Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında
memorandum imzalanıb
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə
Respublikasının Ankara Universitetinin
prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib. Rektor bir müddət
əvvəl BDU ilə
Ankara Universiteti arasında
birgə elmi əməkdaşlıq barəsində
imzalanan protokoldan, bu protokol çərçivəsində
ölkəmizdə hüquq
elminin davamlı inkişaf etdirilməsi, hüquqşünas kadrların
hazırlıq səviyyəsinin
daha da artırılmasının
təmin edilməsi məqsədilə görülən
işlərdən danışıb.
Görüşdə hər iki universitetin rəhbərliyi bakalavr səviyyəsində beynəlxalq
standartlara uyğun hüquqşünaslıq ixtisası
üzrə ikili diplomun verilməsi (tanınması), digər tərəfdən isə gələcəkdə bu prosesin davamı kimi magistratura və doktorantura pillələrində kadr hazırlığı baxımından
elmi əməkdaşlığın
qurulması istiqamətində
fikir mübadiləsi aparıblar.
Sonra Bakı
Dövlət Universiteti
və Ankara Universiteti
arasında birgə bakalavr səviyyəsində
hüquqşünas hazırlığı
ilə bağlı hüquq təhsili, ikili diplomların verilməsi barədə
Memorandum imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və
Ankara Universitetinin rektoru,
professor doktor Cemal Taluğ adından prorektor Argun Karacabey imzalayıb. Memoranduma əsasən, bu tədris ilindən başlayaraq, hər tərəfdən 30 nəfər
tələbə, cəmi
60 nəfər ikili diplom almaq üçün
1-ci kursa qəbul ediləcək. 60 tələbə həm Türkiyə, həm də Azərbaycanın ikili diplomlarını alacaq ki, həmin
diplomlar hər iki ölkədə qəbul ediləcək.
Həmçinin ikili diplom
verilməsi ilə bağlı birgə tədris prosesi BDU-da türk və
Azərbaycan dillərində
aparılmaqla Avropa Kredit Transfer Sisteminə
(ECTS) uyğun olaraq həyata keçiriləcək.
Tərəflərin öhdəliklərində
isə bu məqamlar öz əksini tapıb: qarşılıqlı elmi
tədqiqatların və
elmi mübadilənin,
birgə elmi konfransların keçirilməsi,
ikili diplom proqramı ilə bağlı hər növ elan, reklam, təqdimat və sərgilərin təşkil edilməsi ilə bağlı əməkdaşlığın
təmin edilməsi, Birgə Tədris Proqramını müvəffəqiyyətlə
bitirən tələbələrə
ikili diplom verilməsi.
İmzalanma mərasimindən sonra qonaqlar universitetin Elektron Tədris Mərkəzində,
Heydər Əliyev Muzeyində, elmi-tədqiqat
laboratoriyalarında olub,
hüquq fakültəsinin
professor-müəllim heyəti
ilə müzakirələr
aparıblar.
Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.2.