İstedadlı şagirdlər
üçün xüsusi
lisey siniflərində oxuyan VI-VII sinif şagirdlərinin
qiymətləndirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
17.04.2006-cı il tarixli,
1414 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı"ndan irəli gələn konseptual
xarakterli göstərişlərini
rəhbər tutaraq respublikanın şəhər
və rayonlarında istedadı ilə fərqlənən,
2010/11-ci və 2011/12-ci dərs ilində xüsusi
lisey siniflərinə qəbul olunmuş və hazırda VI və VII siniflərdə
təhsil alan xüsusi
istedada malik şagirdlərin
qiymətləndirilməsini təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Bölgələr
üzrə müəyyən olunmuş
şəhər və rayonların qeyd
edilən təhsil müəssisələrinin xüsusi
lisey siniflərində oxuyan
xüsusi istedada malik VI və VII sinif
şagirdlərinin qiymətləndirilməsi 28.09.2012-ci il tarixində aşağıdakı məktəblərdə
keçirilsin:
- Gəncə
şəhəri 27 nömrəli fizika-riyaziyyat
və informatika təmayüllü lisey
-
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü
gimnaziya
- Mingəçevir
şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəb
- Şirvan şəhəri S.Hüseynov
adına 1 nömrəli tam orta məktəb
- Lənkəran
şəhəri S.Kazımbəyov adına şəhər 6
nömrəli tam orta
məktəb
- Şəki
şəhəri 19 nömrəli tam orta məktəb
- Quba rayonu A.Məmmədov
adına təbiət fənləri təmayüllü 2
nömrəli məktəb-lisey
- Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli
tam orta məktəb
2. Xüsusi
lisey siniflərində oxuyan
xüsusi istedada malik VI və VII sinif
şagirdlərinin qiymətləndirilməsini Monitorinq
və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) həyata
keçirsin.
3. Xüsusi
lisey siniflərində oxuyan
xüsusi istedada malik VI və VII sinif
şagirdlərinin qiymətləndirilməsi Azərbaycan dili və riyaziyyat fənləri
üzrə qiymətləndirmə vasitələri əsasında
keçirilsin.
4. Gəncə
şəhər Tİ, Sumqayıt, Mingəçevir, Şirvan şəhər və Lənkəran,
Şəki, Quba, Ağdaş
rayon təhsil şöbələrinə
(Z.Hüseynov, V.Bağırov, N.Sultanov, P.Nəbiyev, Ş.Əhmədova,
S.İsmayılova, S.Aslanov, L.Paşayev) tapşırılsın:
- xüsusi lisey sinfində oxuyan xüsusi istedada malik VI və VII sinif
şagirdlərinin 28.09.2012-ci il tarixində
saat 14.00-da qiymətləndirmədə
iştirakını təmin etsinlər.
5. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev) qiymətləndirmə vasitələrinin
çap olunması ilə bağlı smeta sənədlərinin
hazırlanmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını həyata keçirsin.
7. Əmrin icrasına nəzarəti
öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 avqust 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 31 avqust.- S.2.