Öz
sənətinin fədaisi
Elm
adamının ağlı bəşəriyyətin yolunu işıqlandırır, qabiliyyəti və
zəkası insanın qüdrətini artırıb, onu yenilməz edir, təbiətin
sirləri labirintində daim məşəl
yandırır. Belələri ilə ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir.
Bu xoşbəxtlikdən pay
almaq üçün
yolumuzu ali təhsilimizin
avanqardı olan Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinin ali riyaziyyat
kafedrasına saldıq. Kafedranın dosenti
Sarvan Hüseynovla görüşdük. Bəri başdan
deyək ki, bu gün bu ali
təhsil ocağının auditoriyaları, laboratoriyaları adama geniş elmi-tədqiqat
institutlarını xatırladır.
Qızğın
müzakirələr, elmi-diskussiyalar,
şəffaf, obyektiv imtahan
prosesi insanın qəlbini qürur
hissi ilə doldurur.
Ölkəmizdə
elm, təhsil sahəsində həyata
keçirilən uğurlu islahatlar
nəticəsində, həmçinin BDU-nun
rəhbərliyi, xüsusilə rektor, akademik Abel Məhərrəmovun
gərgin əməyi sayəsində burada
elmi tədqiqat işləri, səmərəli
pedaqoji fəaliyyət, intellektual
kadr hazırlığı üçün geniş imkanlar yaranıb. Elmi-tədqiqat laboratoriyaları regionda analoqu olmayan ən müasir cihazlarla təchiz edilib.
Bütün bunlardan bəhs etdikcə qəlbi elm, təhsil sevgisi ilə çırpınan Sarvan Hüseynov ilə daha yaxından tanış olmaq, onu həm
də oxucularımıza
tanıtdırmaq qərarına
gəldik.
Sarvan müəllim
1971-ci il mayın 22-də Qərbi Azərbaycanın Qafan rayonunun Keypəşin kəndində anadan olub. Orta məktəbi həmin
rayonun Pəyhan kəndində bitirib.
Sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil
olub. 1989-91-ci illərdə orduda xidmət edib. Tələbəlik illərindən çalışqanlığı,
geniş erudisiyası,
savadı ilə müəllimlərin diqqətini
çəkən S.Hüseynov
1998-ci ildən bu klassik elm, təhsil məbədində bir vaxtlar ona dərs
deyən müəllimlərilə
çiyin-çiyinə çalışır.
Respublikamızın tanınmış
riyaziyyatçı alimlərindən-professorlar
Ələddin Şəmilov,
Qəmbər Namazov, Sabir Mirzəyev, Kazım Həsənov və başqaları Sarvan müəllimdən razılıq hissi ilə danışırlar.
Sarvan Hüseynov hələ tələbəlik
illərindən riyaziyyatın
çətin, "qarlı
aşırımlarla" dolu
yollarında ilk kövrək
addımlarını ataraq
maraqlı mövzularla
bağlı elmi tədqiqat işləri aparmaq arzusuyla yaşayırdı. Məhz bu maraq və istedad onu AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına gətirib çıxarır.
Deyirlər zəhmət və istedad qoşa qanaddır.
Məhz bu iki amil
Sarvan müəllimin fəaliyyətində bir vəhdət təşkil
edir. O, qısa müddətdə AMEA-nın
müxbir üzvü,
respublikamızın tanınmış
riyaziyyatçılarından olan, mərhum İlham Məmmədovun rəhbərliyi altında
"Qeyri-müntəzəm qüvvətüstlə cırlaşan
ikinci tərtib
divergent elliptik tənliklərin
həllərinin keyfiyyət
xassələri" mövzusunda
dissertasiya müdafiə
etmiş, fizika-riyaziyyat
üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi almışdır.
Sonra BDU-da kiçik elmi işçi,
2001-2003-cü illərdə müəllim, 2003-cü ildən
dosent kimi fəaliyyət göstərir.
Həmişə elmi axtarışlarını
davam etdirən, elmin ən uca
zirvəsini fəth etməyə səy göstərən istedadlı
və zəhmətsevər
alim bu gün
doktorluq dissertasiyası
üzərində işləyir.
Sarvan müəllimin
apardığı dərslərin
əhatə dairəsi
genişdir: ali
riyaziyyat, xətti cəbr, ehtimal nəzəriyyəsi və
xüsusi törəməli
tənliklər. O, 36 elmi
məqalənin və
bir dərs proqramının müəllifidir.
Müxtəlif beynəlxalq simpozium
və konfranslarda iştirak edərək respublikamızı ləyaqətlə
təmsil etmişdir.
2004-cü ildə Riyaziyyat
və Mexanika İnstitutunun 45 illiyinə
həsr olunmuş riyaziyyat və mexanika üzrə X beynəlxalq konfrans, 2005-ci
ildə AMEA-nın müxbir üzvü,
professor İ.T.Məmmədovun anadan olmasının 50 illiyinə həsr olunmuş beynəlxalq konfrans, yenə həmin ildə Rusiyanın Samara vilayətində
diferensial tənliklər
və onların tətbiqi Ümumrusiya elmi konfransı, 2008-ci ildə REA-nın müxbir üzvü,
professor L.D.Kudryavsevin 85 illiyinə
həsr olunmuş III beynəlxalq konfrans, həmin ildə Naxçıvanda təşkil
olunmuş riyaziyyat və texnika elmləri üzrə beynəlxalq konfransda etdiyi çıxışlar
maraqla qarşılanmışdır.
Sarvan müəllimin "Müntəzəm və qeyri-müntəzəm cırlaşan
ikinci tərtib
divergent elliptik tənliklər"
üçün Dirixle
məsələsi, Harnak
bərabərsizliyi, Hölder
kəsilməzliyindən bəhs
edən əsərləri
vardır.
S.Hüseynov tələbəlik yollarında ilk kövrək
addımlarını atan,
köməyə, şəfqətə
ehtiyacı olan tələbələrinə dərsdən
sonra təmənnasız
olaraq kömək edir, problemlərin həlli yollarını göstərir. Məhz buna görə də tələbələri
onu elmi-tədqiqat laboratoriyasında, ya da auditoriyada, sözün həqiqi mənasında, əsl müəllim kimi görür, qəbul edirlər. Sarvan müəllim üçün
auditoriya müqəddəs
məkandır, tələbələri
isə müstəqil
Azərbaycanımızın gələcək taleyində
(həm də tarixində) xüsusi rol oynayacaq şəxsiyyətlərdir.
Müqəddəs müəllim sənətinə
qəlbən, ruhən
bağlı olan Sarvan Hüseynovun bir amalı var: Bu sənətə vurğunluğu ictimai borc səviyyəsinə yüksəltmək. Biz də bu istedadlı
alimə, zəhmətsevər
pedaqoqa elmimizin, təhsilimizin tərəqqisi
yolunda yeni yaradıcılıq uğurları
arzulayırıq.
Zahid RZA
Azərbaycan müəllimi.- 2012.-
20 aprel.- S.7.