Azərbaycan Memarlıq və İnşaat Universitetində Professor Ənvər Qasımzadənin 100 illik yubileyinə həsr
olunmuş konfrans keçirilib
Aprelin 19-da Azərbaycan Memarlıq və
İnşaat Universitetində Azərbaycanın görkəmli
memarı və dövlət xadimi, memarlıq doktoru, professor,
AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu
Qasımzadənin anadan olmasının 100 illik yubileyinə həsr
edilmiş "Müasir Azərbaycan memarlığının
problemləri" adlı elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova
açaraq böyük şəxsiyyət, dövlət xadimi
olan Ənvər Qasımzadənin həyat və
yaradıcılığı haqqında danışdı.
İki bölmə üzrə aparılacaq konfrans barədə
tədbir iştirakçılarına məlumat verildi.
"Akademik Ə.Ə.Qasımzadənin
həyat və yaradıcılığı" adlı
geniş məruzə ilə memarlıq üzrə fəlsəfə
doktoru, AzMİU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru Nərgiz Abdullayeva çıxış etdi.
Konfransda çıxış edən təhsil
naziri Misir Mərdanov görkəmli memar Ənvər
Qasımzadənin mənalı həyat yolundan geniş
söhbət açaraq 57 il ömür sürən bu
insanın necə böyük işlər, layihələr həyata
keçirdiyini qeyd etdi. Bildirildi ki, bu nəslin şəcərəsi
çox böyükdür. Bu barədə gənc nəslə
geniş məlumat çatdırmaq lazımdır. Ənvər
Qasımzadənin Azərbaycan xalqının qəlbində
tanınmış ictimai xadim, görkəmli memar, xeyirxah, vətənpərvər
və təvazökar insan kimi yeri əbədidir.
Nazir çıxışının
sonunda Ənvər Qasımzadənin 100 illik yubileyi münasibəti
ilə keçirilən tədbirin təşkilatçılarının
əməyini yüksək dəyərləndirdi.
Tədbirdə daha sonra professor Nurqələm
Mikayılov, professor Rəhim Şükürov, texnika elmləri
namizədi, dosent Rizvan Allahverdiyev çıxış edərək
Ənvər Qasımzadə haqqında xatirələrini
danışdılar.
Konfransda həmçinin müxtəlif
beynəlxalq müsabiqələrdə qalib gəlmiş gənc
memarlara diplomlar və hədiyyələr təqdim olundu.
Sonda tədbir
iştirakçıları Ənvər Qasımzadənin həyat
və yaradıcılığına həsr edilmiş filmə
baxdılar.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.2.