Kurikulumlarda təlim forması və üsulları

  

Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf edir, yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb olunurdusa, indi şagirdlərin özünün tədris olunan mövzu ətrafında müstəqil fikir yürüdə bilməsinə, bir-birinin biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu aşkar etməsinə, problem yaratmaq, tədqiq etmək, qurmaq, yaratmaq bacarığına daha çox diqqət yetirilir.

Təcrübə göstərir ki, eyni metodlardan istifadə dərsi maraqsız edir, şagirdin fənnə marağını azaldır. Bu baxımdan mən Azərbaycan dili və ədəbiyyat dərslərində interaktiv təlim metodlarından geniş istifadə edirəm. Yeni təlim metodlarından istifadə ilə əlaqədar "Fəal və interaktiv təlim/tədris metodları" mövzusuna həsr olunmuş üç mərhələdə "Öyrədənlərin öyrədəni" kursunu keçmişəm. Dərslərimin rəngarəng, maraqlı, düşündürücü olmasında bu treninqlərin böyük əhəmiyyəti vardır.

Kurikulumlarda təlim forması və üsullarına təlim strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılmışdır. Onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər əsasında şərh edilmişdir.

İnteraktiv təlim metodları ilə işləmək üçün aşağıdakıların nəzərə alınmasının böyük əhəmiyyəti vardır:

1. Fəal təlim üçün formalarının müəyyənləşdirilməsi.

2. Fəal dərsin mərhələləri.

3. Fəal dərsin strukturu.

Dərslərimdə fəal təlimin fərdi , cütlərlə , böyük qruplarlakiçik qruplarla formalarından istifadə edirəm. Hər bir formada fəal dərsin aşağıdakı mərhələlərinə əməl etməyə çalışıram:

1. Düşünməyə yönəlmə-şagird mövzu ilə əlaqədar biliklərini xatırlayır, fəallaşır. Onlarda mövzuya maraq yaradıram.

2. Dərketmə - yeni biliklərin öyrənilməsi.

3. Düşünmə - yeni biliyi möhkəmləndirmək üçün testlər, tapşırıqlar, əvvəlcədən hazırlanmış kartoçkalar verilir.

Dərsə başlayarkən motivasiyadan istifadə edirəm. Motivasiyada problem yaradıram, problemlə bağlı şagirdlər öz fikir fərziyyələrini irəli sürürlər.

Tədqiqatın təşkilində problemin həlli istiqamətində sinfə tapşırıram, əvvəlcədən hər qrup üçün işçi vərəqələri hazırlayıram. İş formasını özüm seçirəm.

Məlumatın mübadiləsində verilən tapşırıqla əlaqədar şagirdlər öz aralarında fikir mübadiləsi aparırlar, müstəqil fikirlər irəli sürürlər. Təbii ki, hər qrupun cavabı eyni olmur. Hansı qrupun cavabının daha dolğun, daha dəqiq  olduğunu qeyd edirəm.

Məlumatın müzakirəsi təşkilində qrupların liderləri işçi vərəqini lövhəyə yapışdırır, ümumi fikri müəllim şagirdlərə çatdırırlar.

Nəticənin çıxarılması mərhələsində dinlədiyim fikirlərə, nəticələrə münasibətimi bildirirəm, əgər yanlış fikir varsa düzəliş edirəm, istiqamət verirəm, sonra ümumi nəticə çıxarırıq.

Tətbiqetmə mərhələsində əldə olunan biliklərə əsaslanaraq sinifdə ya evdə verdiyim tapşırıqlar yerinə yetirilir. Bu mərhələdə kartoçka testlərdən, BİBÖ metodundan istifadə edirəm.

Ədəbiyyat dərslərində texniki vasitədən, televizordan da istifadə edirəm. C.Məmmədquluzadənin "Anamın kitabı", "Ölülər", İ.Şıxlının "Dəli Kür", S.Vurğunun "Vaqif" s. əsərləri əyani şəkildə göstərməyin səmərəsi daha böyükdür.

Qruplarda aparan zaman müqayisə metodundan da istifadə edirəm. Bu metod oxşar anlayışların, fikirlərin, obrazların s. fərqləndirilməsi üçün daha əlverişlidir. Bu müqayisə zamanı əvvəlki bilik yada salınır, mövzu daha da möhkəmlənir, şagirdlər daha çox məlumatlar əldə edirlər.

Mən dil dərslərində ən çox çoxmənalı sözlər omonimləri, -i4 şəkilçisinin omonimliyini, -ın4 şəkilçisinin omonimliyini, fellərdə omonim şəkilçilər, tabesiz mürəkkəb cümlələrin məna əlaqələri, tabesiz mürəkkəb cümlələrlə həmcins xəbərli sadə cümlələrin bəzi oxşar fərqli cəhətini aydınlaşdırmaq üçün müqayisə metodundan istifadə edirəm.

Hər qrupun müqayisəni daha dəqiq, daha düzgün aparmasını xüsusi qeyd edirəm.

Ədəbiyyat dərslərində bu metodun böyük əhəmiyyəti vardır. Bəzi obrazların mənimsədilməsində, məsələn, "Xeyir şər" mənzum hekayəsində Xeyir Şərin müqayisəsi ("Yeddi gözəl" poemasında, VII sinif); "Dədə Qorqud" "Koroğlu" dastanlarında oxşarlıqlar fərqlər (X sinif); C.Cabbarlının sujet xətti, mövzu üslub etibarı ilə oxşar əsərləri ("Ədirnə fəthi" "Trablis müharibəsi" dramları, XI sinif); Aydınla Oqtay Eloğlunun müqayisəsi ("Aydın" "Oqtay Eloğlu" dramları, XI sinif); Vaqif Natəvan - hər ikisinin oxşarlıqları (S.Vurğunun "Vaqif" İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" dramları, XI sinif) s. müqayisəsi şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradır.

Dərslərimdə fənlərarası inteqrasiyadan, rollu oyunlardan, klaster, karusel, Venn diaqramı, BİBÖ, beyin həmləsi s. kimi interaktiv təlim metodlarından da geniş istifadə edirəm.

Bəzi hallarda şagirdləri axtarmağa, düşünməyə, mühakimə yürütməyə öyrətmək məqsədilə hər qrupun özünə test tərtib etdirirəm.

Bəzi hallarda mövzuya aid (məsələn, tabesiz mürəkkəb cümlə) şagirdlərə mətnlər tərtib etdirirəm, sonra mətnə ad vermələrini tapşırıram.

Beləliklə, çalışıram ki, dərsləri şagirdlərin yaş səviyyəsinə uyğun maraqlı qurum. Müxtəlif metodlardan istifadə edirəm ki, dərs canlı, maraqlı keçsin, bütün şagirdlər dərsdə fəal iştirak etsinlər.

 

 

Sevil ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.7.