Hindistanın ölkəmizdəki səfiri ADU-da

 

Dekabrın 4-də Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  cənab Vinod Kumarı qəbul etdi. Qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. Ölkələrimiz arasında əlaqələrin çox vacib olduğunu bildirən professor Səməd Seyidov nəinki dil və mədəniyyət sahəsində, eyni zamanda digər sahələrdə də əməkdaşlığın bir çox əlaqələrin inkişafına şərait yaradacağını dedi. Rektor ADU-da  hindi dili mərkəzinin fəaliyyəti və  universitetlə səfirlik arasındakı əlaqələrdən söz açdı. O, Hindistan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi.

Səfir Vinod Kumar ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU ilə əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etdi. Səfir Hindistan və Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu bildirdi. O, ADU ilə əməkdaşlıqdan və universitetdə hindi dilinin tədris olunmasından məmnun olduğunu dilə gətirdi. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparıldı.

 

ADU-nun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2012.- 7 dekabr.- S.2.