Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamının
elan edilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 03 avqust 2012-ci il tarixli 208 S nömrəli sərəncamını
elan edirəm:
"Azərbaycan Respublikasının
Nazirlər Kabineti
SƏRƏNCAM
¹ 208 S
Bakı şəhəri, 3 avqust 2012-ci il
"Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə
əsasən, Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin və Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin təkliflərini nəzərə
alaraq:
1. 2012/2013-cü tədris
ili üçün
ilk peşə-ixtisas təhsili
müəssisələrinə şagird qəbulu planı Azərbaycan Respublikasının Təhsil
Nazirliyi üzrə
20380 yer, Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi üzrə 400 yer təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur
Rasi-zadə"
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin göstərilən
sərəncamının icrası
ilə əlaqədar
ƏMR
EDİRƏM:
1.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
03 avqust 2012-ci il tarixli, 208 S nömrəli sərəncamı
rəhbərlik və
icra üçün qəbul edilsin.
2.
2012-ci il üçün
ayrı-ayrı ilk peşə-ixtisas
təhsili müəssisələri
üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər,
o cümlədən dövlət
vəsaiti hesabına
17660 nəfər, ödənişli
əsaslarla 2720 nəfər,
buraxılış planı
13238 nəfər, o cümlədən
ödənişli əsaslarla
1950 nəfər olmaqla
təsdiq edilsin.
3.
Ağdam, Qubadlı, Zəngilan rayonlarının
və Şuşa
şəhərinin fəaliyyəti
müvəqqəti dayandırılmış
peşə məktəblərinə
(24, 126, 144, 72 nömrəli texniki peşə məktəbləri) şagird
qəbulu məsələsinə
həmin məktəblərin
fəaliyyəti tam bərpa
olunduqdan sonra baxılsın.
4.
Texniki peşə təhsili şöbəsi
(N.Məmmədov), İqtisadiyyat
şöbəsi (Ş.Əliyev)
ixtisaslar üzrə təsdiq edilmiş şagird qəbulu planı daxilində nazirliyin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinə
2012/2013-cü tədris ili üçün şagird qəbulu planının layihəsinin
15 iş günü müddətinə hazırlanmasını
və təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim
olunmasını təmin
etsinlər.
5.
Peşələr üzrə
şagird qəbulu planında dəyişiklik
edilməsi zərurəti
yarandıqda bu məsələ təsdiq
edilmiş ümumi qəbul planı daxilində həll edilsin.
6.
Aidiyyəti ilk peşə-ixtisas
təhsili müəssisələrinin
rəhbərlərinə tapşırılsın:
6.1. İlk peşə-ixtisas təhsili
müəssisələrinə sənəd qəbulu avqust ayının 15-dən
31-dək həyata keçirilsin.
6.2. Şagird qəbulu planının sentyabr ayının 1-dən
10-na qədər yerinə
yetirilməsini təmin
etsinlər.
6.3. Şagird qəbulu və buraxılışına dair
statistik hesabatları müəyyən edilmiş
müddətlərdə nazirliyə
təqdim etsinlər.
7.
Naxçıvan Muxtar
Respublikası Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi,
Gəncə Şəhər
Təhsil İdarəsi
və digər bütün rayon (şəhər)
təhsil şöbələri
ilk peşə-ixtisas təhsili
müəssisələrinə şagird qəbulu ilə bağlı lazımi köməklik göstərsinlər.
8.
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Sənətkar"
jurnalında dərc edilməsini təmin etsin.
9.
Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 avqust 2012-ci il
Azərbaycan müəllimi.- 2012.- 17 avqust.- S.2.