
iştirakçıları maraqlandıran suallara
aydınlıq gətirilib.
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.2.