Coğrafiyadan interaktiv dərs

 

Son illər təhsil sahəsində aparılan islahatlar tədris prosesinə xeyli yeniliklər gətirib. Bunların bir qismi dərsin təşkili forma və üsulları ilə bağlıdır. Bu baxımdan fəal, interaktiv dərsləri, böyükkiçik qruplarla işi, dərsdə İKT vasitələrindən, interaktiv təlim üsullarından istifadəni xüsusi qeyd etmək olar. Lakin hər bir yeni formaüsul yenilik xatirinə deyil, faydalılıq baxımından yanaşılıb tətbiq olunduqda müsbət nəticə verir. Bəzən bu həqiqət unuduluryeni təlim forma və üsullarından yeri gəldi-gəlmədi istifadə edilir. Bu da müəyyən forma və üsullarına həddən artıq aludəlik yaradır.

 

Halbuki, dərsdə forma və üsulları öyrənilən mövzuya, dərsin məqsədlərinə uyğun seçilməlidir. Mən dərslərimdə bu vacib məsələni maksimum nəzərə almağa çalışır, təlim forma və üsullarını seçib tətbiq edərkən məhz fənnin xüsusiyyətlərindən, dərsin mövzusundan, sinfin hazırlıq səviyyəsindən, dərsin qarşısında duran məqsəddən çıxış edirəm.

IX "c" sinfində bu yaxınlarda coğrafiyadan keçdiyim "Xəzər dənizinin ekoloji problemləri" mövzusunda dərsdə də çox düşünüb daşındıqdan sonra böyük qruplarla formasını və debat üsulunu seçdim. Çünki bu forması və üsulu şagirdlərin daha çox polemikasını, müstəqil tədqiqatlarını tələb edən mövzuya uyğun idi və dərsin məqsədi olan şagirdlərin Xəzər dənizinin müasir dövrdə  ekoloji problemləri ilə tanış edilməsi, bu əsasda onlarda ekoloji mədəniyyət tərbiyəsi də məhz həmin təlim forması və üsulu ilə daha asan əldə olunardı.

Dərsdə fəndaxili və fənlərarası (tarix, biologiya fənləri ilə) inteqrasiyanı nəzərdə tutmuş, çoxlu resurslar (dərslik, ölkəmizin fiziki, siyasi-inzibati xəritələri, dünyanın, Xəzər dənizinin xəritələri, kontur xəritələr, neft daşlarının şəkilləri və s.) hazırlamışdım. Məhz buna görə də dərsim, dinləyən həmkarlarımın dediyinə görə, yaxşı keçdi, qarşıya qoyulan məqsədlərə tam nail oldum.

Əvvəlcə dərsdə şagirdlərə müraciət edərək "Dünyanın ən böyük, ən uzun  qapalı  su sahəsidir, ekoloji gərgin rayondur, maraqlısı da budur ki, dünyanın harasında (məsələn, Yaponiyadaya ABŞ-da) olursan ol, ölkəmizi tanıtmaq üçün xəritədə bu gölü tapmaq çox-çox asandır. Söhbət nədən gedir", - deyərək motivasiya yaratdım. Məsələnin belə qoyuluşu şagirdlərdə ilk dəqiqədən dərsə maraq yaratdı, onların əksəriyyəti söhbətin Xəzər dənizindən getdiyini qeyd etdi. Sonra mövzuya uyğun bir sıra suallardan ibarət problem qoyuldu:

1.Sizcə, Xəzər göldür, ya dəniz?

2.Xəzər dənizini ən çox çirkləndirən mənbələr hansılardır?

3.Xəzər sektorlara bölünərsə, Azərbaycan na qazanar?

Təlim forması kimi böyük qruplarla işi seçdiyimdən sinfi araşdırmaq istədiyimiz tədqiqat suallarına uyğun 3 qrupa böldümqruplar "Ölkəşünaslar", "Geoloqlar", "Ekoloqlar" adlandırıldı.

Hər qrup tədqiqat sualının biri üzrə tədqiqat apardı. Debat təşkil olundu. Qrupda birləşən şagirdlər öz tədqiqat sualını daha geniş araşdırmaq və ona daha dolğun cavab vermək üçün bir-biri ilə mübahisə etməyə, yoldaşlarının dedikləri fikirlərə münasibət bildirib, onu daha da genişləndirmək üçün əlavələr etməyə başladılar.

Debat üçün ayrılmış vaxt başa çatdıqdan sonra qrup liderləri öz qruplarının mövqeyi ilə bağlı təqdimat etdilər.

Birinci "Ölkəşünaslar" qrupunun  lideri çıxış edərək Xəzərin müasir statusuna dair mövqeyini bildirdi.  Qeyd etdi ki, Xəzər dənizi dünyanın ən böyük gölüdür. Xəzəri ona görə dəniz adlandırırlar ki, həm sahəsi çox böyükdür, həm də yatağı okean tipli yer qabığından təşkil olunub.

"Geoloqlar" qrupu isə öz mövqeyini belə əsaslandırdı ki, Xəzər dənizi dünyanın su hövzəsində neft-qaz çıxarılan regionlarındandır. Bu faydalı qazıntılar əsasən Xəzərin Azərbaycan, Qazaxıstan və Türkmənistan sahillərindəki şelf zonalarında yerləşir. Azərbaycan dünyada neftqaz yataqları ilə tanınır. Qrupun cavabında habelə ölkəmizdə neft hasilatının tarixi, əfsanəvi "Neft daşları" şəhəri haqqında da məlumatlar verildi. Bildirildi ki, Xəzər dənizinin çirklənməsində neft emalı müəssisələri böyük rol oynayır.

Sonra "Ekoloqlar" qrupu öz mövqeyini ortaya qoydu. Bildirildi ki, Xəzər dənizinin ekoloji problemlərini yaradan əsas səbəb antropogen amillərdir. Xəzərin ekoloji problemləri dənizə tökülən iri çayların gətirdiyi məişət və texnogen tullantılardır.

"Ekoloqlar" qrupunun üzvləri bir sıra digər məlumatlar da verib, Xəzərdə sayı azalmış balıq növlərinin adlarını sadaladılar.

Debat zamanı şagirdlər belə bir yekdil qənaətə gəldilər ki, Xəzər dənizini çirkləndirən əsasən sənaye müəssisələrinin tullantılarıdır və onların qarşısını almaq üçün həmin müəssisələrdə təmizləyici qurğular qoyulmalıdır.

Dərsin növbəti mərhələsində informasiyanın mübadiləsi və müzakirəsi aparıldı. Qruplardan biri Xəzər dənizi haqqında şeirlər, rəvayətlər söylədi.

Xəzərin tarixi, dənizi çirkləndirən maddələrin tərkibi haqqında söhbətlərlə dərsdə tarixbiologiya fənləri ilə inteqrasiya yaradıldı.

Nəticə və ümumiləşdirmə mərhələsində Xəzərin ekoloji problemini yaradan əsas səbəblər aydınlaşdırıldı.

Dərsin sonunda qiymətləndirmə aparıldı. Qruplar özləri hansı qrupun daha fəal olduğunu müəyyənləşdirib qiymətləndirdilər.

Ev tapşırığı olaraq Xəzərin ekoloji problemlərinin həlli yolları haqqında esse yazmaq tapşırıldı.

İş forması və metodunun düzgün seçilməsi nəticəsində dərs şagirdlərin böyük fəallığı ilə  keçdi, onlar mövzu ilə bağlı ətraflı məlumat aldılar. Xəzərin çirklənməsi probleminin necə həll olunması barədə müstəqil fikirlər söylədilər ki, bu da müasir dərsdə  tələb olunan əsas cəhətlərdir.

 

Xuraman KAZIMOVA,

Bakıdakı 314 nömrəli tam orta məktəbin

coğrafiya müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.11.