İnformatika müəllimləri üçün zona seminarı keçirilib

 

Son illərdə informatika fənninin tədrisi ilə bağlı bir sıra məsələlər həllini tapmış, dövlət proqramları çərçivəsində məktəblərimiz kompüter texnikası ilə təmin edilmiş, fənn üzrə bütün siniflər üçün dərsliklər, o cümlədən yeni kurikulum əsasında ibtidai siniflər üçün dərslik komplektləri hazırlanıb şagirdlərin istifadəsinə verilmişdir. Buna baxmayaraq, yeni dərsliklərlə işləyən müəllimlərin, eləcə məktəb rəhbərlərinin bu sahədə müəyyən metodiki köməyə ehtiyacı hiss olunur. Bu ehtiyacı nəzərə alaraq Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun təşəbbüsü qabaqcıl informatika müəllimləri, "İnformatika" dərsliklərinin müəllifləri, həmin dərsliklərin hazırlanması ilə məşğul olan nəşriyyatların dəstəyi ilə fənnin tədrisinin aktual məsələlərinə həsr olunmuş zona seminarlarının keçirilməsi qərara alınmışdır.

İlk belə seminar Abşeron, Xızı, Siyəzən Şabran rayonlarının müəllim rəhbər işçiləri üçün 13 aprel 2012-ci ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilmişdir. Seminarda "İnformatika" dərsliklərinin  müəllifləri İsmayıl Sadıqov, Naidə İsayeva "Bakı" nəşriyyatının  direktoru  Zaur İsayev iştirak etmiş, müəllimlərin fənnin tədrisi ilə bağlı müzakirələrdə verdikləri sualları cavablandırmışlar.  Seminarda informatikanın məktəbdə tədrisinə həsr olunmuş www.informatik.az saytı, eləcə sosial şəbəkədə informatika müəllimlərinin qrupu haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, nəinki informatika müəllimlərinin, eləcə İKT sahəsində fəaliyyət göstərən şirkətlərin mütəxəssislərinin qrupda fəal iştirakı, onların texniki məsələlər, proqramlaşdırma ilə bağlı verdikləri məsləhətlər müəllimlər üçün çox faydalı olur. Seminar iştirakçılarına da göstərilən İnternet resurslarından istifadə etmələri tövsiyə olunmuşdur.

Seminarda müəllimlərin yeni kurikulum əsasında hazırlanmış dərslik komplektləri ilə bağlı rəy təklifləri dinlənilmişdir.

Növbəti seminarın Quba, Xaçmaz Qusar rayonlarının müəllimləri üçün Quba şəhərində  keçirilməsi nəzərdə tutulub.

 

 

Azərbaycan müəllimi.- 2012.- 20 aprel.- S.4.