Naxçıvan
Dövlət Universitetinin tələbələri Türkiyədə təcrübə
keçiblər
Naxçıvan
Dövlət Universitetinin 1999-cu ildə pediatriya ixtisası ilə təməli qoyulan, 2007-ci ildə tibbi profilaktika və 2011-ci ildə müalicə işi ixtisasları ilə formalaşan
tibb fakültəsi ixtisasli
elmi-pedaqoji heyətə, fundamental
tədris bazasına malikdir. Muxtar respublika rəhbərliyinin səhiyyənin
inkişafına, ali təhsilli, yüksək
ixtisaslı tibb mütəxəssislərinin
hazırlanmasına göstərdiyi yüksək diqqət və
qayğının təzahürüdür ki,
fakültənin tələbələri təhsil müddətində
praktiki vərdişlərə
yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir
xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin
İzmit Kocaeli, Kayseri Erciyez, Ərzurum Atatürk, Elazığ Fırat, Van Yüzüncü İl, Ankara universitetlərinin
tibb fakültələrinin klinik xəstəxanalarında peşə təcrübələri
keçirlər.
Tibb
fakültəsinin 44 nəfər yuxarı kurs
tələbəsi bu il
də Türkiyə Cümhuriyyətinin Ərzincan, Qars Qafqaz, Erciyez
universitetlərində təcrübədə oldular.
Tələbələri fakültənin dekanı,
dosent Bəhruz Məmmədov, ümumi təbabət kafedrasının müdiri, dosent Malikəjdər
İbrahimov, müəllimlərdən Azərbaycan
Respublikasının əməkdar müəllimi Kubra Cəfərova, Azərbaycan
Respublikasının əməkdar həkimi, tibb
elmləri üzrə fəlsəfə doktoru Cəbi İsmayılov, tibb
elməri üzrə fəlsəfə doktorları -
Naxçıvan MR-in əməkdar həkimi,
dosent İsa Abdullayev və Elmar Rzayev, təməl
tibb fənləri kafedrasının dosenti Elsevər Əsədov, həkimlərdən
Malik Əliyev, Mətləb İbrahimov, Əzizə Hüseynova
müşayiət etmişlər.
Ərzincan Universitetində heyəti
prorektor, eyni zamanda tibb fakültəsinin
dekanı, professor Fəhmi Çələbi
qarşılayaraq iki universitet
arasında imzalanan anlaşma
memorandumuna əsasən ikitərəfli iş birliyinin,
qarşılıqlı əməkdaşlığın daha da inkişaf
edəcəyindən danışdı. Şərqi Anadoluda yerləşən Ərzincan vilayəti
və buradakı universitet
haqqında məlumat verildi. Bildirildi ki, 1976-cı ildə
Ərzincan Məslək Yüksəkokulu kimi
fəaliyyətə başlayan, 2006-cı
ildən müstəqil universitet olan bu ali
məktəb Anadoluda dünya
universiteti kimi
formalaşıb inkişaf etməkdədir.
Sonra xəstəxana ilə ümumi tanışlıq oldu.
Elmi-tədqiqat institutu rolu oynayan, bir
il öncə istifadəyə verilən
250 çarpayılıq xəstəxanada 21 poliklinika
şöbəsi, 10 əməliyyat otağı, 1 anjoqrafiya otağı, 20-dən çox hemodializ
aparatının olduğu dializ
şöbəsi, təcili tibbi yardım
şöbəsi, laboratoriya var.
Təcrübəçi tələbələr
təcili tibbi yardım şöbəsində
Arif Onur Eden və Murad
Aydının köməkliyi ilə yol qəzası
zamanı və istehsalatda ağır xəsarət
alan, kardioloji şoka düşən xəstələrə
ilk tibbi yardım
göstərdilər. Ümumi cərrahiyyə
şöbəsində peşəkar
cərrahlar Kamal Peker
və Abdullah İnalın rəhbərliyi ilə cərrahiyyə
əməliyyatlarında oldular, tənəffüs
yolları, qastroenteroloji, uroloji,
fəqərə və qasıq yırtıqları kimi xəstəliklərin cərrahi müdaxilə
yolu ilə müalicəsində iştirak etdilər. Daxili
xəstəliklər şöbəsində Levent
Dəmirdaş, Aysu Özbiçər daxili sekresiya vəziləri
xəstəlikləri və digər xəstəliklər
haqqında tələbələri əyani olaraq
məlumatlandırdılar. Ginekologiya
şöbəsində Paşa Uluğ və Yaprak
Asmanın köməkliyi ilə tələbələr ginekoloji xəstəliklərin, sonsuzluq və hamiləliyin pozulmasının səbəblərini
araşdırdılar.
Qastroenterologiya
şöbəsində Onur Çingiz və Funda Uğur Kantarın köməkliyi ilə endoskopiya və kolonoskopiya
yolu ilə həzm sistemi
xəstəliklərinin aşkarlanmasında iştirak
etdilər. Tələbələr ağciyər
xəstəlikləri şöbəsində Ədhəm Ənvərdən
tənəffüs yolları xəstəliklərinin, ortopediya şöbəsində Əhməd
İssından oynaqlarda və bazu sümüklərində sınıq və
çıxıqlar, revmatizm kimi xəstəliklərin, kardioloq
Mutlu Böyüklüdən ürək-damar
xəstəliklərinin, urologiya
şöbəsində Əli Səid Bozqurddan
böyrək və sidik yolları xəstəliklərinin
diaqnoz və müalicəsi ilə
bağlı son elmi
yenilikləri öyrəndilər.
Təcrübə
müddətində xəstəxanada çalışan
tanınmış professorlar tələbələrə
nəzəri məşğələlər də keçdilər.
Universitetin rektoru, professor,
endokrinoloq İlyas Çapoğlu "Şəkərli diabetin üzə çıxarılması,
müşahidə və müalicəsi", professor
doktor, cərrah Fəhmi Çələbi
"Kəskin qarın ağrıları", ortoped
Abdullah Bilgə "Ortopedik
xəstəliklərin müalicə üsulları", pulmonoloq Ədhəm Ənvər "Tənəffüs
yolları xəstəliklərinin düzgün diaqnozu və
müalicəsi", Arif Onur
Eden "İlk təcili
tibbi yardım", ginekoloq
Paşa Uluğ "Ginekoloji xəstəliklərin
aşkarlanması" mövzularında məruzələr oxudular.
Səfər
zamanı Ərzincan şəhərindəki Ekşisu
istirahət parkına, Qara dəniz və dağlar arasında
yerləşən Trabzon şəhərinə, Qara
dəniz sahilinə ekskursiyalar da təşkil olundu. Trabzonda, şəhər mərkəzindən
8 km aralıda, Soyuqsu
təpəsində yerləşən, gülzarlıq və bağ-bağatla əhatə olunmuş
Atatürk köşk
muzeyi xüsusi maraq doğurdu. Avropa və Qərb intibah
memarlığının gözəl nümunələrindən
olan 4 mərtəbəli bu
bina 1890-1903-cü illərdə inşa olunmuşdur. Köşkün ziyarətçilərini Mustafa Kamal Atatürkün
həyətdəki büstü
qarşılayır.
Təcrübənin son günü keçirilən
görüşdə xəstəxananın baş
həkimi, tanınmış cərrah İsmayıl Yılmaz
naxçıvanlı müəllim və tələbələrə
gələcək fəaliyyətlərində uğurlar
arzuladı. Naxçıvan Dövlət Universitetinin
müəllimi, tibb elmləri
üzrə fəlsəfə doktoru Elmar Rzayev səmimi
qarşılanma və yaradılan şərait üçün universitet
və xəstəxana rəhbərliyinə, kollektivə minnətdarığını
bildirdi. Sonda sertifikatlar təqdim olundu.
Tibb
fakültəsinin tələbələrinin bir
qismi isə Türkiyənin Qars Qafqaz Universitetinin
əsaslı şəkildə yenidən qurulmuş
xəstəxanasında oldular. Tibb fakültəsinin dekanı, professor Bünyamin Ünal, xəstəxananın baş
həkimi, dosent, cərrah Miktat
Kaya fakültə və xəstəxana
haqqında ətraflı məlumat verdi. Tələbələr xəstəxananın təcili
tibbi yardım, cərrahiyyə, nevrologiya, urologiya, psixiatriya, ginekologiya, daxili xəstəliklər şöbələrində
ultrasəs müayinəsi, rentgen-tomoqrafiya
və digər müasir üsullarla
xəstələrin müayinəsi, düzgün
diaqnoz qoyulması və müalicəsi ilə
məşğul oldular. Tələbələrə
mulyajlar üzərində praktiki
dərslər də keçildi. Təcrübə
müddətində cərrah, dosent Yusif Günerhan,
Gülşən Çığşar və digər
tanınmış həkimlər tibbin aktual problemlərinə həsr olunmuş mühazirələr oxudular.
Naxçıvan
Dövlət Universitetinin müəllim və
tələbələri Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının böyük
öndərlərindən olan Heydər Əliyevin
Qars şəhərindəki abidəsini
ziyarət etdilər. Heyət Qars
Qafqaz Universitetində Naxçıvan
Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəylinin
də böyük əməyi və dəstəyi
sayəsində yaradılmış Heydər Əliyev Tədris
Mərkəzində oldu, burada
dünyaşöhrətli siyasi xadimin həyat və fəaliyyəti ilə
bağlı materiallarla tanışlıq
oldu.
Türkiyənin
mədəni dəyərlərini özündə yaşadan bölgələrindən biri olan Qarsdakı
tarix-diyarşünaslıq muzeyinə, Qars
Qalası və Ani qalasına ekskursiyalar da təşkil
olunmuşdur.
Təcrübənin sonunda keçirilən görüşdə hər iki universitetin tibb fakültələrinin
dekanları, professor Bünyamin
Ünal və dosent Bəhruz
Məmmədov belə qarşılıqlı əməkdaşlığın,
təcrübə mübadilələrinin tələbələr
üçün əhəmiyyətindən
danışdılar, müəllim və tələbələrə
sertifikatlar təqdim olundu.
Kayseri
şəhərindəki Erciyez Universitetinin rektoru, professor-doktor Fəxrəddin Keleştemur,
tibb fakültəsinin dekanı, professor-doktor Məhəmməd Güvən, xəstəxananın
baş həkimi, professor-doktor
Qudrət Doğru da
Naxçıvandan gələn heyəti yüksək qonaqpərvərliklə,
hərarətlə qarşıladılar.
Qeyd olundu ki, Erciyez
Universiteti 1978-ci ildə Kayseri
Universiteti adı ilə fəaliyyətə
başlamış, 1982-ci ildən Erciyez
dağının adı ilə
adlandırılmışdır. Türkiyənin
10 ən tanınmış universitetindən biri
olan bu ali
məktəbin təməlini təşkil edən fakültələrdən
biri də hələ 1969-cu ildə Hacəttəpə
Universiteti nəzdində açılan,
1982-ci ildən Erciyez Universitetinə birləşdirilən
tibb fakültəsidir.
Fakültə dekanı, professor-doktor Məhəmməd Güvən və
baş həkim, professor-doktor
Qudrət Doğrunun təşkilatçılığı
və qayğısı ilə uşaq xəstəxanasında,
cərrahiyyə, daxili xəstəliklər,
endokrinologiya, ağciyər xəstəlikləri,
hemotologiya, onkologiya, təcili
tibbi yardım, doğum
şöbələrində müxtəlif xəstəliklərin
müayinəsində fəal iştirak edən
gələcək həkimlərimiz müasir
müalicə üsullarını, ən yeni
tibbi texnologiyadan
istifadəni öyrəndilər.
Təcrübənin sonunda rektor, professor-doktor Fəxrəddin Keleştemurun,
fakültə dekanı və xəstəxananın baş həkiminin iştirakı ilə
keçirilən tədbirdə təməl tibb
fənləri kafedrasının dosenti
Elsevər Əsədov çıxış edərək
yüksək qonaqpərvərlik və səmimi münasibət
üçün minnətdarlıq etdi. Müəllim və tələbələrimizə
sertifikatlar təqdim olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri
Azərbaycan müəllimi.- 2012.- 17
avqust.- S.3.
internetdə
saytda