"Narkotiklərə yox deyək!" devizi altında kampaniyaya
start verildi
Aprelin 11-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə
Azərbaycan Respublikası Təhsil Nazirliyi
və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü
ilə "Narkotiklərə yox deyək!"
devizi altında kampaniyaya
start verildi. Kampaniya gənclərin
narkomaniyanın zərəri barədə məlumatlandırılması
və onlarda sağlam
həyat tərzinin formalaşdırılması məqsədini
daşıyırdı. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, səhiyyə nazirinin müavini Elsevər
Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri
Araz Əliquliyev, Respublika
Narkoloji Mərkəzinin direktoru
Telman Məmmədhəsənov, Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov,
akademik Zərifə Əliyeva adına
liseyin direktoru Məhəbbət
Vəliyeva, liseyin müəllim-şagird kollektivi və digər şəxslər iştirak edirdilər. Tədbir
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "Narkotik
vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə üzrə Proqram
(2007-2012-ci illər)"dan irəli gələn vəzifələrin
yerinə yetirilməsi məqsədilə həyata keçirilir. Öncə
iştirakçılar liseyin foyesində
təşkil olunmuş "Narkotiklərə
yox deyək!" devizi
altında çəkilmiş rəsmlərə baxdılar.
Tədbiri
giriş sözü
ilə açan akademik
Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva
qonaqları salamlayaraq, belə bir tədbirin akademik Zərifə
Əliyeva adına liseydə keçirilməsinin qürurverici olduğunu və
şagirdlərin gələcək həyatlarına müsbət
təsir edəcəyini
vurğuladı. Şagirdlərə tədbirin
təkcə iştirakçısı kimi
deyil, həm də maarifləndirmə
işində gənclər arasında təkanverici qüvvə
kimi fəaliyyətlərinin əhəmiyyətini
bildirən M.Vəliyeva narkomaniyaya
qarşı mübarizənin hər bir Azərbaycan
vətəndaşı tərəfindən aparılmasının
vacibliyini qeyd etdi.
Tədbirdə
çıxış edən təhsil nazirinin
müavini Qulu Novruzov Təhsil Nazirliyi və
Səhiyyə Nazirliyinin birgə təşəbbüsü
ilə orta ümumtəhsil məktəblərində
narkomaniyaya və narkotik
vasitələrin qanunsuz dövriyyəsi
ilə bağlı "Narkotiklərə yox
deyək!" devizi altında keçirilən
maarifləndirmə kampaniyasına, ömrünü insanların sağlam həyat tərzində
yaşamasına həsr edən görkəmli oftalmoloq,
akademik Zərifə xanım Əliyevanın
adını daşıyan liseydə start
verilməsinin simvolik məna
daşıdığını söylədi. Nazir
müavini bildirdi ki, lisey şagirdlərə
sağlam həyat tərzinin
aşılanmasında ölkəmizdə ən nümunəvi
təhsil müəssisələrindəndir. Narkomaniyaya və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizənin dövlət
siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu
bildirən Q.Novruzov mövcud
problemlə bağlı həyata keçirilən dövlət
proqramlarından danışdı. Nazir müavini narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən
biri kimi maarifləndirmə
tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğuladı. Gənclərin pis vərdişlərdən uzaq
olması və sağlam həyat tərzi
keçirmələri üçün məktəbdənkənar
müəssisələrə maraq göstərmələrinin müsbət nəticə verəcəyini bildirən Q.Novruzov
narkomaniyaya qarşı mübarizədə
gənclərin üzərinə böyük
vəzifə düşdüyünü və
Azərbaycan gəncinin bu vəzifənin
öhdəsindən məharətlə gələ biləcəyinə
ümidvar olduğunu
söylədi.
Tədbirdə
çıxış edən səhiyyə nazirinin
müavini Elsevər Ağayev,
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri
Araz Əliquliyev və başqaları
narkotiklərin qeyri-qanuni dövriyyəsi
və istifadə miqyasının genişlənməsinin ciddi
təhlükə yaradan amilə çevrildiyini qeyd edib, bu bəşəri bəlaya
qarşı mübarizə tədbirlərindən
danışdılar.
Sonra iştirakçılar slaydlar vasitəsilə narkomaniyanın törətdiyi
fəsadlar və bəşəriyyətə verdiyi
ziyanlar haqqında təqdimatı dinlədilər.
Şagirdləri
maraqlandıran suallar
cavablandırıldı.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 13 aprel.- S.2.