BDU-da Yunis
İmrə Mədəniyyət Mərkəzinin
yaradılması barədə
protokol imzalanıb
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunis İmrə Vəqfi prezidenti və Yunis İmrə İnstitutununun müdirü prof. dr. Ali Fuat Bilkanı, Yunis İmrə İnstitutu Türkologiya Koordinatoru Yasin Tunçu, Tbilisi Yunis İmrə Mədəniyyət Mərkəzi müdiri Barış Demiri qəbul edib. Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb.
Öz növbəsində prof. dr. Ali Fuat Bilkan bildirib ki, Yunus İmrə Vəqfi türk dilini, tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək, bunlarla bağlı məlumatları və materialları dünyaya yaymaq, türk dili, mədəniyyəti və incəsənəti sahələrində təhsil almaq istəyənlərə Türkiyə xaricində xidmət göstərmək, Türkiyənin başqa ölkələr ilə mədəni əlaqələrini artıraraq dostluğunu inkişaf etdirmək məqsədilə 2007-ci ildə yaranıb. Yunis İmrə Vəqfinə bağlı olaraq qurulan Yunis İmrə İnstitutu isə qanunvericiliklə müəyyən olunmuş məqsədləri həyata keçirmək üzrə təhsil və tədris fəaliyyətləri ilə elmi tədqiqat işlərini həyata keçirir. İnstitut quruluş məqsədləri istiqamətində Türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha da yaxşı təbliğ edilməsi və öyrədilməsi istiqamətində araşdırmalar aparmaq, fərqli qurumlar ilə əməkdaşlıq edərək elmi fəaliyyətləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif nəşrlər vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədi istiqamətində fəaliyyətlər həyata keçirir.
Görüşdə həmçinin universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.
Görüşün sonunda BDU-da Yunis İmrə Mədəniyyət Mərkəzinin yaradılması barədə protokol imzalanıb.
Qonaqlar BDU ilə yaxından tanış olub və bu təhsil ocağından yüksək təəssüratla ayrılıblar.
Azərbaycan müəllimi.-
2012.- 21 dekabr.- S.4.