Ali
təhsil müəssisələri arasında futbol
üzrə IV
ölkə çempionatına
start verildi
Aprelin 13-də
Bakıdakı "Şəfa"
stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş ali təhsil
müəssisələri arasında
futbol üzrə IV ölkə çempionatının
açılış mərasimi
keçirildi. Tədbirdə
təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin
müavini İsmayıl
İsmayılov, Bakı
Dövlət Universitetinin
rektoru Abel Məhərrəmov,
Təhsil Nazirliyi Aparatının rəhbəri
İlham Pirməmmədov,
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsinin müdiri
Ağababa İbrahimov,
AFFA-nın vitse-prezidenti
Rauf Əliyev, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti İlham Mərdanov, ali təhsil müəssisələrinin nümayəndələri
və tələbələr
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov son illər respublikamızda idmana göstərilən dövlət qayğısından
söz açdı.
Ölkə Prezidenti cənab
İlham Əliyevin diqqət və qayğısı nəticəsində
idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan
danışan Q.Novruzov
idman oyunları içərisində futbolun
milyonlarla tamaşaçısı
olduğunu nəzərə
çatdırdı. Ali
təhsil müəssisələri
arasında keçirilən
ölkə çempionatının
artıq bir ənənəyə çevrildiyini
qeyd edən nazir müavini gənclərin bu yarışa xüsusi maraq göstərmələrinin
sevindirici hal olduğunu vurğuladı.
Bildirildi ki, cempionatda Bakıda yerləşən ali təhsil müəssisələrindən 19 komanda iştirak edir və regionlardan
olan ali məktəblərin komandaları
növbəti turlara qatılacaq. İştirakçılara uğurlar arzulayan
Q.Novruzov komandaların
və tədbirin yüksək səviyyədə
hazırlanmasına görə
əməyi keçən
hər bir şəxsə minnətdarlığını
bildirdi.
Tədbirdə çıxış edən
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
ali təhsil
müəssisələrinin idmançılarına uğurlar
arzulayaraq güclü
olan komandanın qalib olacağına inandığını bildirdi.
Azərbaycanın bütün
sahələrdə sürətlə
inkişaf etdiyini qeyd edən A.Məhərrəmov "Eurovision-2012" mahnı müsabiqəsinin
Bakıda keçirilməsinin
xüsusi önəm daşıdığını və bir gün
futbol üzrə dünya çempionatının
da Azərbaycanda keçiriləcəyinə ümidvar
olduğunu bildirdi.
Sonra AFFA-nın
vitse-prezidenti Rauf Əliyev çıxış
edərək ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş ali təhsil müəssisələri arasında
keçirilən futbol
üzrə IV ölkə
çempionatının açılış
mərasimi münasibətilə
iştirakçıları təbrik etdi. Turnirin artıq 4-cü dəfə keçirildiyini
və ildən-ilə
təkmilləşdiyini bildirən R.Əliyev
Azərbaycanda futbolun kütləvi şəkildə
inkişaf etdiyini nəzərə çatdırdı.
Sonra komandaların kapitanları Azərbaycan Respublikasının Dövlət
himninin sədaları
altında Dövlət
bayrağını qaldırdılar.
Azərbaycan Dövlət
Pedaqoji Universiteti ilə Qafqaz Universiteti arasında çempionatın ilk oyununa
start verildi.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.4.