Səbail məktəblilərinin
Qubadakı yay istirahəti yaddaqalan olub
Böyüməkdə
olan gənc nəslin yay
istirahətinin mənalı təşkili, onların vətənə
məhəbbət, dövlətçilik ruhunda
tərbiyəsi istiqamətində Səbail Rayon
İcra Hakimiyyəti, Quba
Rayon İcra Hakimiyyəti,
DİN Daxili Qoşunlar
Komandanlığı və "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin birgə
layihəsi əsasında Qubada təşkil
olunan "Şahinlər" hərbi-vətənpərvərlik
təmayüllü düşərgədə yeniyetmələrin
istirahəti başa
çatmışdır.
Səbail
rayonunun Qarabağ
müharibəsi veteranları və əlillərinin
övladları, rayonun aztəminatlı və
imkansız ailələrinin uşaqları, həmçinin
"SOS-Azərbaycan" uşaq kəndində
tərbiyə alan ümumilikdə 250 uşaq üçün Quba şəhərinin ən füsunkar
yerində yerləşən Bakı Özəl Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik
təmayüllü "Şahinlər" yay
istirahət düşərgəsində 2 həftə ərzində
keçən mənalı və yaddaqalan
istirahət uşaqların xatirində silinməz izlər
buraxmışdır.
Təşkilatçılar
tərəfindən xoş istirahət üçün
hər cür şərait yaradılan
düşərgədə şagirdləri gələcəkdə
hərbi xidmətə layiqincə hazırlamaq məqsədi
ilə hərbi-səhra çadırı qurulmuş,
səhra mətbəxi yerləşdirilmiş, Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevə, ölkə başçısı cənab
İlham Əliyevə, ölkədəki
ordu quruculuğuna, Milli Qəhrəman Mübariz
İbrahimova, Daxili
Qoşunların fəaliyyətinə, artıq 7-ci dəfədir
ki, təşkil olunan
"Şahinlər" düşərgəsinin tarixinə həsr
olunan stendlər asılmışdır.
Düşərgədə məşğələlərin hərbi
nizamnaməyə uyğun tərzdə
keçirilməsi uşaqların istirahətini daha da maraqlı və unudulmaz etmişdir.
Yay istirahəti
dövründə uşaqların Qubanın görməli yerlərinə,
meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri
təşkil olunmuş, məktəblilərin
təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində
keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti,
yaşayış şəraiti, silah və
texnikası ilə yaxından tanış olmuş,
xüsusi təyinatlı bölüyün
məşqlərinə qatılmışlar.
Düşərgədə
məktəblilərə Vətənimizin,
xalqımızın tarixindən bəhs edən dərslər,
müxtəlif mövzularda məşğələlər,
maraqlı görüşlər keçirilmiş,
filmlər nümayiş etdirilmişdir.
Qarabağ savaşında təcrübəli
kəşfiyyatçı kimi iştirak edərək bir
sıra qəhrəmanlıqlar göstərmiş İbad Hüseynov və hərbi
jurnalist Şəmistan Əlizamanlı ilə
keçirilən görüş
xüsusilə yaddaqalan olmuşdur.
Düşərgənin
bağlanışı ilə əlaqədar keçirilən
tədbirdə iştirak edən Səbail
Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov,
Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə müvəkkili (ombudsman)
Elmira Süleymanova,
DİN Daxili Qoşunların Qərargah rəisinin birinci müavini, general-mayor Şahin Məmmədov,
"Çağ" Öyrətim
İşlətmələri Şirkəti İdarə Heyətinin
sədri Ənvər Özərən uşaqların istirahəti
üçün
burada yaradılmış şəraitlə
yaxından tanış olmuş, idman yarışlarında qalib
gələn bir
qrup şagirdə xatirə medalları və
uşaqlarla aparılan tərbiyəvi
işlərdə fərqlənən dəstə rəhbərlərinə
və hərbiçilərə qiymətli hədiyyələr
təqdim etmişlər.
Daha sonra
yeniyetmələr qonaqlar
qarşısında hərbi keçid,
müxtəlif hərbi təlimlər
və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Daxili
Qoşunların xüsusi təyinatlı
dəstəsinin çıxışı maraqla
qarşılanıb. Bundan başqa,
respublikamızın tanınmış incəsənət
xadimləri və Daxili Qoşunların hərbi
orkestrinin iştirakı ilə
keçirilən bayram konsertində
düşərgədə istirahət edən uşaqlar
da öz məharətlərini
göstəriblər.
Zəngin
təəssüratlarla Bakıya qayıdan yeniyetmələr,
onların valideynləri bu istirahətin təşkilatçılarına
öz minnətdarlıqlarını
bildiriblər.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 17 avqust.- S.3.