Müsabiqənin yekun mərhələsi keçirildi
Aprelin 17-də akademik
Zərifə Əliyeva adına tam orta məktəbdə ulu
öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü
münasibətilə ümumtəhsil məktəbləri və
ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdləri arasında keçirilən inşa
yazı müsabiqəsinin yekun mərhələsi oldu.
Tədbirin
təntənəli açılış mərasimində Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan
Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov,
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi
sədrinin müavini Şaiq
Əsgərov və digər qonaqlar, eləcə də Təhsil
Nazirliyinin müvafiq
şöbəsinin əməkdaşları və KİV təmsilçiləri
iştirak edirdilər.
Tədbirin
keçirildiyi zalda ümummilli lider Heydər Əliyevə
həsr olunmuş guşə təşkil
edilmişdi. Müsabiqə
iştirakçılarına ulu öndərin
şəkli olan döş
nişanı, eksklüziv nümunədə
hazırlanmış dəftər və qələm təqdim
edilmişdi.
Qeyd edək ki,
bu müsabiqə Azərbaycan
Respublikası təhsil nazirinin 2012-ci il 17 yanvar tarixli,
59 nömrəli əmrinə müvafiq olaraq reallaşdırılır. İnşa yazı müsabiqəsi Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev
Fondunun, Təhsil Nazirliyinin,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin təşkilatçılığı
ilə keçirilir.
Ümumtəhsil
məktəblərinin VII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin iştirak
etdiyi inşa yazı
müsabiqəsi üç mərhələdə
- məktəb, rayon (şəhər) və
respublika mərhələlərində həyata
keçirilir. Müsabiqənin məktəb
və rayon (şəhər) mərhələləri
aprelin əvvəlində
yekunlaşdırılıb. Respublika mərhələsində
iştirak etmək hüququ
qazanan şagirdlərin ümumi
sayı 114 nəfərdir. Bunlardan 1 nəfəri
VII, 13 nəfəri VIII, 26 nəfəri IX, 24 nəfəri X və
23 nəfəri XI sinif şagirdidir.
Peşə liseylərindən olan
iştirakçıların sayı isə 17 nəfərdir. Respublika mərhələsinin
iştirakçıları arasından seçilən qaliblər
I, II, III və həvəsləndirici yerlərə layiq görüləcəklər.
Mərasimi
açaraq iştirakçıları salamlayan təhsil naziri Misir Mərdanov bildirdi ki, ölkəmizdə ulu
öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr edilən
məktəblilərin respublika inşa yazı müsabiqəsi artıq
altıncı ildir ki,
keçirilir. İctimaiyyətin dərin marağına
səbəb olan bu tədbir
şagirdlərin mənəvi tərbiyəsində,
böyüməkdə olan gənc nəsil
tərəfindən ümummilli liderimizin həyat və fəaliyyətinin, zəngin
irsinin öyrənilməsində böyük rol oynayır.
İndiyədək keçirilən müsabiqələrdə
yüz minlərlə şagird
iştirak etmiş,
qaliblərin inşa yazıları kitab şəklində çap
olunmuş, onlar təntənəli
mərasimlərdə təşkilatçılar tərəfindən
qiymətli hədiyyələrlə
mükafatlandırılmışlar.
İnşa yazı müsabiqəsində
ölkəmizin bütün bölgələrinin
təmsil olunduğunu sevindirici
fakt kimi dəyərləndirən
Misir Mərdanov diqqətə
çatdırdı ki, respublika
mərhələsinin iştirakçıları minlərlə
şagirdin arasından seçilib.
Onlar bununla fəxr etməli
və bu günü heç vaxt
unutmamalıdırlar.
Təhsil
naziri bu nüfuzlu qabiliyyət və istedad
yarışının yekun mərhələsində
iştirak etmək hüququ
qazanan şagirdləri təbrik edərək
onların hər birinə uğurlar
arzuladı və gələcəkdə daha
böyük nailiyyətlər əldə
edəcəklərinə ümid etdiyini dedi.
Sonra nazir builki müsabiqənin yekun
mərhələsi üçün
müəyyənləşdirilən mövzunu
elan etdi və
şagirdlər "Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanın qurucusu
və əbədi rəmzidir" adlı inşa
yazmağa başladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.2.