ADU-da Misir səfiri ilə görüş
keçirilib
Yanvarın
21-də ADU-nun rektoru, millət vəkili, professor Səməd
Seyidov Misir Ərəb Respublikasının ölkəmizdəki
səfiri, cənab Sabir Əbdülqadir Mənsuru qəbul
etdi. Qonağı salamlayan rektor yeni tədris ilindən 10 azərbaycanlı
tələbənin ADU-da ərəbşünaslıq
ixtisası üzrə təhsil alacağını diqqətə
çatdırdı. Ərəbşünaslıq
ixtisasının 2011-2012-ci dərs ilindən tədrisinin məqsədəuyğun
hesab edildiyini bildirdi. Həmçinin gələcəkdə ərəb
filologiyası ixtisasının açılması və bu sahədə
mütəxəssislərin hazırlanması barədə də fikirlərini söylədi.
Professor
S. Seyidov bütün bunlarla yanaşı, həm də universitetdə fəaliyyət göstərən mərkəzlər
barədə söz açaraq bu sahədə kifayət qədər
təcrübənin olduğunu vurğuladı. O,
açılması nəzərdə tutulan Ərəb Mərkəzinin
bü gün ərəb dövlətlərinin mədəniyyətlərini,
tarixini özündə əks etdirməsini vacib
saydığını dedi.
Sonra
səfir Sabir Əbdülqadir Mənsur ərəb mədəniyyətinin
tanıdılması üçün məşhur alimlərin
əsərlərinin Azərbaycan dilinə tərcüməsindən
və bu sahədə aparılan işlərin vacibliyindən
danışdı. O bildirdi ki, ikitərəfli münasibətlərin
inkişafında elm və təhsil sahəsində əməkdaşlığın
xüsusi rol oynadığı danılmazdır və
universitetə bu sahədə dəstək verməyə
hazır olduqlarını vurğuladı. Bu baxımdan tərəflər
Ərəb Mərkəzinin müxtəlif lazımi elmi-metodik
materiallarla təmin edilməsi, Misirdən müəllimlərin,
mütəxəssislərin dəvəti məsələlərini
də müzakirə etdilər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.5.