İstedadlı şagirdlər
üçün xüsusi
lisey siniflərinə şagird qəbulunun
aparılması barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
17.04.2006-cı il tarixli,
1414 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı"ndan irəli gələn konseptual
xarakterli göstərişlərini rəhbər
tutaraq respublikanın şəhər və
rayonlarında istedadı ilə fərqlənən V, VI və
VII sinif şagirdlərinin xüsusi
lisey siniflərinə qəbulunun obyektiv və şəffaf keçirilməsini
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Bölgələr
üzrə müəyyən olunmuş
şəhər və rayonların qeyd
edilən təhsil müəssisələrinin bazasında xüsusi istedadı ilə fərqlənən
şagirdlərin xüsusi lisey
siniflərinə qəbulu ilə bağlı sənəd qəbulu
01.08.2012-ci il tarixindən 31.08.2012-ci il tarixinədək, müsahibə və
qiymətləndirmə isə 07-08 sentyabr
2012-ci il tarixlərində
aşağıdakı məktəblərdə keçirilsin:
- Gəncə
şəhəri 27 nömrəli fizika-riyaziyyat
və informatika təmayüllü lisey
-
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü
gimnaziya
- Mingəçevir
şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəb
- Şirvan şəhəri S.Hüseynov
adına 1 nömrəli tam orta məktəb
- Lənkəran
şəhəri S.Kazımbəyov adına şəhər 6
nömrəli tam orta
məktəb
- Şəki
şəhəri 19 nömrəli tam orta məktəb
- Quba rayonu A.Məmmədov
adına təbiət fənləri təmayüllü 2
nömrəli məktəb-lisey
- Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli
tam orta məktəb
2. İstedadlı
şagirdlərin xüsusi lisey
siniflərinə şagird qəbulunu Monitorinq və qiymətləndirmə
şöbəsi (T.Hacıyeva) həyata keçirsin.
3. Xüsusi
lisey siniflərinə şagird
qəbulu Azərbaycan dili və riyaziyyat fənləri üzrə ümumi sayı 50 sual olmaqla qiymətləndirmə vasitələri əsasında
keçirilsin.
4. Gəncə
şəhər Tİ, Sumqayıt, Mingəçevir, Şirvan şəhər və Lənkəran,
Şəki, Quba, Ağdaş
rayon təhsil şöbələrinə
(Z.Hüseynov, V.Bağırov, N.Sultanov, P.Nəbiyev, Ş.Əhmədova,
S.İsmayılova, S.Aslanov, L.Paşayev) tapşırılsın:
4.1.
07.09.2012-ci il tarixində müsahibə
komissiyalarının fəaliyyətini təşkil etsinlər;
4.2.
müraciət etmiş V, VI və VII sinif şagirdlərinin 07.09.2012-ci il tarixində saat 10.00-dan başlamaqla keçiriləcək müsahibədə
iştirakını təşkil etsinlər;
4.3.
müsahibədən keçmiş
şagirdlərin 08.09.2012-ci il tarixində
saat 10.00-da qiymətləndirmədə
iştirakını təmin etsinlər.
5. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev) qiymətləndirmə vasitələrinin
çap olunması ilə bağlı smeta sənədlərinin
hazırlanmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını həyata keçirsin.
7. Əmrin icrasına nəzarəti
öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 avqust 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 31 avqust.- S.2.