Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlıq
inkişaf edir
Avqustun
24-də təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Li Ci Ha ilə görüşüb.
Qonağı səmimi salamlayan təhsil
naziri Misir Mərdanov son illər Azərbaycanla Cənubi Koreya
arasında təhsil sahəsində əməkdaşlığın
inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda
həyata keçirilən təhsil layihələrində Cənubi
Koreya ilə əməkdaşlığın əhəmiyyətinə
toxunan nazir nəzərdə tutulan bütün layihələrin
uğurla nəticələnəcəyinə inamını
ifadə edib.
Ölkələrimizin yaxın tərəfdaş
və dost olduğunu bildirən
Misir Mərdanov qeyd
edib ki, hazırda
76 azərbaycanlı gənc
Cənubi Koreya universitetlərində
təhsil alır. Nazir Azərbaycanda Cənubi Koreyaya böyük
hörmət və ehtiram bəsləndiyini söyləyərək
qarşılıqlı münasibətlərimizin
inkişafında səfir Li Ci Hanın səmərəli fəaliyyətinin
mühüm rol oynadığını vurğulayıb. Səfir Li Ci Ha səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını
bildirib. Azərbaycanda səfir kimi çalışmasından
məmnunluğunu ifadə edən qonaq ölkələrimiz
arasında müxtəlif sahələrdə əlaqələrin
inkişafından, qarşılıqlı əməkdaşlıqda
təhsil layihələrinin mühüm əhəmiyyətindən
söhbət açıb. Daha sonra Li Ci Ha Azərbaycanla Cənubi
Koreya arasında təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsində universitetlərarası əlaqələrin,
tələbə mübadiləsinin və digər layihələrin
mühüm roluna diqqət çəkib.
Misir Mərdanov səfirə gələcək
fəaliyyətində uğurlar arzulayıb, onun hər zaman
Azərbaycanın dostu kimi tanınacağına əminliyini
bildirib və ölkələrimiz arasındakı münasibətlərin
bundan sonra daha da yaxşılaşacağına inamını
ifadə edib.
Azərbaycan müəllimi.- 2012.-
31 avqust.- S.2.