Təhsil naziri
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
ilə görüşüb
Aprelin 18-də təhsil
naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Xəlil Akıncı ilə görüşüb.
Qonağı
səmimi salamlayan nazir
onu Təhsil Nazirliyində görməyindən
məmnunluq hissi keçirdiyini
bildirdi. 2009-cu ildə beynəlxalq
qeyri-hökumət təşkilatı kimi
yaradılan Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının türkdilli
ölkələrin bir sıra sahələr
üzrə əməkdaşlığının
genişlənməsi və
möhkəmlənməsində əhəmiyyətli rolundan söz açan təhsil naziri
xüsusilə xalqlarımızın daha da
yaxınlaşması üçün
təhsillə bağlı əlaqələrinin dərinləşdirilməsinin
vacibliyini diqqətə
çatdırdı. Qeyd olundu
ki, Azərbaycanla Türkiyə arasında
bütün
istiqamətlərdə qurulmuş əlaqələr
uğurla inkişaf edir. Hər iki
ölkənin təhsil sahəsində əməkdaşlığını
yüksək qiymətləndirən nazir Misir Mərdanov hazırda 4000-dən çox azərbaycanlı gəncin Türkiyənin
nüfuzlu universitetlərində, 3000-dən
artıq türkiyəli tələbənin isə Azərbaycanın
ali təhsil müəssisələrində oxuduğunu bildirdi. Ölkəmizdə Azərbaycan-Türkiyə
Özəl Liseyləri, Qafqaz Universiteti, "Araz"
hazırlıq kursları,Türkiyə Dəyanət Vəqfi
Bakı Türk Liseyi
və digər təhsil müəssisələrinin fəaliyyətindən
razılıq hissi ilə söz
açan təhsil naziri
onlara hər cür
şəraitin yaradıldığını söylədi. Nazir ümumi təhsil sahəsində
mövcud əməkdaşlığın
daha səmərəli
təşkili üçün ortaq dərsliklərin hazırlanmasının
aktual və vacib bir məsələ olduğunu və hər iki
ölkənin müvafiq mütəxəssisləri
arasında bu istiqamətdə müzakirələrin
aparılmasının zəruriliyini diqqətə
çatdırdı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Xəlil Akıncı səmimi qarşılandığına
görə təhsil naziri Misir
Mərdanova minnətdarlıq etdi. Rəhbərlik
etdiyi qurumun fəaliyyəti
və gördüyü işlər barədə ətraflı məlumat
verən Xəlil Akıncı hər bir
millətin inkişafında təhsilin və elmin
önəmli yer tutduğunu
söylədi. Qonaq quruma daxil olan ölkələrin bütün
istiqamətlərdə, xüsusilə təhsil sahəsində
əlaqələrinin inkişafı ilə bağlı həyata
keçirilməsi nəzərdə tutulan
tədbirlərdən söz açaraq qarşılıqlı əməkdaşlığın
genişləndirilməsinin zəruri olduğunu
qeyd etdi.
Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə
də toxunan Xəlil Akıncı bununla bağlı fikir və
mülahizələrini söylədi. Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv
ölkələrin təhsil nazirlərinin görüşünün
keçirilməsinin nəzərdə tutulduğunu
söyləyən baş katib
bunun türkdilli
ölkələrin elm və təhsilinin
inkişafına müsbət təsir göstərəcəyinə,
müvafiq təkliflərlə
bağlı ortaq bir
fikrə gəlməyə imkan verəcəyinə
ümidvar olduğunu bildirdi.
Görüşdə
daha sonra türkdilli ölkələr arasında təhsil
sahəsində əlaqələrin möhkəmlənməsi
işinin daha səmərəli
təşkili, qarşılıqlı maraq
doğuran bir sıra
digər məsələlər ətrafında da geniş fikir
mübadiləsi aparıldı.
Sonda Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Xəlil Akıncıya xatirə hədiyyələri təqdim
olundu.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.2.