Təhsildə aparılan islahatlar öz bəhrəsini verir
Ölkədə əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir, müxtəlif sahələrdə,
o cümlədən təhsil
sahəsində islahatlar
mərhələ-mərhələ həyata keçirilir.
Son illərdə ölkəmizin iqtisadiyyatının
dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait
yaratmış, Azərbaycan
təhsili özünün
yeni inkişaf dövrünə qədəm
qoymuşdur. Ölkəmizin gələcək inkişaf
modelini formalaşdıran
əsas amil kimi təhsilin inkişafı daha da sürətlənmiş,
insan kapitalının
formalaşmasına xidmət
edən ən mühüm sahə olmuşdur.
Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı sayəsində
təhsilin ayrı-ayrı
sahələri üzrə
16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
Bu proqramların reallaşması
nəticəsində təhsilin
infrastrukturu müasir tələblərə uyğun
qurulur, təhsilin məzmunu yeniləşir,
yeni dərsliklər yazılır, təhsil alanların biliyinin qiymətləndirilməsində yeni model və mexanizmlər tətbiq, təhsil müəssisələri
informasiya-kommunikasiya texnologiyaları
ilə təmin edilir, təhsil sistemi informasiyalaşdırılır,
istedadlı uşaqların
aşkara çıxarılması
və inkişafı üçün zəruri
tədbirlər görülür.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət qayğısı
ilə əhatə olunur, texniki peşə və ali təhsil,
xaricdə təhsil və digər bu kimi sahələrdə
əhəmiyyətli nailiyyətlər
əldə olunur. Son
9 il ərzində
2200-dən çox yeni
məktəb binası
tikilmiş, xeyli məktəb əsaslı
təmir edilmiş və məktəblərin
maddi-texniki bazası möhkəmləndirilmişdir. 2008-2012-ci illəri əhatə edən "Təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət
Proqramı"nda nəzərdə
tutulan təhsil sisteminin bütün pillələrinin şəbəkə
strukturunun inkişafı
və sürətli İnternetlə təmin olunması, məlumat və resurs mərkəzləri şəbəkəsinin
yaradılması, müəllimlərə
İKT-dən istifadə
bacarıqlarının aşılanması,
bütün fənlər
üzrə elektron elmi-metodik vəsaitlərin
yaradılması istiqamətində
xeyli iş görülmüşdür. İndi məktəblərdə
Azərbaycan tarixi, kimya, fizika və
biologiya dərsləri
elektron dərsliklərlə
tədris olunur.
"Kurikulum islahatı üzrə icra planı"nda nəzərdə tutulan tədbirlər ardıcıllıqla
həyata keçirilmiş,
fənn kurikulumları
hazırlanmışdır.
Fənn kurikulumlarının
tətbiq edildiyi siniflər üçün
yeni dərsliklər hazırlanmış, müəllimlər
üçün vəsait,
şagirdlər üçün
iş dəftərləri
çap edilmişdir.
Müasir fənn kurikulumlarının tətbiqinə
başlandıqdan sonra
öyrətmə və
öyrənmə prosesinə
münasibət dəyişmişdir.
Şagirdlər fəallaşmışdır.
Düşünməyə, axtarış aparmağa,
sərbəst mülahizə
yürütməyə, əməkdaşlıq
etməyə, müstəqil
şəkildə problemi
həll etməyə daha çox sövq olunurlar. Eyni zamanda müəllimlərin
hər bir dərsə yaradıcı
münasibəti artmış,
məzmuna görə
optimal forma, üsul və
metod axtarışı
ön plana çıxmışdır. Fənn proqramlarında
məzmun elə müəyyənləşdirilib ki, sinifdə səmərəli təhsil
əməkdaşlığı, şagirdlər üçün
maraqlı dərs formalarından, üsullarından,
interaktiv metod və vasitələrdən
yerli-yerində istifadə
etmədən qarşıya
qoyulan məqsədləri
reallaşdırmaq mümkün
deyildir.
Yeni məzmun standartları gündəlik
qiymətləndirmədən məktəbdaxili qiymətləndirməyə
keçməyi zəruri
etmişdir. Buraxılış imtahanlarının mərkəzləşmiş qaydada
aparılması təhsilin
keyfiyyətinin yüksəlməsinə,
şagirdlərin, müəllimlərin,
valideynlərin məsuliyyətinin
artmasına xidmət edir.
19 iyun 2009-cu ildə təsdiq edilən "Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunu
təhsil işçiləri
üçün dövlət
qarşısında öz
məsuliyyətini dərk
edən, xalqın milli ənənələrinə
və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət
edən, vətənpərvərlik
və azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş
və şəxsiyyət
yetişdirmək vəzifəsi
müəyyənləşdirmişdir.
Rəhbərlik etdiyim məktəbin
pedaqoji kollektivi həmin vəzifələri
uğurla yerinə yetirmək, ölkədə
aparılan təhsil islahatlarına öz töhfəsini vermək üçün hazırda
bütün imkanlarından
istifadə edir.
Yeri gəlmişkən bildirim ki, məktəbimiz
fəaliyyət göstərdiyi
illər ərzində,
bir qayda olaraq, rayonda qabaqcıl təhsil ocaqlarından olmuşdur.
Məktəblərarası metodmərkəz olmaqla qabaqcıl təcrübəni, təhsil
sahəsində olan yeniliklərin planlı öyrənilməsində müəllimlərə
öz köməyini göstərmişdir. 1993-1994-cü
tədris ilindən məktəbimiz öz fəaliyyətini Sumqayıt
şəhərində davam
etdirir. Son illərdə ölkədə
məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
məktəblərin tikintisi
və təmiri sahəsində aparılan
işlər məktəbimizdən
də yan keçməmiş, 6 sinif
otağından ibarət
təhsil ocağımız
tam təmir olunmuşdur.
Məktəbdə 22 nəfər müəllim təlim və tərbiyə işi aparır.
Onlardan 18 nəfəri
ali təhsillidir.
Gənc müəllimlər sayca çoxluq təşkil edir. Sabit şagird kontingenti
var, məktəbdən
yayınma, dərs buraxma halları yoxdur. Müntəzəm
olaraq sinif rəhbərləri valideyn
assosiasiyası ilə
birgə iş aparır, həlli vacib məsələləri
həll edirlər.
Yeni fənn
kurikulumlarının tətbiqi
ilə bağlı 4 ibtidai sinif müəllimi
və eləcə də V sinifdə dərs aparacaq 9 fənn müəllimi, təlim kurslarından keçmiş, sertifikatlar
almışlar. Müəllimlərimiz fəal dərs metodlarından istifadə edir; müstəqil düşünmə və
işləmə xarakterli
test tapşırıqlarını şagirdlərə öyrətməyə
çalışırlar. Təlimin maddi bazası zənginləşib.
Heydər Əliyev Fondu
hesabına fənlər
üzrə əyani vasitələr, xəritələr,
məktəbli ensiklopediyaları
çap olunaraq tədris ocaqlarına, o cümlədən bizim məktəbə verilmişdir.
Mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrinə
görə 2010-2011-ci tədris
ilində məktəbimiz
rayon məktəbləri arasında
fərqləndiyinə görə
təhsil söbəsi
tərəfindən təltif
olunmuşuq. Həmin
tədris ilində məktəbin XI sinfini 9 nəfər bitirmiş, onlardan
5 nəfəri dövlət
ali məktəblərinə,
2 nəfər özəl
ali məktəbə qəbul olmuşlar. Şagirdlərimiz rayon olimpiadasında fəallıq göstərərək
uğurlu nəticələr
qazanmışlar.
Məktəbimizdə
məktəbdənkənar və sinifdənxaric işlərin vahid sistemi yaradılmış,
bu sahədə ardıcıl işlər
aparılır. Tərtib
olunmuş tədbirlər
planı vaxtında
yerinə yetirilir. Tərbiyə və təlimin
sıx vəhdətdə
aparılması müvəffəqiyyətimizi
artırır.
Fənn dərnəklərinin
imkanlarından maksimum
istifadə edirik.
Şagirdlərin hərtərəfli inkişafına kömək
edən, mühazirə,
məruzə, ekskursiya,
fənn gecələrinin
təşkili və keçirilməsi, ilk mənbələr
üzərində çalışmalar
öz müsbət təsirini göstərir.
Rayon və respublika müsabiqələrində
məktəbimizin uğurları
daim artır.
IX sinif şagirdi Ayşən Paşayeva ötən illərdə qalib olmuş, 2011-ci ilin oktyabr ayında
"Müstəqilliyimiz milli
qürurumuzdur" mövzusunda
keçirilmiş inşa
yazı müsabiqəsində
fərqləndiyinə görə
Laçın Rayon Təhsil
Şöbəsinin I dərəcəli
diplomu ilə təltif olunmuşdur. Aprel ayında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş inşa müsabiqəsində
onun inşası
"Heydər Əliyev
şagirdlərin gözü
ilə" kitabına
daxil edilmişdir.
XI sinif şagirdi
Səbinə Məhərrəmli
"Şəhidlər ölməzdir"
mövzusunda məktəblilər
arasında keçirilən
inşa yazı müsabiqəsində I yerə
layiq görülmüş,
diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılmışdır.
M.Ə.Sabirin anadan olmasının
150 illiyi ilə əlaqədar keçirilən
respublika inşa yazı müsabiqəsində
tərifnamə ilə
təltif olunmuşdur.
VIII sinif şagirdi Minarə Abbaslı ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr edilmiş
"Yolumuz Heydər yoludur! Bu yol
Vətənə doğrudur!"
bədii qiraət ifaçılığı üzrə
rayon müsabiqəsində II yeri tutmuşdur.
X sinif şagirdi
Ayşən Əlizadə
həmin mövzuda rəsm müsabiqəsində
III yerə layiq görülmüşdür. IX sinif şagirdi Aysu Əkbərova
"Sultan bəy" portreti
ilə rayon müsabiqəsində
I yerə layiq görülmüşdür. Onun çəkdiyi portret hazırda rayon mədəniyyət
və turizm şöbəsinin qalereyasında
saxlanılır. O, habelə Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr
olunmuş "Yolumuz Heydər yoludur! Bu yol Vətənə
doğrudur!" adlı rəsm üzrə rayon müsabiqəsində
I yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılmışdır.
IX sinif şagirdi Sadiq Murtuzayevin xalq qəhrəmanı
Sultan bəyin anadan olmasının 140 illiyi ilə əlaqədar
rayon məktəbliləri arasında keçirilən inşa
müsabiqəsində "Zabux döyüşü ermənilərə
tutarlı cavabdır" mövzusunda yazdığı
inşa yüksək qiymətləndirilmiş, rayon icra hakimiyyətində
təhsil şöbəsinin II dərəcəli diplomu ilə
təltif olunmuşdur.
İdman sahəsində də şagirdlərimizin
uğurları az olmamışdır. X sinif şagirdi Orxan
Sadıxov respublika və respublikadankənar bir sıra
yarışlarda qüvvəsini sınamış, sərbəst
güləş üzrə Avropa çempionatında
iştirak etmək hüququ qazanmışdır.
Hazırda yeni dərs
ilinin astanasındayıq.
Yeni dərs ilinə hazırlıqla
bağlı bütün
zəruri işləri
görmüşük. Məktəbimizdə
cari təmir işləri aparılıb, vəsait
və dərsliklər,
jurnallar gətirilib, I
sinfin siyahılaşması
başa çatdırılıb.
İnanırıq ki, yeni tədris ilində uğurlarımız daha çox olacaq.
Tapdıq ABBASOV,
Laçın rayonu, Rizvan
Hümbətov adına
Güləbird kənd tam orta məktəbinin direktoru
Azərbaycan
müəllimi.- 2012.- 31 avqust.- S.5.