Mingəçevir şəhəri ümumtəhsil məktəblərində
tam orta təhsil pilləsi üzrə buraxılış
imtahanlarının keyfiyyət göstəricilərinə
görə təhlili
Mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
Mingəçevir şəhəri ümumtəhsil məktəblərinin
keyfiyyət göstəricilərinə görə nəticələri,
bu nəticələrin keçən il ilə müqayisəli
təhlili, keyfiyyət və müvəffəqiyyət
göstəricilərinin qarşılıqlı vəziyyəti,
müxtəlif fənlərin mənimsənilmə səviyyəsi
araşdırılmışdır.
2009-2010-cu
dərs ilində Mingəçevir şəhərinin 22 tam
orta ümumtəhsil məktəblərində 992 şagird təhsil
almışdır. Onların 990-ı (99,80%)
buraxılış imtahanlarında iştirak etmiş və
937 nəfəri (94,65%) yekun nəticəyə görə
attestat almışdır. Buraxılış imtahanlarında
iştirak edən 990 şagirddən
515-i oğlan, 475-i isə qızdır. Şagirdlərin
886-ı Azərbaycan, 104 nəfəri isə rus bölməsinin
şagirdidir. Şəhər üzrə beş şagird (8,
10, 14 nömrəli orta məktəblərin hərəsindən
bir, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü
liseydən isə iki şagird) bütün fənlərdən
"beş" qiymət almışdır. Mingəçevir şəhər Təbiət-Riyaziyyat
və Humanitar Elmlər Təmayüllü lisey keyfiyyət
göstəricilərinə əsasən mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış
imtahanlarının nəticələrinə görə
respublikada birinci iyirmiliyə daxildir.
Mingəçevir
şəhərinin səkkiz fənn üzrə göstəricilərinin
respublika üzrə göstəricilərlə müqayisəsi
aşağıdakı diaqramdan aydın görünür.
Göründüyü
kimi, bütün fənlərdən
keyfiyyət göstəriciləri respublika üzrə keyfiyyət
göstəricilərindən yüksəkdir.
2008-2009
və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz
fənn üzrə Mingəçevir
şəhər ümumtəhsil məktəblərinin keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
aşağıdakı diaqramda verilmişdir:
Yalnız
riyaziyyat, Azərbaycan tarixi və xarici dil fənlərindən
müəyyən yüksəlişin, əksinə qalan
bütün fənlərdən isə geriləmənin
olduğu nəzərə çarpır. Ümumilikdə Mingəçevir
şəhəri üzrə yekun keyfiyyət göstəricisi
2008-2009-cu dərs ilinə nisbətən 0,54% aşağı
düşmüşdür.
2009-2010-cu
dərs ilində mərkəzləşdirilmiş qaydada
keçirilmiş buraxılış imtahanlarında fənlər
üzrə yekun keyfiyyət göstəriciləri
Fənlər
üzrə yekun göstəricilərə nəzər
saldıqda, Mingəçevir şəhərində Azərbaycan
tarixi, kimya və biologiya fənlərinin digər fənlərə
nisbətən daha yaxşı tədris edildiyi müşahidə
olunur. Məktəblərin vəziyyətinə gəldikdə
isə Azərbaycan tarixi, coğrafiya fənlərindən 12 məktəbin
(54,54%), ana dili, riyaziyyat, kimya fənlərindən 9 məktəbin
(40,91%), biologiya, fizika fənlərindən 10 məktəbin
(45,45%) və xarici dil fənnindən
isə 8 məktəbin (36,36%) keyfiyyət göstəricisi
şəhər üzrə keyfiyyət göstəricisindən
yüksəkdir.
Mingəçevir
şəhərinin tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə
görə keyfiyyət və reytinq göstəricilərinin
müqayisəli təhlili aşağıdakı cədvəldə
verilmişdir:
Cədvəldən
göründüyü kimi, Mingəçevir şəhər
Texniki Humanitar liseyi və Mingəçevir şəhər 13
nömrəli orta məktəbi reytinq cədvəlinə
uyğun olaraq, 11 və 14-cü yerləri tutduqları halda,
keyfiyyət cədvəlində həmin məktəblər
müvafiq olaraq 5 və 7-ci yerləri tuturlar. Bu isə o deməkdir
ki, həmin məktəblərin şagirdləri daha çox
suala düzgün cavab verərək yüksək qiymətlər
alıblar. Əksinə, Mingəçevir
şəhər İ.Rüstəmov adına 5 nömrəli və
Mingəçevir şəhər N.Gəncəvi adına 8
nömrəli orta məktəbləri reytinq cədvəlinə
uyğun olaraq, 4 və 5-ci yerləri tutmalarına baxmayaraq,
keyfiyyət cədvəlində həmin məktəblər
müvafiq olaraq 8 və 12-ci yerləri tuturlar.
Keyfiyyət
göstəricisinə görə məktəblərin
sıralanmasında ilk və son iki yeri tutan məktəblərin
göstəriciləri
aşağıdakı kimidir:
Mingəçevir
şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər
Təmayüllü liseydən 51 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik şagird
ana dilindən 17,43 suala (69,73%),
riyaziyyatdan 18,14 suala (72,55%), Azərbaycan
tarixindən 11,12 suala (74,12%), fizikadan 5,78 suala (57,84%), kimyadan 7,82 suala (78,24%), biologiyadan 6,84 suala (68,43%), coğrafiyadan 6,33 suala (63,33%), xarici dildən isə 10,16
suala (67,71%) düzgün cavab
vermişdir.
Mingəçevir
şəhər 4 nömrəli orta məktəbdən 43
şagird buraxılış imtahanlarında iştirak
etmiş və orta statistik şagird ana dilindən 13,70
suala (54,79%), riyaziyyatdan 16,16
suala (64,65%), Azərbaycan tarixindən
9,63 suala (64,19%), fizikadan 5,40
suala (53,95%), kimyadan 6,44 suala
(64,42%), biologiyadan 6,33 suala (63,26%), coğrafiyadan 5,74 suala (57,44%), xarici dildən isə 9,23
suala (61,55%) düzgün cavab vermişdir.
Mingəçevir
şəhər internat-məktəbdən
13 şagird buraxılış imtahanlarında iştirak
etmiş və orta statistik şagird ana dilindən 10,69
suala (42,77%), riyaziyyatdan 10,54
suala (42,15%), Azərbaycan tarixindən
7,77 suala (51,79%), fizikadan 3,77
suala (37,69%), kimyadan 4,92 suala (49,23%), biologiyadan 4,85 suala (48,46%), coğrafiyadan 4,54 suala
(45,38%), xarici dildən isə 7,46 suala (49,74%) düzgün
cavab vermişdir.
Mingəçevir
şəhər B.Şıxəliyev adına 6 nömrəli
orta məktəbdən 20
şagird buraxılış imtahanlarında iştirak
etmiş və orta statistik şagird ana dilindən 9,35 suala
(37,40%), riyaziyyatdan 12,95 suala
(51,80%), Azərbaycan tarixindən 7,25 suala (48,33%), fizikadan 4,60 suala (46,00%), kimyadan 5,10 suala (51,00%),
biologiyadan 4,80 suala (48,00%),
coğrafiyadan 4,80 suala (48,00%),
xarici dildən isə 6,40 suala (42,67%) düzgün cavab
vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin
şəhərin göstəriciləri ilə müqayisəli
təhlili aşağıdakı qrafiklərdən daha aydın görünür.
Mingəçevir
şəhəri və Mingəçevir şəhər Təbiət-Riyaziyyat
və Humanitar Elmlər Təmayüllü liseyin səkkiz fənn
üzrə keyfiyyət göstəricilərinin müqayisəli
təhlili
Mingəçevir
şəhəri və Mingəçevir şəhər 4
nömrəli orta məktəbin səkkiz fənn üzrə
keyfiyyət göstəricilərinin müqayisəli təhlili
Mingəçevir
şəhəri və Mingəçevir şəhər internat-məktəbin səkkiz fənn
üzrə keyfiyyət göstəricilərinin müqayisəli
təhlili
Mingəçevir
şəhəri və Mingəçevir şəhər
B.Şıxəliyev adına 6 nömrəli orta məktəbin səkkiz fənn
üzrə keyfiyyət göstəricilərinin müqayisəli
təhlili
Mingəçevir
şəhər ümumtəhsil məktəblərində 8 fənnin
əlamətlər üzrə keyfiyyət göstəriciləri
Cədvəldən
göründüyü kimi, şəhər üzrə orta
statistik şagird ana dili fənnindən sualların 53,77%-nə
düzgün cavab vermişdir. Qızların düzgün
cavabları 55,49%, rus bölməsinin düzgün cavabları
isə 54,46% olmuşdur, bu da şəhər üzrə
göstəricidən yuxarıdır. Azərbaycan və rus
bölmələrinin, eləcə də oğlanlar ilə
qızların keyfiyyət göstəricilərinin müqayisəsi
aşağıdakı diaqramlardan daha aydın
görünür.
2008-2009
və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər
üzrə müqayisə etdikdə riyaziyyat, Azərbaycan
tarixi, fizika, xarici dil və biologiya fənlərindən
"2" qiymət alanların faiz göstəricisinin
aşağı düşdüyünü, qalan fənlərdən
isə faiz göstəricilərinin yüksəldiyini
müşahidə edirik. "2" qiymət alanların
sayı ana dilindən 1,74%, kimyadan 0,88% və coğrafiyadan
0,04% artmışdır, əksinə, riyaziyyatdan 4,92%, Azərbaycan
tarixindən 0,96%, biologiyadan 1,42%, xarici dildən 4,67% və
fizikadan 1,92% azalmışdır. Ümumiyyətlə,
2008-2009-cu dərs ilində 1216 şagirddən 1213 nəfəri
imtahanlarda iştirak etmiş və bunlardan 932-si, yəni
76,83%-i, 2009-2010-cu dərs ilində isə 992 şagirddən
990 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan
817-si, yəni 82,53%-i müvəffəqiyyət
qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs
ili ilə müqayisədə Mingəçevir şəhəri
üzrə müvəffəqiyyət faizinin 5,70%
artdığını görürük. Aşağıdakı
cədvəlin köməyi ilə digər qiymətlərə
görə də iki ilin müqayisəli təhlilini aparmaq
olar.
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.10-11.