Təhsil
Nazirliyində kollegiya iclası
keçirilib
Yanvarın 27-də Təhsil
Nazirliyində ötən ilin yekunları və bu il qarşıda
duran vəzifələrə
həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda kollegiya üzvləri ilə yanaşı, Prezident Administrasiyasından, Nazirlər
Kabinetindən, digər dövlət qurumlarından, YAP-dan nümayəndələr, millət vəkilləri,
Təhsil Nazirliyi Aparatının məsul
işçiləri, nazirliyin struktur-bölmə rəhbərləri, ali məktəblərin
rektorları, bəzi qeyri-hökumət təşkilatlarının
təmsilçiləri, orta ixtisas, ilk peşə-ixtisas
məktəblərinin, bilavasitə Təhsil Nazirliyinə tabe olan ümumtəhsil
müəssisələrinin direktorları, rayon,
şəhər
təhsil şöbə müdirləri,
tanınmış ziyalılar və KİV işçiləri
iştirak ediblər.
Kollegiyada
təhsil naziri Misir Mərdanov "2010-cu ilin yekunları və
2011-ci ildə qarşıda duran vəzifələr"
mövzusunda hesabat məruzə-təqdimatı ilə
çıxış edib. Nazirin geniş faktik materiallara, dərin
təhlillərə, müqayisələrə əsaslanan və
təhsilin bütün pillələrində, təhsil sahəsində
həyata keçirilən inkişaf yönümlü dövlət
proqramlarının, xarici təşkilatlarla birgə
reallaşdırılan layihələrin icrası istiqamətində
ötən il görülmüş işləri, əldə
olunan uğurları və mövcud problemləri, bu il
üçün planlaşdırılan tədbirləri əhatə
edən təqdimatı iclas iştirakçıları tərəfindən
diqqətlə dinlənilib.
İclasda
YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin
müavini Bahar Muradova, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə
çıxış edərək nazirin əhatəli təqdimatını
yüksək qiymətləndirib, ötən il təhsilimizdə
böyük uğurların əldə edildiyini, bütün
bunların dövlətimizin təhsilə qayğısı
sayəsində mümkün olduğunu qeyd ediblər.
(Kollegiya
iclasından geniş material qəzetimizin növbəti
nömrəsində dərc olunacaq)
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.2.