Məqsəd intellektual vətəndaşlar
yetişdirməkdir
Azərbaycan
təhsili sürətlə inkişaf edir. Təhsilin məzmununun
milli və bəşəri dəyərlər əsasında
formalaşması, yeni pedaqoji texnologiyaların mənimsənilməsi,
pedaqoji prosesin təhsil islahatı prinsipləri üzərində
qurulması, müəllimin peşəkarlığının
artması, elmi-pedaqoji, metodik ədəbiyyatların nəşri,
tələbənin (şagirdin) tədqiqatçılığının
fəal və interaktiv təlim metodları ilə tənzimlənməsi
buna əyani sübutdur.
"Təhsil
millətin gələcəyidir" söyləyən
ümummilli lider Heydər Əliyev daim təhsilə və təhsil işçilərinə
böyük hörmətlə yanaşıb. Bu gün də
ulu öndərin təhsil sahəsindəki islahatları cənab
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Milli təhsilimiz həm məzmun, həm də
inkişaf baxımından yeniləşir,
təhsil sahəsində islahatlara dövlət təminatı
gündən-günə artır. Ölkənin bütün
bölgələrində olduğu kimi, Mingəçevir
şəhərində də təhsil ön sıradadır. Buna
əyani sübut kimi tələbə qəbulunu misal göstərmək
olar.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə
növbəti səfəri zamanı qazanılan
uğurları yüksək qiymətləndirdi və qeyd etdi
ki, Mingəçevir artıq regionun sürətlə
inkişaf edən bölgəsidir.
Təhsilə
dövlət səviyyəsində qayğı və diqqəti
təsdiq edən fakt və əməli işlər
çoxdur. Bu sahədə fəaliyyəti daha da
canlandırmaq baxımından Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə "Ən yaxşı ümumtəhsil məktəbi",
"Ən yaxşı müəllim"
müsabiqələri təhsil naziri, əməkdar elm xadimi
Misir Mərdanovun rəhbərliyi altında uğurla həyata
keçirilir.
Ali məktəblər
sırasında Azərbaycan Müəllimlər İnstitutunun
xüsusi yeri var. Millət vəkili, professor Aqiyə
Naxçıvanlının qayğısı sayəsində
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir
filialında da təhsil islahatları uğurla həyata keçirilir.
İnstitutun
maddi-texniki bazası yenilənmiş, tədris korpusları
müasir tələblər baxımından təmir
edilmiş, auditoriyalar müasir təlim vəsaitləri ilə
zənginləşdirilmişdir. Tələbələrin elmi
dünyagörüşünün artırılması,
praktik təcrübələrin genişləndirilməsi
üçün bir sıra əhəmiyyətli tədbirlər
həyata keçirilir. Bu tədbirlər sırasında tələbələrin
elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş
elmi-praktik konfransı və Azərbaycan Milli Elmlər
Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və
filialımızın birgə təşkilatçılığı
ilə keçirdiyi "Nəzəriyyədən praktikaya
dövrün tələbidir" adlı elmi-praktik
konfransı misal göstərmək olar.Akademik Akif
Hacıyevin, MEA-nın müxbir
üzvləri Adil Qəribovun, Əyyub Quliyevin Azərbaycan elminin son nailiyyətlərini
özündə əks etdirən dəyərli məruzələri
tələbələrin elmi
dünyagörüşünün formalaşmasına
böyük təsir göstərdi.
İnstitut
rəhbərliyi tələbələrin vətənpərvərlik,
dövlətçilik, türkçülük və azərbaycançılıq,
dünyəvilik prinsipləri əsasında tərbiyə
edilməsini qarşısına məqsəd qoymuşdur. Əsas
məqsədlərdən biri də bütün fəaliyyət
istiqamətlərində Azərbaycan dövlətinin
memarı və qurucusu, ulu öndər Heydər Əliyevin
ideya-mənəvi irsinin tələbə-gənclərə
aşılanmasıdır.
İnstitutumuzda
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü
ilə əlaqədar "Heydər Əliyev və Müstəqil
Azərbaycan" mövzusunda "dəyirmi masa"
keçirilmiş, Heydər Əliyev muzeyinə ekskursiya təşkil
edilmişdir.
Yaradıcı
tələbələrin fəaliyyətinin səmərəli
təşkili və istedadlarını inkişaf etdirilməsi
məqsədilə müxtəlif klublar: diskussiya, şahmat,
dama, voleybol, futbol, "bacarıqlı əllər", qiraət
fəaliyyət göstərir. İstedadlı tələbələrin
əl işlərindən ibarət sərgilər təşkil
edilir, digər ali məktəbdə oxuyan tələbələrlə
diskussiyalar, idman yarışları keçirilir.
Dekabr
ayında "açıq qapı" gününün
keçirilməsi ictimaiyyətlə əlaqələrin
sıx qurulması və imtahanların gedişi ilə
bağlı nəzarətin gücləndirilməsi məqsədi
daşıyırdı.Tədbirdə filialın direktoru,
professor Orucəli Rzayev institutun fəaliyyəti haqqında
geniş məlumat verdikdən sonra
valideyn komitəsinin sədri Çingiz Bağırovun
hesabatı dinlənilmiş, tədris və elmi işlər
üzrə direktor müavini N.Abbasovun, dekanlar - dosent N.Manafov və dosent
F.Namazovanın məruzələri ətrafında fikir
mübadiləsi aparılmışdır.Sonra tədbir
iştirakçıları institutun auditoriyaları və
kompüter mərkəzində təhsil prosesinin gedişi ilə
tanış olmuşlar.
Hazırda
tələbələr qış imtahan
sessiyasındadırlar. Tələbələrin imtahan prosesinə
yaxşı hazırlaşmaları üçün hər
cür şərait yaradılmışdır. Kitabxana
gücləndirilmiş iş şəraitinə
keçirilmiş, kompüterlərlə təchiz edilmiş fənn
kabinetləri tələbələrin ixtiyarına
verilmişdir. İmtahanların gedişində obyektivlik
yaratmaq, şəffaflığı və ictimai nəzarəti
gücləndirmək
üçün dəhlizə
rəy qutuları qoyulmuş, "Qaynar xətt" qərargahının
fəaliyyətinə şərait yaradılmış, tələbələrin
şikayətlərinə baxmaq üçün apelyasiya
komissiyası fəaliyyətə başlamışdır.
Tələbələrin
asudə vaxtının səmərəli keçirilməsi,
müasir dünyagörüşünün
formalaşdırılması, qış tətilində
istirahətlərinin düzgün təşkili
üçün xüsusi tədbirlər planı
hazırlanmışdır. Bu tədbirlər içərisinə
respublikamızın muzeylərinə ekskursiyaların, Heydər
Əliyev Fonduna, görkəmli elm və dövlət xadimlərinin
ev-muzeylərinə, abidələrinə ziyarətin təşkili
də daxildir.
İnstitutun
rəhbərliyinin əsas məqsədi dərin biliyə,
bacarığa, yüksək peşə
hazırlığına, mütərəqqi
dünyagörüşünə malik ixtisaslı kadrlar
hazırlamaqla bərabər, milli, ümumbəşəri dəyərlərə
yiyələnmiş, intellektual vətəndaşlar tərbiyə
etməkdən ibarətdir.
İ.İSMAYILOVA
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.-S.13.