Azərbaycan Müəllimlər İnstitutunda yubiley tədbirləri

 

Dekabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Məmməd Səid Ordubadinin 140 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı giriş sözündə bildirdi ki, son aylarda Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Həsən bəy Zərdabi, Hüseyn Cavid kimi Azərbaycan ədəbiyyatının parlaq simalarının, görkəmli ədiblərimizin geniş yubiley tədbirləri respublika səviyyəsində, o cümlədən Azərbaycan Müəllimlər İnstitutunda da keçirilmişdir. 

 

Professor A.Naxçıvanlı qeyd etdi ki, bu il görkəmli şair, dramaturqictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında" 10 aprel 2012-ci il tarixli Sərəncam imzalamışdır. Məmməd Səid Ordubadi "Molla Nəsrəddin" ədəbi məktəbinin yetişdirdiyi dahi yazıçıdır. O,  Azərbaycan ədəbiyyatı tarixinə realist roman ustası kimi daxil olmuşdur. Azərbaycanda Ordubadinin adını daşıyan kütləvi kitabxana, bir sıra küçələr vardır, Ordubadda Bakıda ev-muzeyi yaradılmışdır.

Sonra AMİ-nin Azərbaycan ədəbiyyatı onun tədrisi metodikası kafedrasının dosenti Əlizadə Əsgərli "Ordubadinin çoxyönlü fəaliyyəti", dosent Ramazan Qafarlı "Qılınc qələm" romanında tarixilik müasirlik", Azərbaycan dili onun tədrisi metodikası kafedrasının dosenti Elşad Abışov "Ordubadinin  yaradıcılığında onomastika məsələləri", dosent Vaqif Qurbanov "Ordubadinin Azərbaycan ədəbiyyatında mövqeyi", filologiya təhsildə psixoloji xidmət fakültəsinin III kurs tələbələrindən Alidə Orucova "M.S.Ordubadinin şeir yaradıcılığı", Aysel Allahverdiyeva "M.S.Ordubadinin həyat yaradıcılığı", Sona Kərimova "Ordubadinin tarixi roman yaradıcılığı" mövzularında məruzə ilə çıxış etdilər.

Çıxışlarda bildirildi ki, M.S.Ordubadi ən az tədqiq olunan yazıçıdır, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Ədəbi yaradıcılığa "Qəflət", "Vətən hürriyyət" əsərləri ilə başlamış, eyni adlı kitablarını "Qeyrət" mətbəəsində çap etdirmişdir. Bu kitablarda Ordubadinin ilk yaradıcılıq təcrübələri toplanmışdır. Onun yaradıcılığında tarixi dram janrı, tarixi roman s. janrlar üstünlük təşkil edir. "Dumanlı Təbriz", "Qılınc qələm", "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab" əsərləri ona daha  çox şöhrət gətirmişdir. Onun "Səyahətnameyi-İbrahimbəy" silsilə məktubları da vardır. Çıxışlar zamanı yazıçının həyat yaradıcılığına aid fraqmentlər, fotoşəkillərdən ibarət təqdimat nümayiş olundu.

 

***

 

Dekabrın 7-də müasir Azərbaycan ədəbiyyatının daha bir tanınmış nümayəndəsi, böyük  şair maarifçi  Əhməd Cavadın anadan olmasının 120 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Aqiyə Naxçıvanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında" 9 fevral 2012-ci il tarixli sərəncamının əhəmiyyətindən danışdı. XX əsr ədəbiyyatımızın tarixində  romantizmin görkəmli nümayəndəsi kimi tanınan Əhməd Cavadın  yaradıcılığının öyrənilməsi, təbliği baxımından çox önəmlidir. Vurğulandı ki, Ə.Cavad dövlətçiliyimizin əsas atributlarından biri olan Dövlət himninin müəllifidir. Ulu öndərimiz Heydər Əliyev bu himnin musiqisini sözlərini çox bəyənir dəyərləndirirdi.

AMİ-nin Azərbaycan ədəbiyyatı onun tədrisi metodikası kafedrasının müəllimi, professor Təyyar Cavadov "Əhməd Cavad yaradıcılığının dövrləşməsi mərhələ təsnifatı", dosent Əlizadə Əsgərli "Əhməd Cavad romantikdirmi, realistdirmi?" mövzularında çıxış etdilər.

Çıxışlarda qeyd olundu ki, Əhməd Cavadın yaradıcılığı 1916-cı ildə çap olunmuş "Qoşma" şeirlər kitabı ilə Azərbaycan oxucusunu cəlb etmiş, lirikromantik şeirlərindən ibarət olan bu kitab şairə şöhrət gətirmişdir. Ə.Cavad sovet dövründə də öz yaradıcılıq istiqamətinə sadiq qalmış, milli azadlıq ideyaları yayan əsərlər yaratmaqda davam etmişdir. Bu illərdə yazdığı "Göy göl", "Unudulmuş sevda", "Səsli qız" kimi əsərləri onu türk birliyini özünə hədəf seçmişbu yolda ölümə  qədər gedən şair obrazı qazandırmışdı. Ə.Cavad 1937-ci ildə repressiyanın qurbanı olmuşdur.

Tədbirdə institutun filologiya və təhsildə psixoloji xidmət fakültəsinin II kurs tələbəsi Emil Paşayev "Azərbaycan", III kurs tələbəsi Sona Kərimova "Dilimiz", III kurs tələbəsi Taciyəxanım İmanova "Azərbaycan bayrağına" şeirlərini səsləndirdilər, pedaqoji fakültənin I kurs tələbəsi Asiman Xəlilli isə Əhməd Cavadın sözlərinə yazılmış "Çırpınırdı Qara dəniz" və "Şükriyyə" mahnılarını ifa etdi.

 

Rəşad SADIQOV,

AMİ-nin tərbiyə işləri üzrə prorektoru

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.3.