Musiqi
Kollecində Azərbaycan Bəstəkarlar
İttifaqının sədri ilə görüş
keçirilib
Aprelin 16-da Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində görkəmli bəstəkar,
Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri,
professor Firəngiz Əlizadə ilə görüş keçirildi.
Tədbiri
giriş sözü
ilə açan kollecin
direktoru, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov hörmətli qonağı
professor-müəllim və tələbə heyəti
adından salamlayaraq, onu
kolleclərində görmələrindən məmnunluq
duyduqlarını bildirdi.
Görüşün əhəmiyyətini
yüksək qiymətləndirən professor
N.Kazımov onun gələcəyin professional musiqiçilərini yetişdirən
kolleclərinin həyatında mühüm
hadisə olduğunu, tanınmış bəstəkarla
canlı ünsiyyətin və onun zəngin yaradıcılığı
ilə yaxından tanışlığın tələbələrin
yaddaşında dərin iz
salacağına, onlara gələcək karyera inkişaflarında
stimullaşdırıcı təsir göstərəcəyinə
inandığını söylədi.
Sonra professor
Firəngiz Əlizadənin yaradıcılığından bəhs
edən videosüjet nümayiş
olundu.
Görüşdə
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
əməkdar incəsənət xadimi Həcər
Babayeva Firəngiz Əlizadənin həyat
və yaradıcılığı haqqında geniş
məlumat verdi.
F.Əlizadəni
ölkəmizin fəxri adlandıran natiq onun musiqimiz
qarşısındakı xidmətlərini
idmançılarımızın dünya
arenalarında qazandıqları böyük
qələbələr və ölkəmizə gətirdikləri
şöhrət, başucalığı ilə müqayisə
etdi.
Bildirdi ki, F.Əlizadənin əsərlərinin böyük əksəriyyətinin xaricdən
alınmış sifarişlər əsasında
yazılmasına və xarici ölkələrdə
ifa olunmasına baxmayaraq,
onların adları sanki doğma
Azərbaycanımızın xəritəsini əks etdirir. Həcər Babayeva həm də Firəngiz Əlizadəni
dünyanın hər yerindən sifarişlər alan ilk Azərbaycan bəstəkarı
kimi xarakterizə edərək, onun əsərlərinin dünyanın ən böyük və məşhur konsert
salonlarında, tanınmış musiqiçilər tərəfindən
ifa olunduğunu
diqqətə çatdırdı. Onun
sözlərinə sübut kimi belə ifalardan bir neçəsi ekranda görüş iştirakçılarına
təqdim olundu.
Firəngiz
Əlizadənin yaradıcılığında müasir musiqinin əsas yer tutduğunu söyləyən
natiq onun dahi bəstəkarımız Qara
Qarayevin tələbəsi olduğunu,
böyük bəstəkarın öz tələbəsinin müasir
musiqiyə olan həvəsini və
istedadını vaxtında görüb yönləndirdiyini
vurğuladı. Bildirdi ki,
məhz onun məsləhəti ilə F.Əlizadə
muğamlarımızla dərindən maraqlanmışdır.
Bu məsləhət,
habelə F.Əlizadənin hələ uşaqlıqdan milli musiqimizin hökm sürdüyü bir mühitdə böyüməsi
muğamlarımızın sonralar onun yaradıcılığından
qırmızı xətlə keçməsinə gətirib
çıxarmışdır.
F.Əlizadə
yaradıcılıqda ilk
addımlarını ötən əsrin 70-ci illərində,
konservatoriyada oxuduğu
illərdə atmış, hələ tələbə ikən
əsərləri xarici ölkələrdə
ifa olunmağa
başlamışdır. Sonralar onun əsərləri Milan,
Turin, London, Berlin, Sinqapur, Şanxay və başqa
şəhərlərin ən böyük
konsert salonlarında səslənmişdir.
Bəstəkarın 70-ci illərdə bəstələdiyi məşhur
"Habilsayağı" əsəri 30 ildən çoxdur ki, bütün dünyanın
violonçelçalanlarının repertuarındadır.
F.Əlizadənin
Berlin Filarmoniyasının violonçelçalanlar
ansamblı üçün sifarişlə
yazılmış 12 violonçel üçün əsəri də
dünyanın mötəbər musiqi
salonlarında ifa olunaraq
müəllifinə şöhrət gətirmişdir
H.Babayeva
çıxışında F.Əlizadənin
yaradıcılığının Türkiyə və Almaniya dövrləri üzərində də ətraflı dayandı. Bildirdi ki, istedadlı bəstəkar
1992-ci ildə qardaş Türkiyəyə
dəvət almış, bir müddət
Mersin şəhər Opera
və Balet Teatrında
çalışaraq bir sıra əsərləri tamaşaya
hazırlamışdır. O, habelə Mersin
Opera və Balet
Teatrının açılışı üçün
"Boş beşik" baletini yazıb
tamaşaya qoymuşdur.
Bəstəkarın yaradıcılığının böyük bir dövrü isə Almaniya
ilə bağlı olmuş, müasir bəstəkarların
inkişafına kömək üçün
1997-ci ildə 2 illiyə getdiyi bu ölkədə 12 il
çalışmışdır. Həmin illərdə bəstəkarın
Almaniya və İsveçrədə 8 əsəri
ifa olunmuşdur.
Professor Həcər Babayeva F.Əlizadənin
yaradıcılığında ən çətin janr olan operalardan
da danışıb, müasir
mövzuda opera
yazmağın çox çətin olduğunu bildirdi, bəstəkarın
yaradıcılığında "İntizar",
"Sənin adın dənizdir" operalarının xüsusi yer tutduğunu vurğuladı.
Görüşdə
F.Əlizadənin Azərbaycanın Bəstəkarlar
İttifaqının sədri kimi fəaliyyətindən,
ittifaqın musiqimizin təbliği sahəsində
gördüyü işlərdən də
söz açıldı.
Sonra Musiqi
Kollecinin tələbələrinin
ifasında konsert proqramı təqdim olundu.
Tədbirin
sonunda söz alan professor Firəngiz Əlizadə
görüşün onda
dərin təəssürat yaratdığını, tələbələrin
ifalarından çox razı
qaldığını söylədi və görüşün
təşkilatçılarına minnətdarlığını
bildirdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 27 aprel.- S.6.