İbtidai siniflərdə Azərbaycan dilindən sintaksisə

aid mövzuların tədrisi təcrübəsindən

 

Müasir fənn kurikulumlarının tətbiqi Azərbaycan dilinin ibtidai siniflərdə tədrisinə geniş imkanlar açır. Azərbaycan dilinin əsas məqsədi şagirdlərdə oxu, yazı, dinləmə və danışma bacarıqlarının formalaşmasını təmin etməkdən, onlarda nitq mədəniyyətinin inkişaf  etdirilməsindən ibarətdir. Cari tədris ilində dərs dediyim II sinifdə Azərbaycan dilindən bir dərs nümunəsini hörmətli həmkarlarımla bölüşmək istəyirəm.   

 

Standart:  4.1.1.,  4.1.2.,  4.1.3.

Mövzu: Cümlənin  məqsəd və intonasiyaya görə  növləri.

Məqsəd: 

1. Cümlənin məqsəd və intonasiyaya görə növlərini aydınlaşdırır.

2. Cümlə qurur və cümlənin sonunda durğu işarələrindən məqsədyönlü istifadə edir.

3. Cümlənin semantik xüsusiyyətlərini və yaranma üsullarını izah edir.

İnteqrasiya:  həyat bilgisi 1.1.3.

İş forması: kollektiv,  kiçik qrupla

İş üsulu: müzakirə,  şəkil üzrə ,  BİBÖ, klaster

Resurslar: müxtəlif şəkillər, vərəqləri.

Motivasiya:

1) Yağış yağır.

2)  Yağış yağır?

3)  Yağ, ey yağış!

Yardımcı sual: Bunlar nədir? Cavablar alındıqdan sonra müəllim hansı durğu işarələrindən istifadə olunduğunu soruşur.

Tədqiqat sualı:  Cümlə nədir? Cümlənin məqsədə və intonasiyaya görə hansı növləri var?

Tədqiqatın  aparılması: Şagirdlər 4 qrupa bölünür, vərəqləri paylanır. Hər qrupa tapşırıq yazılmış vərəqi verilir. 

 

"Bilik" qrupu

Şəklə baxın və nəqli cümlələr yazın                       

Cümlələrin qarşısında,

Söz birləşmələrinin qarşısında işarəsi qoyun.

 

"Zəka" qrupu

1. Şəklə baxıb sual cümlələri yazın.

2. Cümlələrdə sual bildirən açar sözlərin altından xətt çəkin.     

                                                                                     

"Nur" qrupu

1. Şəklə aid əmr cümlələri yazın.                                                                                     

2. Hansı atalar sözü əmr cümləsidir?

* Güc birlikdədir *Bu günün işini sabaha qoyma *Dost dosta tən gərək

 

 "Tərəqqi" qrupu

1. Verilmiş sözlərdən nida cümləsi qur: Ehh! Vay! Güc, həyat, Ay! Ev, kitab.

2. Sxem üzrə cümlə qur:

 

  ──  ──  ──  ─── .      ──  ──  ──   ?   ──, ──  ──  ──!

 

Məlumat mübadiləsi: Qrup üzvləri işlərini təqdim edir. İş vərəqləri lövhədən asılır.

Məlumat müzakirəsi: Şagirdlərin təqdimatlarından sonra cavablar sistemləşdirilir sinfə müzakirə sualları verilir.

Nəticə ümumiləşdirmə: Dərsdən bu nəticəyə gəlirik ki, cümlənin məqsəd intonasiyaya görə 4 növü var. Bunlar aşağıdakılardır:

1. Nəqli cümlələr

2. Əmr cümlələri

3. Nida cümlələri

4. Sual cümlələri

Şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir. Müəllim nəticələri bütün siniflə ümumiləşdirir.                  

Ev tapşırığı: əmr cümləsi, sual cümləsi nəqli cümlənin hərəsinə  aid 3 cümlə qurun.

Qiymətləndirmə: Müəllim hər qrup üçün meyar cədvəli hazırlayır.Dərsin bütün mərhələlərində qiymətləndirmə aparılır. Qiymətləndirmə "+",  "-" işarələri ilə aparılır.

 

Xatirə HƏMİDOVA,

Bakıdakı İlqar Əbilhəsənov adına 42 nömrəli

tam orta məktəbin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.11.