Respublika ifa müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may - Respublika gününə həsr olunmuş vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.

4. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əlavələrlə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

6. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

18 aprel 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.4.