"Şahmat dünyası"
adlı kitab və elektron tədris vəsaiti
hazırlanıb
Son
illər ölkəmizdə uşaq şahmatının
inkişafına böyük diqqət yetirilir. Hazırda
respublikamızda 66 uşaq-gənclər şahmat məktəbi
fəaliyyət göstərir. Son 30 ildə ilk dəfə
olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada bütün şahmat məktəbləri
üçün şahmat inventarı, müxtəlif mebel dəstləri,
kompüter avadanlıqları, texniki tədris vasitələri,
digər zəruri avadanlıqlar və əyani vəsaitlər
alınaraq paylanıb.
"Multimedia"
şirkəti ilə birgə ilk dəfə olaraq şahmat məktəbləri
üçün "Şahmat dünyası" kitabı və
elektron tədris vəsaiti hazırlanıb. Kitab və vəsaitin
mart ayında təqdimatının keçirilməsi nəzərdə
tutulur.
Yeri
gəlmişkən qeyd edək ki, 2010-cu il
şahmatçılarımız üçün xüsusilə
uğurlu olub. Avropa, dünya birinciliklərində yeniyetmə
şahmatçılarımız 15 medal qazanıblar. Onlardan
10-u qızıl, 2-si gümüş, 3-ü isə
bürünc medaldır. Şahmatçılarımız ilk
dəfə olaraq Avropa çempionatında komanda hesabında
birinci olmuşlar. Bizim üçün xüsusilə böyük
fəxrdir ki, dünyanın ən güclü 20
şahmatçısının 3-ü Azərbaycan
şahmatçısıdır. 2011-ci il 1 yanvar tarixinə
orta reytinq göstəricilərinə görə isə Azərbaycan
dünyanın 10 ən güclü şahmat ölkəsi
içərisində 5-ci yerdədir.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.24.